Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:02 - 22.10.2018  
Valideynlərin “8 Mart qırğını”
Tarix: 4-03-2015, 19:41 | Bölmə: ---

Valideynlərin “8 Mart qırğını” 8 Mart Beynəlxalq Qadınlar bayramının qeyd olunmasına cəmi 3 gün qalır. Qarşıda hələ bir neçə gün olmasına baxmayaraq, bayramın "səs-küyü” bir neçə həftə əvvəldən eşidilməyə başlayıb. Evində məktəbli şagirdi və bağçada tərbiyə alan uşağı olan valideynlər nə demək istədiyimi yaxşı anlayır...

Təhsil Nazirliyindən məktəb direktorlarına dəfələrlə xəbərdarlıq edilib, amma görünən odur ki, bu xəbərdarlığa məhəl qoyan yoxdur. Kimi dindirirsən ümumiyyətlə, mart ayının gəlişindən narazıdır. İnsanlar bayram ab-havasını yaşaya bilmir, çünki, məktəblərdə, bağçalarda 8 mart münasibətilə pul yığılır, qadağan olunmasına baxmayaraq...

Bağçaların haqqı təbii ki, müəllim və xidmətçilərin sayına uyğun olaraq ən azı hərəsi üçün 10 manat  müəyyənləşib. Yəni uşaq bağçadadırsa, uşaqlar üçün təşkil ediləcək bayrama görə yığılacaq vəsaiti nəzərə almasanız, 30-40 manat xərciniz çıxacaq.

Məktəblərdə isə vəziyyət fərqlidir. Deməli, direktor və müəllimlər yeni üsula əl atıblar. Əvvəllər qarşıdan bayram gəldiyini uşaqlara özləri xatırlatsalar da, Təhsil Nazirliyinin iradlarından sonra bunu valideyin komitəsinin sədrinin əli ilə edirlər.

Müəllimə yaxın olan valideyn də digər valideynlərə bildirir ki, "müəllimin xəbəri yoxdur, gizlin pul yığaq, ona sürpriz edək”.

Nəzərinizə çatdıraq ki, təhsil müəssisəsinin "lisey”, "gimnaziya” olması qiymət artmını zəruri edir. Məsələn, orta məktəblərdə 30-40 manat yığıldığı halda, sözügedən təhsil müəssisələrində dərs deyən hər müəllim üçün 50 manat tələb edilir. Sinifdə dərs deyən qadın müəllimlərin sayına görə ümumi xərci hesablamaq isə çətin deyil.

İmkanı məhdud olan valideynlərin haqlı narazılıqlarına cavab olaraq isə deyilir ki, dollar qalxıb deyə, müəllimlərin haqqı da qalxıb...

Ən maraqlısı odur ki, bəzi müəllimlər hədiyyə qəbul etmirlər. "Hədiyyəni neyləyirik, ondansa 5-10 manat pul versinlər” deyə təkliflərdə bulunanlar az deyil.

Amma bu məsələyə görə, yalnız sıravi müəllimləri ittiham etmək insafsızlıqdır. Bu gün hətta 1-ci sinifdə oxuyan uşağa da aydındır ki, sıravi müəllim direktordan və müavinlərdən xəbərsiz məktəbdə 1 qəpik də yığa bilməz. Müəllimlər valideynlərə şikayətlənilər ki, yığılan pul ilk növbədə direktora və onun müavinlərinə verməlidirlər ki, onlara münasibət dəyişməsin, narahat edilməsinlər, "düşmən" elan olunmasınlar.Vay o günə ki, məktəbin direktor və müavinlərinin hamısı qadınlar ola. Bu halda sıravi müəllimin işi daha çətinə düşür: onlar mütləq xanım direktor və onun iki müavininin "8 mart şirinliyi”ni çatdırmalıdırlar. Belədə sıravi müəllimin iki çıxış yolu var: direktor və müavinlərin "8 mart haqqı”nı ya öz cibindən verməli, ya da uşaqlardan yığmalıdır. Təbii ki, müdiriyyətin "xeyir-duası” ilə 2-ci yolu seçən müəllim həm də öz marağını da təmin etməyə çalışır: "Bütün ilboyu uşaqların zəhmətini çəkirəm, ildə bir dəfə 8 martı bizə çox görəcəksiniz?..”.

