Qaçqın rayonun icra başçısı vətəndaşı təhqir edib

  • 14 yan 2016, 22:09
Yanvarın 13-ü, axşam saatlarında Biləsuvarda Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə aksiya başlayıb. Qəsəbə sakinlərinin Meydan tv-yə verdiyi məlumata görə, buna səbəb qiymət artımı və işsizlikdir. İştirakçılarla görüş zamanı Cəbrayılın icra başçısı Mahmud Quliyev qaçqınları təhqir edib və həmin vətəndaşı saxlamaq üçün polis rəisinə əmr verib.

İcra başçısı ondan iş istəyən vətəndaşa "get öl” deyir. Daha sonra icra başçısının polisi çağıraraq həmin vətəndaşı oradan uzaqlaşdırıb, həbs etməli olduğu barədə əmri eşidilir. Eyni zamanda icra başçısının həmin vətəndaşı "rədd ol”, "köpəyoğlu” kimi ifadələrlə təhqir etdiyi də eşidilir.
Oxşar xəbərlər