İtkin düşən neftçilər hələ tapılmayıb - Açıqlama

  • 06 dek 2015, 19:50
"Günəşli” yatağındakı 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində itkin düşən 29 nəfərin tapılması istiqamətində edilən bütün cəhdlərə baxmayaraq, əlavə yeni məlumat əldə olunmayıb. 

Demokratik.Az bildirir ki.indiyədək 33 nəfər təxliyə olunub, bir nəfərin cəsədi sudan çıxarılıb təhvil verilib. Hazırda 29 nəfərin tapılması ilə bağlı axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Bu sözləri "Günəşli” yatağındakı 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın hadisəsi ilə bağlı dekabrın 6-da saat 17-də keçirilən mətbuat konfransında "Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov deyib.

Baş mühəndis bildirib ki, yanğının söndürülməsi üçün platformaya əlavə qüvvələr cəlb olunub. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin "Şıxlinski” gəmisi də əraziyə gətirilib. Onun üzərində əlavə texnikalar yerləşdirilib. Xüsusi plan hazırlanıb. Hazırda yaxındakı digər özüllərdən hadisə yerinə yüksəktəzyiqli suyun verilməsi davam etdirilir. Yanğının qısa müddətdə tam söndürülməsinə çalışırıq./Azvision.az/
Oxşar xəbərlər