Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:03 - 30.01.2020  
Vasif Talıbovun gözlənilən qərarına Bakıdan İZAHAT
Tarix: 11-12-2019, 09:09 | Bölmə: ---

Vasif Talıbovun gözlənilən qərarına Bakıdan İZAHAT

Milli Məclisin buraxılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin də avtomatik olaraq buraxılmış sayılıb-sayılmadığı məsələsini müzakirəyə çıxarılıb. Dekabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama bildirilir ki, "Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamına uyğun olaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndi rəhbər tutularaq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 2020-ci il fevralın 9-na təyin edilir.

Bəzi media orqanlarında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması ilə bağlı hüquqi prosedurun keçirilmədiyi iddiaları irəli sürülür. Qeyd edilir ki, sadəcə, Ali Məclisin sədri muxtar qurumun qanunverici orqanına növbədənkənar seçki təyin olunması ilə bağlı sərəncam imzalayıb.

Vasif Talıbovun gözlənilən qərarına Bakıdan İZAHATDeputat Fazil Mustafa "Yeni Müsavat”a bildirdi ki, qanun pozuntusu baş verməyib, sadəcə, Milli Məclisin buraxılmasının proseduru ilə Naxçıvan Ali Məclisinin buraxılıb yeni seçkilərin təyin edilməsinin proseduru fərqli oldu: "Milli Məclisin deputatları fəaliyyətlərini dayandırdıqları barədə müraciət etdilər. Yetərsay 83-dən aşağı düşdüyü üçün ölkə prezidenti də Milli Məclisə yeni seçkilər təyin etdi. Təbii ki, bunun siyasi çalarları islahatlarla bağlı idi. Amma Naxçıvan Ali Məclisinin buraxılması məsələsində bu prosedura ehtiyac qalmadı. Azərbaycan Milli Məclisinin buraxılması və yeni seçkilərin təyin edilməsi əsas götürülərək seçkilərin eyni vaxtda keçirilməsi prinsipinə əməl etmək üçün belə bir addım atıldı. Bu da normaldır və qanuna zidd deyil. Çünki Naxçıvan Ali Məclisinə seçkilər Azərbaycan Milli Məclisinə seçkilərlə eyni vaxtda keçirilməlidir. Təbii ki, məsələ ilə bağlı fərqli hüquqi izahatlar ola bilər. Amma bütövlükdə Azərbaycan Milli Məclisinə yeni seçkilər təyin olunmuşdusa, gözlənilən idi ki, Naxçıvan Ali Məclisi də buraxılacaq və eyni günə seçkilər təyin olunacaq. Belə də oldu. Bunu normal qarşılayıram. Naxçıvan Ali Məclisinin 45 deputatı var. 45 deputatın 3-də ikisi öz fəaliyyətlərindən narazı qalardılarsa, Ali Məclisin buraxılması təşəbbüsünü də qaldıra bilərdilər. Lakin orada bu prosedura gedilmədi”.

Bəs, Naxçıvan Ali Məclisinə deputatlığa Naxçıvandan kənar bölgələrimizdən də vətəndaşlar namizədliklərini irəli sürə bilərlərmi?

Fazil Mustafa qeyd etdi ki, Naxçıvan Ali Məclisinə yalnız Muxtar Respublikasında qeydiyyatda olan 18 yaşından yuxarı vətəndaşlar namizədliklərini verə bilərlər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası hüquqi statusuna görə Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.

Azərbaycan Konstitusiyasına görə, muxtar respublikada dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir; qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi-parlamenti həyata keçirir. Ali Məclis Naxçıvan Muxtar Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən ali dövlət hakimiyyəti orqanıdır. Məclisin tərkibi 45 deputatdan ibarətdir. Onlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. İldə iki sessiya keçirir; Azərbaycan prezidenti və Milli Məclisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya Ali Məclisin sədri tərəfindən növbədənkənar sessiyaları çağırıla bilər.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququna malikdir. Konstitusiyaya əsasən, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi olan Ali Məclisin sədri 5 il müddətinə seçilir. Hazırda Ali Məclisin sədri Vasif Talıbovdur.

