Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

20:01 - 29.01.2020  
Anar Ələkbərov Oqtay Gülalıyevlə bağlı Aslan İsmayılova zəng vurdu
Tarix: 10-12-2019, 23:52 | Bölmə: ---

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov hüquqşünas Aslan İsmayılova zəng vurub.
Bu barədə A. İsmayılov özü məlumat yayıb.

Anar Ələkbərov Oqtay Gülalıyevlə bağlı Aslan İsmayılova zəng vurduO bildirib ki, buna səbəb hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı yazdığı statusdur:

"Az öncə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Oqtay Gülalıyevlə bağlı statusumla əlaqədar mənə zəng edib qısa olaraq bu sahədə etdiklərini bildirdi. Eşitdiklərim barədə cəmiyyətə açıqlama verə bilərəmmi sualına isə "qərarı özünüz verin” deyib bu barədə Heydər Əliyev Fondunun öz açıqlamasının olacağını da söylədi. Açıqlamanın necə olacağını bilmirəm. Ancaq eşitdiklərimi və öz münasibətimi Sizə bildirmək istəyirəm.
Hadisə baş verəndən sonra A.Ələkbərova məlumat verilir. Bu barədə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya məruzə ediləndən sonra 2 saat ərzində A.Ələkbərovun öz iştirakı ilə Türkiyədə baş-beyin zədələnməsi sahəsində ən tanınmış həkimlərdən biri olan İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatoloq Kadir Doğruer Bakıya dəvət olunur və o, O.Gülalıyevi müayinə edib səhhətinin çox ağır olduğunu deyib onun Türkiyədə İstanbul Avrasiya xəstəxanasına aparılmasını məsləhət bilir. O.Gülalıyev İstanbula aparılıb xəstəxanaya yerləşdirilir və lazım olan bütün tədbirlər görülür. O.Gülalıyevin səhhətində əlavə problemlər yaranır. A.Ələkbərov şəxsən bir neçə dəfə O.Gülalıyevin həyat yoldaşı Firuzə xanımla danışır, lazım olan hər tədbirin görüləcəyini deyir və lazım olanlar da edilir.
Heç bir ehtiyac olmasa da məhz doğmalarının istəyinə görə Oqtay bəy Amerikan Xəstəxanasına köçürülür. Fondun qəbul etdiyi qaydalara görə müalicənin hər 10 günü xəstəxanadan xəstənin durumu barədə arayışlar alınır və ehtiyac olduğu təqdirdə müalicə müddəti uzadılır. Bu qaydada O.Gülalıyevin müalicə müddəti iki dəfə uzadılıb və ödəmələrlə bağlı heç bir problem olmayıb. Əgər xəstənin səhhətinin bərpa ediləcəyi üçün başqa bir xəstəxanaya köçürülməsinə ehtiyac olardısa bu da edilərdi, ona görə ki, İstanbul Amerikan xəstəxanasında olan xərclər digər ölkələrin (İsrail, yaxud Avropa ölkələri) xərclərindən fərqlənmir.
