Mikayıl Cabbarovdan yeni -Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər vəzifələri

  • 28 dek 2015, 19:59

Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər vəzifələrə yeni təyinatlar olub.

Belə ki,Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsinə təyin edilib. Bu təyinata qədər M.Vəliyeva BŞTİ-nin müdir müavini vəzifəsində çalışıb.

Həmçinin, təhsil nazirinin digər əmrləri ilə Rəşad Tağıyev BŞTİ-nin müdir müavini vəzifəsinə, İlhamə Abdullayeva BŞTİ-nin İnformasiya təminatı sektorunun müdiri vəzifəsinə, Raman Məmmədov BŞTİ-nin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin olunublar.

Oxşar xəbərlər