İran da Türkiyəni təhdid etdi - "Bədəlini ağır ödəyəcəksiz"

  • 28 noy 2015, 09:36

 

Rusiyanın  Türkiyə ərazisində təyyarəsinin vurulmasından sonra İranın rəsmi Ankaraya təhdid bəyanatları davam edir.
 
İran dini lideri  Əli Xameneyinin  hərbi məsləhətçisi general-mayor Yəhya Rəhim Səfəvi  rus təyyarənin vurulmasının  Türkiyə üçün ciddi nəticələrinin olacağını deyib.
 
İranın  Tasnim agentliyinin xəbərinə  görə, İsfahanda  10 min İnqilabi Qvardiya üzvlərinin qarşısında danışan  Səfəvi  Ankaranın  rus təyyarəni  vurmaqla  strateji səhv etdiyini  bildirib. 

"Türkiyə bunun əvəzini ağır ödəyəcək."