Bakıda gündüz uşaqların, gecə mavilərin parkı - FOTO

  • 22 noy 2015, 20:51

Bu parka hər gün istirahət üçün yüzlərlə insan gəlir. Burada xeyli sayda atrkasionlar və kafelər var. Parka gələnlər hər yaş təbəqəsindən olan insanlardır. Yaşlıları, gəncləri, uşaqlı ailələri hər gün bu parkda istirahət edərkən görmək mümkündür.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Bakı sakinlərinin üz tutduğu bu parkda abadlıq işləri görülməsə də, yüksək təmizlik xidməti olmasa da Bakı sakinlərinin dincələ biləcəyi nadir yaşıllığı olan parklardandır. 
Söhbət Nərimanov rayonu ərazisində yerləşən "Nəriman Nərimanov" metrostansiyasının çıxışındakı parkdan gedir.

Elə bu yazını oxuyanlardan da yəqin ki, haqqında danışdığımız parkı tanımayan yoxdur. Parkla bağlı qeyd edəcəyimiz problem heç də təmizlik, parkdakı kafelərin xidmət səviyyəsi, sakinlərə yaradılan şəraitlə bağlı deyil. Söhbət parkın başqa məqsdələrlə də istifadə olunmasından gedir. Yəni, təəssüflə qeyd etməliyik ki, park günün ikinci yarısından sonra yüngül əxlaqlı qadınların, "mavi"lərin məskəninə çevrilir.

Bir neçə dəfə paytaxt Bakının müxtəlif yerlərində bu cür vəziyyətin, özbaşınalığın baş aldığını qeyd etmişik. Lakin bu cür məsələlər gündəmə gətirildikdən sonra qısa müddətli də olsa tədbirlər görülür və bu cür halların qarşısı alınır. 
Ancaq yenidən bu "mavi"lər və yüngül əxlaqlı qadınlar eyni ünvanlarda peyda olurlar. Haqqında danışdığımız parkda bu cür halların müşahidə olunması isə daha acınacaqlıdır. Yaşlıların, qadınların, uşaqların gəzdiyi, istirahət etdiyi parkda bu cür halların qarşısının alınmaması böyük təəccüb və təəssüf doğurur.
Park axşam saatlarında, hava qaraldıqdan sonra sanki bu təbəqənin insanlarının istifadəsinə verilir. Onlar isə heç kimdən və heç nədən çəkinmədən rahatlıqla istədiklərini edirlər.

İctimai yerdə söyüş söyərək bir-birləri ilə mübahisə edən yüngül əxlaqlı qadınlar, öz maşınında müştəri gözləyən "mavi"lər sanki park bunlarınmış kimi hərəkət edirlər.

Qeyd edək ki, hava qaralandan sonra bu cür hallardan narahat olan insanlar bu parka gəlmir, hətta parkın yaxınlığından belə keçmirlər.

Bu vəziyyətdən müvafiq dövlət qurumlarının xəbərsiz olduğunu düşünmək də təbbi ki sadəlöhvlük olar.