Maşın tibb çantası neçəyə başa gəlir? - Qiymətlər

  • 05 yan 2016, 18:55
Yanvarın 1-dən avtomobillərdə tibbi yardım çantası olmayan sürücülərə qarşı başlanan reydlər aptekləri canlandırıb.

Sürücülər tələb olunan dərmanları almağa başlayıblar.

Siyahıda olan əksər dərman qiymətlərini təqdim edirik (AZN):

Analgin – 0,40
Natrium sulfasil məhlulu (1 tubik) - 0,60
Aspirin (1 qutu) – 0,20
Steril bint 10x5 (1 ədəd) – 0,40
Bakterisid leykoplastr (2,5x7,0 yaxud 2x5 ədəd) - 0,10
Spirtdə 5 faizli yodun, yaxud 1%-lik brilyant abısının məhlulu (zelyonka) (1 flakon) – 0,40
Qeyri-steril boruşəkilli tibbi elastik bint №1, 2, 6 hər birindən (1 ədəd) – 0,40
Pambıq 50 q (1 bağ) – 0,40
Nitroqliserin həbləri №40, yaxud kapsulası №20 (trinitrolonq) (1 qutu) – 0,70
Validol (tabletka, yaxud kapsula) (1 qutu) – 0,30
Süni nəfəs vermək üçün alət – "Ağız-qurğu-ağız” (1 ədəd) - 14
Enterodez 2 qutu, yaxud aktivləşdirilmiş kömür №10 (1 qutu) – 0,20 
Korvalol (1 flakon) – 0,60
Küt uclu qayçı (1 ədəd) – 3
Ammiak məhlulu (naşatır spirti) (1 flakon) – 0,50

Qeyd edək ki, avtomobilində qəza işarəsi, yanğınsöndürmə balonu və tibbi yardım çantası olmayan sürücülərə qarşı cərimələr sərtləşdirilib.