ADAU-da 1-Cİ ÇAĞIRIŞ QİYABİ İMTAHANLAR BAŞA ÇATIB

  • 11 noy 2015, 01:02

 

Azərbaycan Dövlət Aqrar Universitetində 2015-2016-cı tədris ilinin qiyabi təhsil forması, 2-ci kurslar üzrə 1-ci çağrış  imtahan sessyası başa çatıb.

 

ADAU-nun mətbuat xidmətindən Demokratik.Az-a verilən məlumata görə 185 nəfər tələbənin hər biri 3 imtahan verməklə bütövlükdə 555 giriş edib və 63 faizdən artıq tələbə 75-dən yuxarı bal toplayıb. Qiyabi təhsil formasında mtahanlarının test üsulu ilə keçirilməsi isə şəffaflığın təminatında xüsusi rol oynayıb, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsində heç bir maneə yaranmayıb. Təqdim edilən 50 sualı cavablandırandan sonra tələbə "imtahan bitdi” düyməsini sıxıb, imtahana qədər, imtahan balını və ümimi balını görüb və biliyninin neçə qiymətləndirildiyini öyrənib. İmtahanların bu cür keçirilməsi tələbələrin razılığına səbəb olub.

İmtahan komissiyasından bildirilib ki, onlayn formasında tələbənin yaxınları da imtahanın gedişini izləyə bilər. Tələbənin kimliyinin nömrə seriyasını və imtahan kodunu sistemə daxil etməklə prosesin izləyicisinə çevrilmək mümkündür.

Bütün bunlarla yanaşı ADAU da qaynar xətt yaradılıb və tələbə hər hansı problemlə bağlı göstərilən telefon nömrələrinə zəng vura bilər və qısa zamanda məsələyə aydınlıq gətirilər. İmtahanların gedişi üşün isə iki auditoriya və 164 kompyuter ayrılıb.

Qiyabi təhsil formasının 3-cü kurs tələbələrinin payız sesiyası isə noyabr ayının 18-də başlayacaq.

Demokratik.Az