Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb

  • 18 yan 2020, 22:08

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

"Report” xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Binə qəsəbəsində "Mercedes” markalı mikroavtobus yolu keçən təxminən 50-55 yaşlı kişini (şəxsiyyəti dəqiqləşdirilir) vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər