Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib

  • 05 dek 2019, 21:12

Mənzil İnşaat Dövlət Agentliyində (MİDA) aparat rəhbəri vəzifəsinə təyinat olub.

Qurumdan "Report"a verilən məlumata görə, bu vəzifə Fərman Vahid oğlu Qurbanlıya həvalə edilib.

O, indiyə qədər MİDA-nın Beynəlxalq Əlaqələr və Strateji Planlaşdırma şöbəsinin müdiri vəzifəsini tutub, Agentlikdən əvvəl isə "Bank BTB”, "PAŞA Bank” və "Yelo Bank" ASC-lərdə müxtəlif vəzifələrdə çalışıb.

F.Qurbanlı İngiltərənin Lankaster Universitetində Pul, Bankçılıq və Maliyyə üzrə magistr dərəcəsi alıb.

Oxşar xəbərlər