Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:07 - 18.09.2019  
“MTN işi”ndə WikiLeaks variantı - ŞOK İDDİA
Tarix: 1-11-2015, 13:57 | Bölmə: ---

“MTN işi”ndə WikiLeaks variantı - ŞOK İDDİAİki həftə ötdü. Düz 14 gündür, Azərbaycan cəmiyyəti bu şokun təsirindən çıxa bilmir. Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən məlum işdən çıxarmalar və həbslər gerçəkdən də şok effekti verib.

Bizim ölkə belə sensasion işdənçıxarılmalara, həbslərə o qədər də öyrəncəli deyil. Cəmiyyətimiz əsasən müxalifət mövqeyində olan siyasilərin, jurnalistlərin, QHT rəhbərlərinin həbsinə vərdiş edib. Siyasi nədənlərlə bəzən bir müxalifətçi ailəsindən bir neçə adam həbsxanaya göndərilib.

Bu həbsləri, təqibləri adi qarşılayır azərbaycanlılar. Amma dövlətin təpəsindəki qalmaqallı həbs və işdən alınmalar bizim insanlar üçün sıradan olay sayılmır. Baxmayaraq ki, indiyədək bu cür situasiyalarla qarşılaşıb. Amma bunların ən axırıncısının üstündə 9-10 il keçdiyi üçün bir qədər unudulub, köhnəlib.

***

2005-ci ilin martında Hacı Məmmədov olayına görə ölkə bir-birinə dəymişdi. Bu olayın şoku millətin canından çıxmamış, həmin ilin oktyabrında daha bir səs-küylü həbslər oldu. İqtisadi inkişaf naziri Fərhad Əliyevlə o zamankı səhiyyə naziri Əli İnsanov kabinetlərindəcə qandallanaraq MTN-nin təcridxanasına aparıldılar. Onlar tək deyildilər - özləri ilə bərabər xeyli qohum-əqrəbaları, dost-tanışları da türməyə salındı.

10 il öncə bu günlər də dünən hökm verib, bu gün istintaqda müstəntiqlərə ifadə verənlərin sayı günbəgün artırdı. Fəqət vəziyyət bu qədər dramatik deyildi. Ən azından ona görə ki, həbs edilənlər mülki nazirliklərin rəhbərləri idi. Ə.İnsanov da, F.Əliyev də güc strukturlarına başçılıq edən general rütbəli məmur deyildilər. Bu üzdən də onların həbsi insanlarda təəccüb doğursa da, həbslərin əhatə dairəsi genişlənmədi - başqa nazirliklərdə gecəyarı əməliyyatlar keçirilib hansısa idarə rəisləri, aparat rəhbərləri, general rütbəli məmurlar dama doldurulmadı.

Hazırkı vəziyyət isə tamam fərqlidi. Bunca həbslərə, işdən çıxarılmalara rəğmən dövlətin təbliğat maşınları - telekanallar və iqtidar mətbuatı olayı sadəcə seyr edir. Sanki bunca sensasion həbslər uzaq Afrika qitəsinin hansısa geridəqalmış dövlətində baş verir. 2005-ci ildə isə Az.Tv başda olmaqla, bütün tv-lər və hökumət qəzetləri həbs edilən nazirlərin xəyanətləri haqda serial süjetlər verirdilər. "Az.Tv İbrahim”in Əli İnsanovun bağ evindən hazırladığı reportajlar yəqin hələ də xatirələrdən silinməyib. Fərhad Əliyevin siyasi dönüklüyü barədə yazılan məqalələr də unudulmayıb güman ki... 

Bəs indi niyə ictimaiyyətə bilgi verilmir? Nədən Eldar Mahmudov və onun işdən çıxarılaraq həbs edilmiş komanda üzvləri barədə iqtidar KİV-lərində məqalələr yazılmır, süjetlər getmir? 


