Kadırov: Ömürlük həbs cəzasına hazıram

  • 22 yan 2016, 20:49
"Əgər biz çağırış etsəydik burada 10 milyonlarla vətəndaş toplaşardı”.

Çeçenistan prezidenti Ramzan Kadırov regionda sülh naminə ömürlük həbs cəzasına razıdır.

Oxu.Az-ın məlumatına görə, Kadırovun sözlərini RİA Novosti agentliyi sitat gətirir:

"Çeçenistan son illərdə Qərb və Avropanın Rusiyanı dağıtmaq üçün istifadə etdiyi regiondu. Mən bizim xalqın firavaqnlıq içərisində yaşaması və üçüncü Çeçen müharibəsinin başlanmaması üçün bütün məsuliyyəti öz üzərimə götürməyə, hətta həyatımın qalan hissəsini türmədə belə keçirməyə razıyam”, - Çeçenistan lideri deyib.

O qeyd edib Çeçenistan höküməti heç kimi mitinqdə iştirak etməyə çağırmayıb.

"Hesab edirəm ki, əgər biz çağırış etsəydik, burada 800 min yox, 10 milyonlarla vətəndaş toplaşardı”.
Oxşar xəbərlər