Rus gözəllər Putinə qarşı: `Biz Türkiyəni istəyirik...`

  • 17 yan 2016, 20:22

Putinin Türkiyəyə qarşı tətbiq etdiyi turizm qadağası rusların etirazına səbəb olub.


Rusiya KİV-lərinə istinadən xəbər veririk ki, turist səfərləri qadağan edilsə də, ruslar Türkiyəyə getmək, bu ölkədə dincəlmək istəyirlər. 

Məlumata görə, Türkiyənin turizm obyektlərinin təklif etdiyi qiymətlər rusların cibinə uyğun olduğu üçün gənclər tətillərini Antalya, Bodrum kimi yerlərdə keçirməyi üstün tuturlar. 

Bu barədə sosial şəbəkələrdə gərgin müzakirələr aparılır. 

Rusiya Tur Operatorları Asossasiyası da bu məlumatı təsdiqləyib. Bildirilib ki, vətəndaşlar Türkiyəyə turist səfərlərin bərpa edilməsini tələb edirlər. 

Turlara qadağa qoyulduğundan ruslar özləri internet vasitsəsilə otel sifariş edərək və ya ev kirayələyərək Türkiyədə istirahət edə bilərlər. 

Qeyd edək ki, "su-24” qalmaqalından sonra Rusiya Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq etməyə başlayıb. 

Putinin imzaladığı sənədə əsasən 2016-cı il yanvarın 1-dən Rusiya Federasiyasında fəaliyyət göstərən bütün şirkətlərə Türkiyə şirkətləri və vətəndaşları ilə istənilən sahə üzrə işbirliyi qadağan edilib. Putinin qərarı ilə iki ölkə arasında viza rejimi də dayandırılıb və turizm agentliklərinə Türkiyənin turistik məhsullarının sifarişi və satışı qadağan edilib.

Prezident Fərmanı ilə Rusiya Federasiyası hökumətinə iki ölkə arasında çarter reyslərinin ləğv edilməsi tapşırılıb. Bundan başqa, təhlükəsizliyin təmin edilməsi üçün Türkiyə hava nəqliyyatı şirkətləri üzərində hüquqi nəzarətin gücləndirilməsi qərara alınıb. Bu qərar Azov-Qara dəniz hövzəsində Rusiya limanları yaxınlığına üzən Türkiyə gəmilərinə də aiddir.

Rüstəm İsmayılov

Oxşar xəbərlər