Yazının əvvəlində müəllimlərə yığılan pulun məktəblərin yerləşdiyi ərazidən və təhsil ocağının statusundan asılı olaraq 30-50 manat arasında dəyişdiyini qeyd etmişdik. Bəzi məlumatlara görə daha prestijli orta məktəblərdə bu vəsait hətta şagirdbaşına 100 manata da qalxır. Amma qeyd etdiyimiz kimi, düşünməyin ki, yığılan vəsaiti yalnız müəllim həzm-rabedən keçirir. O puldan direktor və müavinlərin "haqqı” mütləq ödənilməlidir. Bu "haqq” isə direktorlara ən azı 50 (və ya məktəbdən asılı olaraq 100), müavinlərə isə 30 (və ya 50) manat ödəməkdən ibarətdir. Yəni müəllim valideynlərdən yığır, direktor və müavinlər isə müəllimlərdən... Nəticədə necə deyərlər zəncirvari proses əmələ gəlir...

Bütün bu olanların sonucunda isə çanaq valideynlərin başında çatlayır... İmkanlı valideynlər bu "çatlağı" heç vecinə almır, imkansızlara gəldikdə isə... Bax burda qəribi necə deyərlər, ağlamaq tutur...  

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər il bayramqabağı təhsil müəssisələrinə xəbərdarlıq etməyə lüzum yoxdur: "Çünki təhsil müəssisələrində birmənalı olaraq hər hansı ödənişin aparılması, vəsait tələb olunması qanunla qadağandır. Eyni zamanda təhsil mühitinin tələblərinə ziddir. Bununla bağlı hər bayramöncəsi hanısısa xəbərdarlıq edilməsinə ehtiyac görmürük”.

Gülşən RAUFQIZI

 

Demokratik.Az

Xəbər 2325 dəfə oxunub






Oxşar xəbərlər

Hadi Rəcəbli dilənçilərdən danışdı - TƏKLİF
Araz Ağalarovun hesablarını bağladılar - ABŞ-da
Qarabağdan danışmaq yalnız Kremlin hüququdurmu?..
Qarabağda əlil olan xanım ölkə rəhbərindən kömək istədi - MÜRACİƏT
Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
İlham Əliyev 4 sərəncam imzaladı
Ərdoğan Azərbaycandan danışdı
Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək
Türkiyənin tanınmış şoumeni yıxılaraq ağır xəsarət alıb
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Yeni situasiya
PSJ Neymarın qiymətini açıqladı
Seksə layiqli alternativ tapıldı
Ərdoğan mətbuat konfransında yatdı - Video
Badamdarda sürüşmə zonasında son vəziyyət
“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan
Eldar Mahmudovun dəstəsinin 2 üzvü azadlığa buraxıldı
“Yalama” Gömrük postunun böyük inspektoru həbs edildi
Səsiniz barədə 7 FAKT
“Siyasət məni...” - Etibar Məmmədovla müsahibə
"Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb" - Rəhim Qazıyev
Falınız - 19 oktyabr
Rəşid Mahmudov əməliyyat olundu
Mesajlarının sayı sənin etikanı göstərir
“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır
Müğənni Dilarə 5 fərqli obrazda – Fotolar
DTX Azərbaycana keçmiş xarici casusu həbs etdi (FOTO)
Koçaryan Paşinyanla mübarizəyə başlayır
Milli Məclisin deputatları nə qədər alır? - SİYAHI
Azərbaycanda 50 min ailə sosial yardım alır
Mehman Hüseynovla bağlı Apellyasiya qərar verdi
Azərbaycanın taleyini dəyişən gün - 18 oktyabr
Futbolçu baş məşqçini döydü – Azərbaycanda
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Müxalifətin "payız davası" - liderlərin savaşı böyüyür
Krımda TERROR - 22 yaşlı gənc kolleci partlatdı + 19 ölü
Bürclər – 18 oktyabr
Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..
Tələbə yazdı: "Mənim universitetim - Yaşasın ADAU!"
“1 avro 2 dollara bərabər ola bilər”
“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas
Xalq artisti: “Arvadı bir kəlmə sözə görə boşadım”
RƏZALƏT! - Türkiyədə iti zorlayaraq öldürdülər
Fransa prezidenti 4 naziri birdən dəyişdi
Bu deputatların maaşına xitam verildi - RƏSMİ
XXI əsrin GMO bəlasından necə xilas olaq?
Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video
Etimad Əsədov vəfat etdi
ABUTALIBOV GETDİ, ABUTALIBOV GƏLDİ… – Bakının köhnə və yeni başçılarının “deyişməsi”
Xalqı “yatmaqda” ittiham edənlərin MƏQSƏDİ...
Makron İrəvandan Bakıya niyə gəlmədi - iki rəy

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13533] initstartout [0.00017] initstartin [0.00080] calstart [0.01020] calend [0.00045] topnewsend [0.00352] rsssend [0.00000] ehgend [0.00541] tagsstart [0.00053] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11419]