4 nəfər “donuz qripi”ndən öldü - Ermənistanda

  • 09 yan 2016, 12:44

Ermənistanda "donuz qripi” virusuna yoluxanların sayı artıb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin baş infeksionisti Ara Asonyan açıqlama verib.

Məlumata görə son günlər 4 nəfər bu virusdan ölüb.

Ermənistanın xəstəxanalarında "donuz qripi”nə yoluxmuş çoxlu sayda xəstə var. Onlardan 150-si uşaq, 120-si isə hamilə qadındır. Müalicə olunanların 8-i ağır vəziyyətdədir. Onlar süni nəfəs aparatına qoşulublar.

Oxşar xəbərlər