Gəncəyə gələn təyyarə eniş edə bilmədi

  • 08 noy 2015, 15:55

 

Türk hava yollarına (THY) məxsus İstanbul-Gəncə reysi həyata keçirən təyyarə Gəncə hava limanına eniş edə bilməyib.

Demokratik.Az bildirir ki,hadisə yerindən Trend-ə verilən məlumata görə, 08:45 enişi nəzərdə tutulan təyyarə qatı dumanlı hava şəraitinə görə iki saat dövrə vurduqdan sonra 12:50 Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

Oxşar xəbərlər