İndi isə O.Gülalıyevlə bağlı ilk gündən baş verənlərlə bağlı öz gördüklərimi və bu barədə fikirlərimi Sizə çatdırıram. Həyatımda qəbul etdiyim bir qayda var. Düşməninlə belə ədalətli davranmalısan. Hadisə baş verəndən dərhal sonra müxalifət funksionerlərinin ard-arda baş vermiş hadisənin hakimiyyət tərəfindən bilərəkdən, O.Gülalıyevin hüquq müdafiə fəaliyyəti ilə bağlı olduğunu ifadə edən bəyanatları yayılmağa başladı. Özüm hadisənin baş vermə anına dəfələrlə baxdıqdan, bəzi şahidlərin, zavallı sürücünün fikirlərini öyrəndikdən sonra baş verənlərin sırf yol-qəza hadisəsi olduğuna əmin oldum. Bu barədə dərhal yazım da oldu. Həmin yazımda da məqsəd bu tip fikirlərin hakimiyyət təmsilçilərini zərərçəkənə kömək etməkdən uzaq durmamasına yönəlmişdi. Təsadüfən hadisə günü çoxdan tanıdığım, siyasətdən tam uzaq olan, məni müxalifətçi sayan, Oqtayın xəstəxanaya yerləşdirildiyi ilk andan onu müayinə edən bir həkimlə eyni məclisdə oldum. Hadisədən dərhal sonra xəstəxanada professor Adil Qeybullanın da olduğunu bildim. Həkimin ədalətli olduğu, həm də A.Qeybulla haqqında söylədiyi yüksək fikirlərdən bəlli oldu. Həkimin mənə dediklərindən utandım. Oqtayın ən ağır məqamında ora gələnlərin əksəriyyətinin məqsədi xəstəyə kömək etmək yox, hadisə yerindən bir şəkil çəkmək, reanimasiya otağında selfi etmək, bir də çığır-bağır salıb həkimləri təhqir etmək istəkləri olub. Həmin həkimin söhbət əsnasında mənə mənə dedikləri "vallah biz bilmirdik, xəstəyə kömək edək, yoxsa sənin dostlarının suallarına, iradlarına cavab verək?”.
Bundan sonra O.Gülalıyevin müalicəsi barədə intriqalar, siyasi alver başladıldı. Guya O.Gülalıyevi hakimiyyətin öldürmək istəməsi, sui-qəsdin izini itirmək üçün yararsız bir xəstəxanaya yerləşdirməsi, ona heç bir köməklik edilməməsi, Heydər Əliyev Fondu tərəfindən xəstəxana pulunun ödənilməməsi, Mübariz Mənsimovun ancaq Heydər Əliyev Fonduna görə kömək etməkdən imtina etməsi və s. barədə yazılar sosial şəbəkəni bürüdü. M.Mənsimov məcbur olub deyilənləri təkzib etdi, xəstəyə lazım olan bütün işlərin görüldüyünü, onun köməyə ehtiyacının olmadığını, sağlıq durumunun çox ağır olduğunu, ümidin ancaq Allaha qaldığını bildirdi.
Əziz Səhifə İştirakçıları, indi hər biriniz özünüzü Heydər Əliyev Fondunun əməkdaşlarının yerinə qoyun. Bu qədər çirkabdan sonra, ”özünüzə rəva bilmədiyinizi başqalarına rəva bilməyin” deyimimizi nəzərə alıb Siz özünüz hansı həvəslə O.Gülalıyevin müalicəsinə yanaşardınız?! Şantajla, böhtanla, qarayaxma ilə "kiminsə müalicəsini istəyirik” demək riyakarlıqdan başqa bir şey deyil! Bu gün Oqtay bəy komadadır və bu uzun müddət sürə bilər. Ona ediləcək hansısa müalicə isə ancaq komadan çıxdıqdan sonra ola bilər. Müxalifət düşərgəsində fəaliyyətini müsbət dəyərləndirdiyim çox az şəxslərdən biri kimi, əlbəttə Oqtay bəyin sağalmasını, bunun üçün lazım olan hər bir tədbirin görülməsini istəyirəm.
Sonda bir daha hamımıza ədalətli olmağı, görülən müsbət işə dəyər verməyi, şər-böhtandan, qarayaxmadan, siyasi al-verdən aralı durmağı arzulayıram. Belə bir durumda isə əksini etmək əxlaqsızlıqdır".
Xəbər 728 dəfə oxunub