***
Bəziləri dövlətin bu susqunluğunun səbəbini seçki ilə izah edirlər. Guya 1 noyabrda keçiriləcək parlament seçkilərindən sonra növbəti həbs dalğası olacaq. Bundan sonra da yuxarıda haqqında söhbət açdığımız media cəbhəsi işə düşəcək. Xatırladaq ki, 2005-ci ilin bu günlərində də ölkəmiz parlament seçkiləri ərəfəsində idi. Üstəlik, müxalifət o zaman daha güclü, daha mütəşəkkil və iqtidara daha çox problem yaradacaq performansda idi.

Görünür, hazırda elə bir spesifik vəziyyət yaranıb ki, hakimiyyət hazırkı taktikanı seçməklə öz içində təmizləmə işləri aparır. Yaranmış həmin spesifik vəziyyət nədir - bax, onu hələlik kimsə bilmir. 

Artıq MTN-dəki həbslər digər nazirliklərə də sıçrayıb. Vergilər Nazirliyinin idarə rəisi, general Vidadi Məmmədovun həbsindən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN - qısa olsun deyə Rabitə Nazirliyi) də həbs olunanlar var. Bu haqda ötən sayda geniş məlumat vermişdik. Xatırladaq ki, Rabitə Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov oktyabrın 28-də həbs edilib. 


Onun rəhbərlik etdiyi idarənin bir sıra funksiyaları var. Cəlil Cəfərovun rəhbərlik etdiyi idarənin beynəlxalq telefon danışıqlarını dinləmək imkanları var. C.Cəfərovun nəyə görə tutula biləcəyini təxmin etmək o qədər də çətin deyil. Məntiq deyir ki, məhz bu məmurun əli ilə Azərbaycanın dövlət rəhbərliyinin beynəlxalq telefon danışıqları, e-mail yazışmaları, internet üzərindən aparılan pul hesablaşmaları və s. dinlənilib, nəzarətə götürülüb. 

Həmçinin ötən həftə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov da işdən çıxarılaraq həbs edilib. Bütün bunlar deməyə əsas verir ki, "MTN işi” sahibkarlara görə başladılmayıb. Əgər bu həqiqətən də sahibkarlara görədirsə, o zaman niyə Rabitə Nazirliyində bu həbslər baş verdi? Rabitə ilə sahibkarlıq arasında hansı əlaqə var? "Rabitəçi oğlanlar” sahibkarlara hansı maneələri yaratmaq imkanlarına sahibdirlər? 


***

RN-nin həbs edilən hər iki idarə rəisinin dinləmələrdə şübhəli bilindikləri deyilir. Onların hidrooptik kabellərə nəzarət etmək imkanlarının olduğu da söylənir. Bu növ kabellərin üzərindən internet yazışmalarını və üç nömrə dövlət telefonlarını dinləmək olduqca asandır. 

Rabitə Nazirliyindəki həbslərin MTN-dəki həbslərlə birbaşa əlaqəsinin olduğu şübhəsizdir. Bu iki nazirlik belə çıxır ki, əl-əl verib "dərin dövlət” yaradıblar. Amma görünür, onların yaratdığı "dərin dövlət” elə dövlətin özünə qarşı olub. 

Bizdəki məlumatlara görə, Eldar Mahmudovun rəhbərlik etdiyi bu çete Azərbaycanda ciddi anti-dövlət projesi hazırlayırmış. Plana görə, ölkənin birinci şəxsi daxil olmaqla, bütün dövlət ərkanının telefon danışıqları, elektron yazışmaları total nəzarət altında olub. Həmçinin pul köçürmələri, bank hesabları da kontrolda imiş. Bu çete əlinin altında nəhəng məlumat bankı yaradıb, sonradan həmin "bank” vasitəsilə cəmiyyətə şokedici informasiyalar ötürüb ajiotaj, qarşıdurma yaradacaqmış. Məsələn, hansısa nazirin telefon danışığı, dövlətin ən təpəsindəki məmurların kimlərləsə dialoqu, e-mail yazışmaları, şəxsi bank hesabları - bütün bunlar günün birində cəmiyyətə ötürülür, aləm dəyir bir-birinə... Eynilə WikiLeaks saytında ABŞ məxfi məlumatlarının bütün dünyaya yayılması kimi... 


