Rəfael Hüseynov partiyasının iclaslarına getmədiyini etiraf etdi

  • 27 noy 2015, 17:48
Milli Məclisə seçkilərdə qalib olan müxlaif partiyalardan biri də Vətəndaş Həmrəliyi Partiyasıdır. VHP-nin sədri Sabir Rüstəmxanlı seçkilərdə iştirak etməsə də, partiyadan iki nəfər-Rəfael Hüseynov və Fəzail İbrahimli namizədliklərini yenidən irəli sürərək seçkilərdə qalib olublar. Lakin apardığımız araşdırmalara görə, hər iki deputatın partiyada keçirilən iclaslarda aktivliyi o qədər də hiss olunmur. 

Modern.az həmin deputatlardan axırıncı dəfə VHP-nin iclasında nə zaman iştirak etdiklərini öyrənməyə çalışıb.

Rəfael Hüseynov partiyanın iclaslarında iştirak etmək imkanlarının məhdud olduğunu deyib. O qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün tez-tez səfərlərdə olur: "Amma əsas ideyadır, vətəndaş həmrəyliyi ideyası yalnız o partiyanın deyil, bizim dövlətin də əsas qayəsidir ki, vətəndaş cəmiyyətində həmrəylik olsun. İnsanlar bir-birilə anlaşma və dövlətin, millətin mənafeyi naminə yekdil şəraitdə fəaliyyətlərini davam etdirsinlər. Bundan ötəri də daim hansısa iclaslara, toplantılara qatılmağa ehtiyac yoxdur. Əsas prinsiplərdir, ideyalardır və onları da daşıyıram. Burada da, Avropa Şurasında həmin siyasəti yeridirəm”. 

Partiyanın digər deputat üzvi Fəzail İbrahimli sualımızı cavablandırmaqdan imtina edib. Onun fikrincə, bu, birbaşa partiyanın işinə müdaxilədir: "Burada nə məqsəd güdürsünüz? İstəyirsiniz ki, ömürümüzün axırınacan qayıb ala-ala yaşayaq? Bu partiyanın daxili işidir”.
Oxşar xəbərlər