Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:56 - 13.11.2019  
Məhərrəmlikdə toy etmək olarmı? - Axundla ilahiyyatçı fərqli düşünür
Tarix: 26-10-2015, 08:17 | Bölmə: ---

Bir neçə gündür Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb. İmam Hüseyn və tərəfdarlarının qətlə yetirldiyi bu ayda hansı əməllərin həyata keçirilməsi məqsədəuyğundur? Ümumiyyətlə, məhərrəmliyin hökmləri nədir?

Modern.az saytı məsələ ilə bağlı iki fərqli mövqeləri təqdim edir.


Məşədi Dadaş Məscidinin imam-camaatı Hacı Şahin Həsənli Məhərrəm ayını matəm ayı kimi dəyərləndirib: "Məhərrəmlik İslam təqvimində matəm ayı hesab olunur. Məlum olduğu kimi, peyğəmbərimizin nəvəsi İmam Hüseyn (ə) və silahdaşları bu ayda faciəli şəkildə qətlə yetiriliblər. Bu səbəbdən də Məhərrəm ayı İslam aləmində hüzr və matəm ayı kimi qeyd olunur, eləcə də matəm mərasimlərinin keçirilməsi tövsiyə olunur.

Nəzərinizə çatdırım ki, bu ay ağlayıb-sızlamaq üçün deyil, təşkil edilən mərasimlərdə hadisələrin mahiyyəti insanlara açıqlanmalı, mərasim iştirakçıları elmi cəhətdən zənginləşdirilməlidirlər”.

Hacı bildirir ki, Kərbəla şəhidlərinin xatirəsini əziz tutmaq üçün müsəlmanlar bu ayda şadlıq mərasimlərindən imtina ediblər. "Amma bu şəriət hökmü deyil, mənəvi borcdur. Məhərrəm ayının xüsusi hökmləri yoxdur.

Bəzən əzadarlıq mərasimlərində bədənə zərər verən hallara da rast gəlirik, hətta ifrata varıldığının da şahidi oluruq. Sevindirici haldır ki, son illər bunlar xeyli azalıb. Qafqaz Müsəlmanları İdarəsinin, eləcə də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin tövsiyələrində qeyd edilib ki, məclislərdə ədəb-ərkana riayət olunsun, hadisənin mahiyyətinə xələl gətirəcək hallara yol verilməsin.

Ümumiyyətlə, kimsə İmam Hüseynin xatirəsini yaşatmaq istəyirsə, bunu öz əməlləri, əxlaqı ilə nümayiş etdirməlidir. Əks təqdirdə bu hadisənin mahiyyətinə xələl gələr. Bədənə zərər vurmaqdansa talessemiyadan əziyyət çəkən insanlar üçün qanvermə aksiyasına qoşulsunlar. Bu ən gözəl fədakarlıqdır”.


İlahiyyatçı Elşad Miri isə deyib ki, İslamda hər hansı ayda, gündə toyla bağlı bir qadağa yoxdur: "Əgər qadağa olsaydı peyğəmbərimizin 3 qızının, xanımlarının ( hansı ki, "Qurani-Kərim”də onlar möminlərin anaları adlandırılıb) özünün vəfat etdiyi gündə, yaxud 124 min peyğəmbərin öldüyü günlərdə toy etməzdik. Yüz minlərlə peyğəmbər və 365 günlük bir təqvim… Onda bizim təqvimimiz ancaq qara olardı”.

İlahiyyatçının sözlərinə görə, Məhərrəm ayı müqəddəs ay deyil: "Miladi təqvimdəki yanvar ayı kimi Hicri-qəməri təqvimində də məhərrəmlik ilin ilk ayıdır. Məhərrəm müqəddəs ay deyil. Bu İslamdan əvvəl də müsəlman olmayan ərəblərin istifadə etdiyi bir təqvim idi. Sadəcə, Məhəmməd peyğəmbərin vəfatından sonra 680-ci il Məhərrəm ayının 10-cu günündə, Aşura deyilən həmin vaxtı onun nəvələrindən biri olan İmam Hüseynin (ə) qətlə yetirildiyinə görə toy etmirlər. Ancaq peyğəmbər hətta öz oğlunun ölümü ilə bağlı belə bir qadağa qoymamışdı.

