Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:58 - 29.01.2020  
"EUROHOME" QƏSDƏN YANDIRILIB, YOXSA...?
Tarix: 11-12-2019, 13:40 | Bölmə: ---

Bu gün, dekabrın 10-da səhər saatlarında Binəqədi rayonunda, Xırdalan dairəsinin yaxınlığında yerləşən «EuroHome» tikinti materialları bazarı ərazisində güclü yanğın baş verib.

"EUROHOME" QƏSDƏN YANDIRILIB, YOXSA...?Fövqəladə Hallar Nazirliyinin (FHN) hadisə ilə bağlı günorta saatlarında yaydığı açıqlamada bildirilir ki, yanğın söndürülüb: "Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd "BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub. Soyutma işləri davam etdirilir. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.

İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb. Hazırda araşdırma işləri davam etdirilir".

Sahibkarlar çıxılmaz durumdadırlar

«EuroHome» da yüzdən artıq mağaza külə dönüb, habelə ərazidə olan xeyli sayda avtomobilə də ciddi ziyan dəyib.

Sahibkarlar biri mətbuata deyib ki, mağazasında külli miqdarda yeni malları yanıb: «Məndə divar kağızı idi. 30 min manatlıq mal idi. Mağazanın təmirinə də 10 min manat vermişdim. Sənədlərim də mağazada idi. Hər şey yanıb kül oldu».

"EuroHome” tikinti materialları bazarında heç bir təhlükəsizlik siqnalı olmayıb”. Bunu isə "Report”un hadisə yerində olan əməkdaşına bazarda mağazası olan sahibkar Seymur Orucov deyib.

Sahibkarın sözlərinə görə, yanğın zamanı ona 150 minlik ziyan dəyib:"Səhər saat 9-a işləmiş xəbər tutduq ki, kafel-metlax satılan dükanlardan biri yanır. Yanğın da məhz oradan başlayıb”.

O qeyd edib ki, yanğın nəticəsində 100-dən çox mağazaya ziyan dəyib: "Bazarın yarısının, eləcə də özünün mağazasının sığortası olmayıb. Mağazamda 50-60 min manatlıq nisyə dəftərim də yandığına görə, kimdən nə qədər alacağımı bilmirəm”.

Sahibkarların nə qədər böyük zərərə düşməsi məlumdur, amma onun qarşılanması üçün hüquqi əsaslar olmalıdır. Ya mallar sığortalanmalıdır ki, yanğın və digər fəlakət olsa, əvəzi ödənilsin.

Ya da, dövlət ehtiyacları üçün satınalmadır. Bunun üçün də əvvəldən razılaşma olmalıdır və yanğın bura daxil deyil. Əgər sığorta və dövlət ehtiyacları üçün satınalma baş verməyibsə, kompenssiyadan söhbət gedə bilməz. Məsələ qalır hökumətin əlaçıqlığına.

Ekspert:"Rəsmi fəaliyyət yoxdursa, malların yanmasını sübut edə bilməzsən..."

İqtisadçı ekspert Qulu İbrahimli bildirir ki, rəsmi fəaliyyət yoxdursa, malların yanmasını sübut edə bilməzsən. Sahibkar da deyilsən.

 

""Eurohome" tikinti materialları bazarındakı yanğın rəsmi sahibkarlıq fəalliyyətinin, öz adına mal idxalının, alışının, vergi uçotunun və hesabatının, malların sığortasının bir daha necə vacib olduğunu ortaya qoyur"-deyə ekspert vurğulayıb.

Ekspert hadisənin qəsdən törədilməsini də sitisna etməyib: "Ticarət mərkəzlərində yanğını adətən ordakı sahbkarlardan hansısa biri qəsdən törədir. Rusiyadan gələn təcrübədir. Sahibkar xaricdən, bəzən də yerli bazardan nisyə aldıqları mala görə borclar xeyli şişəndən və malı satıb azaltdıqdan sonra həmin borcu ödəməmək üçün qəsdən öz obyektində, anbarında yanğın törədir. Guya, mallar yanıb, sata bilməyib. Nəticədə, həmin sahibkar başqasının pulunu belə mənimsəyir, bazardakı malları yanan digər günahsız başqa sahibkarlar bu əməldən zərər görərək məhv olur".

Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsi...

Xatırladaq ki, paytaxt və Sumqayıt arasında səhər və axşam saatlarında yaranan uzun tıxaclar ciddi narazılıq mənbəyidir. Problemin aradan qaldırılması üçün vətəndaşlar tərəfindən ölkə rəhbərliyinə və aidiyyatı qurumlara dəfələrlə müraciətlər ünvanlanıb.

