BMT-nin xüsusi məruzəçisi İranlı Generalın öldürülməsini qınadı: " Qanunsuzdur və beynəlxalq humanitar hüququ pozur"

  • 07 yan 2020, 08:26

Amerikalılar təpəfindən Bağdadda iranlı general Qasım Süleymaninin məqsədli şəkildə öldürülməsi, hər şeydən əvvəl qanunsuzdur və beynəlxalq humanitar hüququ pozur. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) məhkəmədən kənar qətl məsələləri üzrə xüsusi məruzəçisi Aqnes Kallamar özünün «Tvitter»ində yazıb.

Bundan əvvəl Pentaqon Süleymaniyə qarşı əməliyyat keçirdiyini təsdiqləyib. Həm də xəbər verilib ki, əməliyyatın gedişində 5 nəfər şiə üsyançısı həlak olub. Həlak olanlar arasında üsançıların başçısının müavini Əbu Məhdi əl-Mühəndisi də olub. ABŞ dövlət katibi Mayk Pompeo onu dekabrın 31-lə ABŞ-ın Bağdaddakı səfirliyinə edilən hücuma görə günahlandırmışdı.

«Qasım Süleymaninin və Əbu Məhdi əl-Mühəndisinin məqsədli şəkildə öldürülməsi, hər şeydən əvvəl qanusuzdur və insan hüquqları sahəsində beynəlxalq qanunvericiliyi pozur» - xanım Kallamar yazıb.

Onun sözlərinə görə, aktiv hərbi əməliyyatların keçirilmədiyi şəraitdə pilotsuz uçan aparatların və ya məqsədli şəkildə insanın öldürülməsi üçün digər vasitələrin işədilməsi qanuni sayıla bilməz.

Kallamar qeyd edib ki, ölümcül və ya potensial ölümcül silahların məqsədli şəkildə istifadəsi beynəlxalq qanunvericiliklə o halda əsaslandırıla bilər ki, kiminsə həyatına birbaşa təhlükə olsun.

«Başqa sözlə, bu iki kişiyə kimin hücum etməsindən asılı olmayaraq, əsaslandırılmalı idi ki, onlar digər insanlar üçün birbaşa təhlükə mənbəyidirlər» - deyə, xüsusi nümayəndə yazıb.

Kallamar əlavə edib ki, bu zaman həmin adamın keçmişlərdə «terror» hücumunda iştirakı onun öldürülməsi üçün yetərincə əsas ola biməz.

Oxşar xəbərlər