Xəbər 825 dəfə oxunub






Oxşar xəbərlər

Gəncədə rütbə itirən "polkovnik" Qılıncbəylidə ferma uçurur - VİDEOŞİKAYƏT
Pensiyaçılara şad xəbər - 14 % artım...
Zeynəb Xanlarovanın konsertinə bilet alan yoxdur
Türkiyədə azərbaycanlını döyüb öldürdülər
Əli Əhmədov müxalifəti İTTİHAM ETDİ: “Az qala...”
Əliyar Ağayev Super Liqa matçına təyinat aldı
Bakıda - Nənə nəvələrini və özünü öldürdü
“Qarşıdakı bir ildə Qarabağ problemini həll etməyə çalışacağıq” - Çavuşoğlu
Nərminin nənəsindən gözlənilməz etiraf: "Qızım və kürəkənimdə də günah var"
Paşinyanın sirli xəstəliyi - İrəvan Qarabağla və odla oynayır
Daşkəsənin Zəylik kəndində bələdiyyə seçkiləri ZAY KEÇİB - ŞOK ŞİKAYƏT
Zəlzələ Yunanıstanı da silkələdi
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
278 nəfər deputatlığa namizədliyini geri götürdü
Yol polisi sürücüləri belə tələyə salır - VİDEO
“O NAMİZƏDLƏRİN ÜSTÜNDƏN XƏTT ÇƏKİLƏCƏK” - MSK
Azərbaycanda yüksək maaşlar olan sahələr açıqlanıb – SİYAHI
SOCAR-ın 2023-cü ilədək ümumi kapital qoyuluşu 14 mlrd. manat olacaq - “Fitch”
Türk baş konsulu erməni terrorçu belə qətlə yetirib – 47 il…
Əhaliyə 60 faizlə pul verən kredit təşkilatı haqqında ŞOK İDDİA
“Əli Həsənovun himayəçiliyi altında 10 il deputat olan..."
Ədəbiyyat müəlliməsi 7200 manatı maklerə verib jurnalisti niyə şərləyir? MÜƏMMALI İTTİHAM
Ərdoğan Merkelə maraqlı hədiyyələr verib- FOTO
Çində koronavirusdan ölənlərin sayı 41-ə çatdı
İranla ticarətə davam edən ölkələrə sanksiya gəlir
Soros yeni inqilaba hazırlaşır 1 milyardlıq ŞOK PLAN
"İlkinin vəziyyəti yaxşı deyil, onu "toka" verib, dözülməz işgəncələr ediblər" Vəkildən VİDEOAÇIQLAMA
Şok fakt! Əli Həsənovun “WikiLeaks” yazışmaları da üzə çıxdı
Renka: "Mərakeşdə məni ərəb qaçırmaq istəyirdi"
Mətbuat Şurasından ƏFV - bütün KİV-lər “qara siyahı”dan ÇIXARILDI
35 saylı DSK sədri istefa verdi
Qu quşu Əməkdar artistin əlini dişlədi
Azərbaycanda qadın üç dəfə zorla ərə verilib
Hafiz Hacıyev YAP-çı opponentini NİYƏ və necə təhqir edir? - VİDEO
Goranboyun Meşəli kəndində direktor Fəxrəddin Musayevin "AİLƏ MƏKTƏBİ" - FAKTLAR
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
AŞ PA müşahidəçiləri Bakıda görüşlərə başladı
Ermənilərdən növbəti Qarabağ təxribatı - Şuşa qalası erməniləşdirilir...
Deputatlığa namizəd Əli Həsənovun "trol şəbəkəsi"ni ifşa etdi — ŞOK FAKTLAR
Gəncədə namizədliyinə maneələr yaradılan Müzadil Həsənov MÜRACİƏT YAYDI
İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
ADAU rektoruna şok İTTİHAM - İntihara bais olubmuş?
Afaq Aslanın biabırçı görüntüsü yayıldı: Qara bikinidə…
“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb
İraq prezidenti ölkədəki etirazlarda ölənlərdən danışıb
"Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?" - İlham Əliyev Davosda cavablandırdı
ABŞ-da atışma olub, ölən və yaralananlar var - FOTO
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı” - FOTOLAR
İlham Əliyev BƏYAN ETDİ! "Əhalinin etimad etdiyi şəxslər seçiləcək"
Putinin yeni təyin etdiyi nazirlər.. - biri qadındır
Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28409] initstartout [0.00020] initstartin [0.00069] calstart [0.00956] calend [0.00064] topnewsend [0.00412] rsssend [0.00000] ehgend [0.00615] tagsstart [0.00073] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26195]