Nəhayət, ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən, noyabrın 23-dən etibarən Bakı-Sumqayıt yolunun genişləndirilməsinə start verilib.

Layihə barədə mediaya məlumat verən Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirmişdi ki, bu yolda təmamilə maneəsiz hərəkət təşkil ediləcək: ""20 yanvar" körpüsündə hərəkətdə olan nəqliyyat vasitələri "Moskva" prospekti boyunca tunelə daxil olaraq heç bir maneə olmadan birbaşa Xırdalan tunelindən keçməklə Sumqayıt istiqamətinə hərəkət edə biləcəklər.

Bundan başqa Biləcəri, Xırdalan və Binəqədi istiqamətindən gələn nəqliyyat vasitələri əlavə zolaqlar vasitəsilə yeni tikilən tunelə daxil ola biləcəklər. Yol hər iki istiqamətə genişləndiriləcək. Sumqayıtdan Bakı istiqamətinə olan yolun iki zolaq genişləndirilməsi nəticəsində ərazidə olan "Ekologiya postu" köçürüləcək. 

Həmçinin yol genişləndirilərkən Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Atıcılıq Mərkəzinin yaxınlığından Xarici Dairəvi yolun altından keçməklə paytaxtın Şərifzadə küçəsinə çıxan yeni tunel tipli yol tikiləcək. Həmin tunel vasitəsilə nəqliyyat vasitələri Alatava istiqamətindən "20 yanvar" dairəsinə və Şərifzadə küçəsi ilə şəhərin digər istiqamətinə hərəkət edəcəklər".

A.Nəcəfli bildirib ki, yeni layihəyə əsasən həmçinin Xırdalan dairəsinin altından keçən tunel də genişləndiriləcək: "Həmin tuneldə hər iki istiqamətə yol zolaqları 2-dən 4-ə çatdırılacaq. Burada tıxacı azaltmaq üçün yeni tunellər tikiləcək, yol genişləndiriləcək. Zolaqlar dəmir maneələrlə ayrılacaq və sürücülər gedəcəyi istiqaməti əvvəlcədən seçməli olacaqlar".

Qeyd edək ki, layihə çərçivəsində yolun kənarında yerləşən ticarət obyektlərinin dövlət ehtiyacları üçün sökülməsi qaçılmaz idi. «EuroHome» tikinti materialları bazarının bir hissəsinin də bu məqsədlə söküləcəyi gözlənilirdi...

Bazar kim(lər)ə məxsus olub?

Mətbuatda yayılan məlumatlara görə, bazar məşhur iş adamı Ayaz Möhnətova məxsusdurƏvvəllər onun Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun kimayəsi altında fəaliyyət göstərdiyi, hətta onlar şərik olduğu iddia edilirdi. Möhnətovun uzun illər ərzində Bakıda geniş tikinti biznesi ilə məşğul olması da Abutalıbovun himayəsi ilə bağlanırdı... 

Xatırladq ki, onun "Uğur-97” şirkəti Bakının mərkəzində çoxsaylı "lüks” sinif yaşayış binaları inşa edib. Belə ki, R. Behbudov küçəsində 9, 10, 16 və 18 mərtəbəli 3 bina, Milli Bankın yaxınlığında Ş. Bədəlbəyli küçəsində 19 mərtəbəli bina bu şirkət tərəfindən tikilib. 

Sonradan isə Azay Möhnətovun Akif Çovdarov və Elçin Quliyevin himayəsi altına keçdiyi xəbəri yayıdı. Onların həbsindən sonra iş adamının kimin himayəsi altına keçdiyinə dair məlumat yoxdur.

Ancaq qeyd edək ki, Azay Möhnətov həmçinin AF Holdinq Şirkətlər Qrupunun və "Uğur-97" şirkətinin prezidentidir. Ayaz Möhnətovun aktivində kifayət qədər çox sayda tanınmış obyekt, o cümlədən məşhur AF Mall və AF Hotel & Aqua Park var.

"EuroHome” ticarət mərkəzi isə 2012-ci ildə nəhəng inşaat materialları bazarı kimi 5 hektar ərazidə tikilib. Bazarın yerləşdiyi ərazi əvvəllər «Azərxariciyol» MMC-yə məxsus olub.

AzPolitika.info

Qeyd: Yazı yayımlandıqdan sonra Avtomobil Yolları Dövlət Agentliyindən "AzPolitika.info"ya göndərilən məktubda bildirilib ki, aparılan genişləndirilmə işləri zamanı ticarət mərkəzinin sökülməsi nəzərdə tutulmayıb.:"Yol trassası mərkəzdən kənar keçdiyinə görə buna ehtiyac yoxdur. Söküntü işlərinin Xırdalan dairəsinə bitişik aparılması nəzərdə tutulub. Xahiş edirik nəzərə alasınız və verilmiş xəbərə əlavə edəsiniz!"