Əlbəttə, imam Hüseyn böyük şəxsiyyət olub, haqsızlığa qarşı vuruşub, amma bununla yanaşı, onun ölümü ilə bağlı toy edilməməsi anlayışı yoxdur. Bizim cəmiyyət hər şeyə kortəbii yanaşır.

Məsələn, Ramazan ayı başlayanda hamı müsəlman olur, içmir, islamla bütünləşir. Onlar bilir ki, toylardakı bəzi ənənələr İslama ziddir. Amma həqiqi müsəlman bütün ömrü boyu İslamla bütün olmalıdır, bir ayın xatirinə deyil. İslam hansısa hadisə ilə bağlı, yaxud yaxınını itirən birinin 40 gün saqqal saxlanılmasını özündə əks etdirən bir din deyil”.

Elşad Mirinin fikrincə, belə mərasimlərin ölkəmizdə keçirilməsi İranla bağlı məsələdir: "Zaqatala, Balakən, Qax zonalarında istər Məhərrəmlikdə, istərsə də Ramazan aylarında toylar keçirilir. Cəmiyyətdə mifik bir fikir formalaşıb ki, guya Məhərrəm ayında kim toy etsə, ya boşanacaq, ya övladı olmayacaq, ya da başqa xoşagəlməz hadisə ilə üzləşəcək. Amma ağlı başında olan bir insan bilir ki, əgər hər hansı genetik xəstəliyi varsa, qanında hansısa virus varsa, sonsuzluq problemi bununla bağlıdır.

Əzadarlıq məclislərinə gəldikdə, İslam dinində əzadarlıq anlayışı yoxdur. Allah "Qurani-Kərim”də də buyurur ki, özünüzü öz əllərinizlə təhlükəyə atmayın. Əgər bu deyilibsə, onun verdiyi əmanəti biz necə cəzalandıra bilərik? Əgər həmin insanlar həqiqətən də səmimidirlərsə, İmam Hüseyn kimi həyat yaşasınlar, onun kimi namaz qılsınlar, onun kimi oruc tutub, "Quran”a bağlılıqlarını həyata keçirsinlər. Bütün bunları etməyib yalnız bir "islamçı” olmaq mənə səmimi görünmür”.

 Gülşən RAUFQIZI

 

Demokratik.Az

Xəbər 2835 dəfə oxunub






Oxşar xəbərlər

İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb
ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar
MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb – Vahid Mustafayevin sözçüsündən REAKSİYA
Mehman Hüseynov da bələdiyyə sədri olmaq istəyir
Məşhur milyarder Göyçaya gəldi (FOTO)
Azərbaycan müharibəyə hazırlaşır?
Səfir: “Fransa və Azərbaycanın strateji maraqları üst-üstə düşür"
Qazaxda raket tapılıb
Ümumdünya Şahmat Olimpiadası Naxçıvanda keçirilə bilər
ABŞ Paşinyana əvəz axtarır
"Alışanov üçün 100 min “semiçka puludur"" - Qulu Məhərrəmli
Əli İnsanovun müxalifətlə bir araya gəlməsinə etirazlar
Gəncə sakini kanalizasiya quyusuna yıxılıb
Müsavatın mitinq məktubuna meriyadan cavab verildi
Nəcati Şaşmazın qardaşı barədə şok İDDİA
İnam Kərimov Vaşinqtonda - KT sahəsində əməkdaşlıq
9 nəfərə "Əməkdar jurnalist” adı verildi (SƏRƏNCAM)
Xaçmazın yeni icra başçısı niyə hoteldə qalır?
Oktay Gülalıyevin həyat yoldaşı Heydər Əliyev Fonduna təşəkkür etdi - VİDEO
Azərbaycanlı Rusiyada vəzifəyə seçilib
Həzi Aslanova yeni vəzifə verildi
Eldar Əzizov icra başçılarını yanına topladı
Müsavat Partiyasının mitinqlə bağlı müraciəti cavablandırılıb
Nardaranlı Mirseymuru öldürən Çeçenistanda gizlənir - İDDİA
Gülalıyevin həyat yoldaşı: "Oqtay komadadır"
Tacir gileyləndi: “Bacısı Fədayə ilə görüşməyimizə imkan vermir”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.34976] initstartout [0.00018] initstartin [0.00070] calstart [0.00919] calend [0.00052] topnewsend [0.00417] rsssend [0.00000] ehgend [0.01501] tagsstart [0.00096] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.31897]