Oxşar xəbərlər

Nərminin nənəsindən gözlənilməz etiraf: "Qızım və kürəkənimdə də günah var"
Paşinyanın sirli xəstəliyi - İrəvan Qarabağla və odla oynayır
Daşkəsənin Zəylik kəndində bələdiyyə seçkiləri ZAY KEÇİB - ŞOK ŞİKAYƏT
Zəlzələ Yunanıstanı da silkələdi
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
278 nəfər deputatlığa namizədliyini geri götürdü
Yol polisi sürücüləri belə tələyə salır - VİDEO
“O NAMİZƏDLƏRİN ÜSTÜNDƏN XƏTT ÇƏKİLƏCƏK” - MSK
Azərbaycanda yüksək maaşlar olan sahələr açıqlanıb – SİYAHI
SOCAR-ın 2023-cü ilədək ümumi kapital qoyuluşu 14 mlrd. manat olacaq - “Fitch”
Türk baş konsulu erməni terrorçu belə qətlə yetirib – 47 il…
Əhaliyə 60 faizlə pul verən kredit təşkilatı haqqında ŞOK İDDİA
“Əli Həsənovun himayəçiliyi altında 10 il deputat olan..."
Ədəbiyyat müəlliməsi 7200 manatı maklerə verib jurnalisti niyə şərləyir? MÜƏMMALI İTTİHAM
Ərdoğan Merkelə maraqlı hədiyyələr verib- FOTO
Çində koronavirusdan ölənlərin sayı 41-ə çatdı
İranla ticarətə davam edən ölkələrə sanksiya gəlir
Soros yeni inqilaba hazırlaşır 1 milyardlıq ŞOK PLAN
"İlkinin vəziyyəti yaxşı deyil, onu "toka" verib, dözülməz işgəncələr ediblər" Vəkildən VİDEOAÇIQLAMA
Şok fakt! Əli Həsənovun “WikiLeaks” yazışmaları da üzə çıxdı
Renka: "Mərakeşdə məni ərəb qaçırmaq istəyirdi"
Mətbuat Şurasından ƏFV - bütün KİV-lər “qara siyahı”dan ÇIXARILDI
35 saylı DSK sədri istefa verdi
Qu quşu Əməkdar artistin əlini dişlədi
Azərbaycanda qadın üç dəfə zorla ərə verilib
Hafiz Hacıyev YAP-çı opponentini NİYƏ və necə təhqir edir? - VİDEO
Goranboyun Meşəli kəndində direktor Fəxrəddin Musayevin "AİLƏ MƏKTƏBİ" - FAKTLAR
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
AŞ PA müşahidəçiləri Bakıda görüşlərə başladı
Ermənilərdən növbəti Qarabağ təxribatı - Şuşa qalası erməniləşdirilir...
Deputatlığa namizəd Əli Həsənovun "trol şəbəkəsi"ni ifşa etdi — ŞOK FAKTLAR
Gəncədə namizədliyinə maneələr yaradılan Müzadil Həsənov MÜRACİƏT YAYDI
İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
ADAU rektoruna şok İTTİHAM - İntihara bais olubmuş?
Afaq Aslanın biabırçı görüntüsü yayıldı: Qara bikinidə…
“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb
İraq prezidenti ölkədəki etirazlarda ölənlərdən danışıb
"Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?" - İlham Əliyev Davosda cavablandırdı
ABŞ-da atışma olub, ölən və yaralananlar var - FOTO
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı” - FOTOLAR
İlham Əliyev BƏYAN ETDİ! "Əhalinin etimad etdiyi şəxslər seçiləcək"
Putinin yeni təyin etdiyi nazirlər.. - biri qadındır
Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
DİN Zirəddinə cavab verdi: "..yəqin yuxuda görüb"
TƏRS SİLLƏ! "Qarabağı erməniyə peşkəş verənin yanındasız, yoxsa..."
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı (fotolar)
BBC-nin baş direktoru istefaya gedir
30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR
Diplomatın “DİPLOMAT”I... – Elmar Məmmədyarov tikinti maqnatıdır?!
Prezident Şəhidlər xiyabanını ziyarət edib

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.30022] initstartout [0.00019] initstartin [0.00068] calstart [0.00922] calend [0.00052] topnewsend [0.00371] rsssend [0.00000] ehgend [0.00628] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.27895]