Xəbər 1133 dəfə oxunub






Oxşar xəbərlər

Nərminin nənəsindən gözlənilməz etiraf: "Qızım və kürəkənimdə də günah var"
Paşinyanın sirli xəstəliyi - İrəvan Qarabağla və odla oynayır
Daşkəsənin Zəylik kəndində bələdiyyə seçkiləri ZAY KEÇİB - ŞOK ŞİKAYƏT
Zəlzələ Yunanıstanı da silkələdi
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
278 nəfər deputatlığa namizədliyini geri götürdü
Yol polisi sürücüləri belə tələyə salır - VİDEO
“O NAMİZƏDLƏRİN ÜSTÜNDƏN XƏTT ÇƏKİLƏCƏK” - MSK
Azərbaycanda yüksək maaşlar olan sahələr açıqlanıb – SİYAHI
SOCAR-ın 2023-cü ilədək ümumi kapital qoyuluşu 14 mlrd. manat olacaq - “Fitch”
Türk baş konsulu erməni terrorçu belə qətlə yetirib – 47 il…
Əhaliyə 60 faizlə pul verən kredit təşkilatı haqqında ŞOK İDDİA
“Əli Həsənovun himayəçiliyi altında 10 il deputat olan..."
Ədəbiyyat müəlliməsi 7200 manatı maklerə verib jurnalisti niyə şərləyir? MÜƏMMALI İTTİHAM
Ərdoğan Merkelə maraqlı hədiyyələr verib- FOTO
Çində koronavirusdan ölənlərin sayı 41-ə çatdı
İranla ticarətə davam edən ölkələrə sanksiya gəlir
Soros yeni inqilaba hazırlaşır 1 milyardlıq ŞOK PLAN
"İlkinin vəziyyəti yaxşı deyil, onu "toka" verib, dözülməz işgəncələr ediblər" Vəkildən VİDEOAÇIQLAMA
Şok fakt! Əli Həsənovun “WikiLeaks” yazışmaları da üzə çıxdı
Renka: "Mərakeşdə məni ərəb qaçırmaq istəyirdi"
Mətbuat Şurasından ƏFV - bütün KİV-lər “qara siyahı”dan ÇIXARILDI
35 saylı DSK sədri istefa verdi
Qu quşu Əməkdar artistin əlini dişlədi
Azərbaycanda qadın üç dəfə zorla ərə verilib
Hafiz Hacıyev YAP-çı opponentini NİYƏ və necə təhqir edir? - VİDEO
Goranboyun Meşəli kəndində direktor Fəxrəddin Musayevin "AİLƏ MƏKTƏBİ" - FAKTLAR
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
AŞ PA müşahidəçiləri Bakıda görüşlərə başladı
Ermənilərdən növbəti Qarabağ təxribatı - Şuşa qalası erməniləşdirilir...
Deputatlığa namizəd Əli Həsənovun "trol şəbəkəsi"ni ifşa etdi — ŞOK FAKTLAR
Gəncədə namizədliyinə maneələr yaradılan Müzadil Həsənov MÜRACİƏT YAYDI
İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
ADAU rektoruna şok İTTİHAM - İntihara bais olubmuş?
Afaq Aslanın biabırçı görüntüsü yayıldı: Qara bikinidə…
“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb
İraq prezidenti ölkədəki etirazlarda ölənlərdən danışıb
"Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?" - İlham Əliyev Davosda cavablandırdı
ABŞ-da atışma olub, ölən və yaralananlar var - FOTO
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı” - FOTOLAR
İlham Əliyev BƏYAN ETDİ! "Əhalinin etimad etdiyi şəxslər seçiləcək"
Putinin yeni təyin etdiyi nazirlər.. - biri qadındır
Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
DİN Zirəddinə cavab verdi: "..yəqin yuxuda görüb"
TƏRS SİLLƏ! "Qarabağı erməniyə peşkəş verənin yanındasız, yoxsa..."
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı (fotolar)
BBC-nin baş direktoru istefaya gedir
30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR
Diplomatın “DİPLOMAT”I... – Elmar Məmmədyarov tikinti maqnatıdır?!
Prezident Şəhidlər xiyabanını ziyarət edib

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28264] initstartout [0.00018] initstartin [0.00069] calstart [0.00910] calend [0.00052] topnewsend [0.00390] rsssend [0.00000] ehgend [0.00644] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26113]