Üçüncü dünya savaşı başlayır-Kaşpirovski tarixi açıqlayıb

  • 03 yan 2016, 15:55

Üçüncüdünya müharibəsi hər zaman aktual olub, amma son zamanlar ölkələr arasında gərginləşən münasibətlər bu problemi daha da aktualllaşdıırb. Təkcə adi insanlar  yox, hətta dövlət başçıları da müharibə təhlükəsini istisna etmir. Bir çoxları üçün Suriya müharibəsi, eləcə də Fransada baş verən terror aktı 3-cü dünya müharibəsinin başlanması siqnalı kimi qəbul edilir. Bəzən isə müharibə təhlükəsinin artdığı barədə dünya liderlərinin söylədiklərindən daha çox öncəgörənlərin, astroloqların fikirləri maraq doğurur. Dünya miqyasında daha çox Vanqa və Kaşpirovskinin öngörümləri oxunur, müzakirə edilir. Vanqanın söylədiklərinə inansaq, müharibə Şərqdən başlayacaq, ancaq o da dəqiq tarix göstərməyib. Vanqanın söylədiklərinə dayanaraq müharibənin 2010-cu ildə başlayacağı təxmin edilirdi. Doğrudanmı Vanqa yanılıb? Axı onun söylədiyi bütün proqnozlar özünü doğrultmuşdu. Vanqa dəhşətli müharibənin gedişində bioloji silahdan istifadə olunacağını bildirirdi. Onun sözlərinə görə, Avropada bu dəhşətli silahdan istifadə nəticəsində demək olar ki, adam qalmayacaq. Proqnoz o qədər  qorxuludur ki, hər kəs indi ancaq onun yalan olması üçün dua edir. Kaşpirovskiyə gəlincə isə, Cebhe.info xəbər verir ki, Vanqadan fərqli olaraq o, müharibənin hətta dəqiq zamanını da göstərib- 2016-cı il 16 iyun. Onun öncəgörümlərinə görə, müharibəni Rusiya Çinlə ittifaqda başlayacaq. Müharibənin başlaması Avropanın öz sərhədlərini qaçqınlar üçün bağlamasından sonraya təsadüf edəcək. Ötən il Avropa ölkələrinin qaçqınlarla bağlı yaşadıqları problemləri diqqətə alsaq, bu proqnozun həqiqətə çox yaxın olduğunu söyləmək mümkündür. Əvvəlki proqnozlarda olduğu kimi bu proqnozda da müharibənin əsas mənbəyinin Şərq olduğu vurğulanır.

Cebhe.info

Oxşar xəbərlər