Assancın vasitəsi ilə ABŞ-ın diplomatik korpuslarının məxfi yazışmalarının yayılmasının yaratdığı şoku hələ də keçməyib. WikiLeaks saytı üzərindən yayılan həmin məxfi məlumatlardan sonra dünyada çox ciddi dəyişikliklər, təlatümlər yaşandı. İndi təsəvvür edin, Azərbaycan iqtidarında təmsil olunan şəxslərin məxfi telefon və internet yazışmaları, pul transferləri və digər gizli əməliyyatları haqda cəmiyyətə məlumatlar sızdırılsa, nələr olar...

MTN-nin bütün bunları həyata keçirəcək kifayət qədər media resursu var. Ona görə də "MTN işi”ndə reket medianın da başının ağrıyacağı xəbərləri boşuna yayılmayıb. İnformasiya müharibəsinin dalınca başqa bir müharibənin başlamayacağına kim qarantiya verər bilər?


***
Bu arada, ötən saylardan birində E.Mahmudovun ölkədəki ictimai-siyasi proseslərə müdaxiləsi haqda epizodik də olsa yazmışdıq. Bu barədə AXP sədri Pənah Hüseyn də son müsahibəsində bəzi ipucları verib. Həmin məlumatlara görə, avqustda prezident yanında müşavirədə PA rəsmilərinin iqtidar-müxalifət təmaslarının vacibliyi, müxalifətin parlamentdə təmsil olunmasının mümkünlüyü haqda dediklərinə E.Mahmudov opponentlik edib. Bildirib ki, bu görüşlər iqtidarın mənafeyi baxımından ziyanlıdır və dərhal dayandırılmalıdır. O, fikrini əsaslandırmaq üçün həmin görüşdə iştirak edən partiya sədrlərindən birinin ölkə başçısı haqda tənqidi fikrini söyləyib. Ekspertlər iddia edir ki, MTN və onun rəhbərliyi bu yolla iqtidarla müxalifət arasındakı təmasları, ümummilli məsələlərdə uzlaşmalarını əngəlləmək məqsədi güdüb. Və bununla da ölkədə gərginliyin qalmasında maraqlı olub.


Son 14 günlük təhlil deməyə əsas verir ki, prezident İ.Əliyev böyük bir təxribatın, xain planın üstünü açaraq onun qarşısını alıb. Dövlətin Eldar Mahmudova qəzəbi, nifrəti isə göz qabağındadır. İki gün öncə sabiq nazirin akademik atasının Naxçıvandakı büstünün uçurdulması barədə məlumatlar yayıldı. Adətən bu cür davranış öz dövlətinə və liderinə xəyanət etmiş şəxslərə tətbiq edilir... 

Bütün bu xain planın arxasında isə mütləq hansısa dövlət, yaxud dövlətlər dayanıb. Yoxsa bu qədər miqyaslı işi bir neçə generalın ağılının məhsulu saymaq qeyri-mümkündür. Yəqin nə zamansa bu da bəlli olacaq.(Yeni Musavat)
Demokratik.Az
Xəbər 2104 dəfə oxunub






Oxşar xəbərlər

Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli
Nazilə əri ilə şəklini paylaşdı - müzakirəyə səbəb oldu
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
101 il öncə - Bugün Bakının azad olunduğu gündür
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.25731] initstartout [0.00018] initstartin [0.00072] calstart [0.00948] calend [0.00054] topnewsend [0.00459] rsssend [0.00000] ehgend [0.00642] tagsstart [0.00070] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23464]