Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:34 - 10.12.2019  
"Çempionatımız maraqlı deyil" - Elşad Əhmədov
Tarix: 2-12-2019, 17:31 | Bölmə: ---

"Çempionatımız maraqlı deyil" - Elşad ƏhmədovSabah”ın sabiq baş məşqçisi Elşad Əhmədov Qol.az-a müsahibə verib.

- Hazırda nə işlə məşğulsunuz? 

- İstefa verdikdən sonra "Sabah”dan ayrılmamışam. Klub prezidenti Maqsud Adıgözəlovla söhbətimiz oldu. O, mənim klubda qalmağımı istədi. Hazırkda prezidentin müşaviri vəzifəsini icra edir. Həm də  "Sabah” futbol akademiyasının koordinatoruyam 

- "Sabah”ın çempionatdakı çıxışları haqda nə deyə bilərsiniz?

- Komandanın son oyunlarına əsasən deyə bilərəm ki, nəticə olaraq ortada nəsə var. 4-cü turdan sonra istefa verdim, daha sonra baş məşqçi postuna İqor Ponomaryov gəldi. Amma bilinirdi ki, o, az işləyəcək. 2 qələbə, 2 məğlubiyyət, 3 heç-heçə qeydə alındı. Bu o deməkdir ki, nəsə irəliləyiş oldu.

- Komandada yenidən baş məşqçi dəyişikliyi oldu. "Sabah”ın sükanı arxasına xorvatiyalı mütəxəssis Jelko Sopiç gətirildi. Yeni baş məşqçidən gözləntiləriniz nədir? 

- Klubun öz strategiyası var. Daha çox yerli gənc futbolçuları oynatmaq barədə fikirləşirlər. Yeni baş məşqçinin ola bilər ki, öz fikri, strategiyası olsun. İlk olaraq, Sopiçə uğurlar arzulayıram. "Sabah” üçün düşərli olsun. Gözləntilər haqqında 1-2 oyundan sonra nəsə deyə bilərik. Görmədiyimiz şey haqqında danışmaq düzgün deyil. Fikrimcə, yeni baş məşqçinin işini qış fasiləsindən sonra keçiriləcək oyunlarda görə biləcəyik.


- Qeyd etdiniz ki, "Sabah” futbol akademiyasında çalışırsınız. Klubda uşaq futboluna maraq, diqqət, ümumilikdə uşaq futbolu üçün görülən işlər nə yerdədir?

- "Sabah”da uşaq futbolu üçün çox yaxşı işlər gedir. Bildiyiniz kimi, bu işlər üçün "Dinamo”dan (Zaqreb)  məşqçi gətirilib. O, işlərə rəhbərlik edir. Seleksiya işlərimiz olub. Amma biz daha çox bu işlərdə regionlara fikir veririk. Özüm də seleksiya işləri üçün 4-5 dəfə Salyan, İmişli, Saatlı zonasına getmişəm. 4 rayona getdik və demək olar ki, rayonlardan az da olsa yaxşı oynayan uşaqların adlarını yazmışıq. Onları "Sabah”a götürmək istəyirik. Bu, Bakıdakı seleksiya işlərindən sonra məlum olacaq. İş gedir, inanıram ki, bundan sonra daha yaxşı olar.

- Çempionatımızın oyunları sizi razı salır?

- Hamı deyib, mən də deyirəm, 8 komandalı çempionat maraqlı deyil. Çempionluğa tək "Qarabağ” oynayır. Rəqabətin olmaması "Qarabağ”ın Avropa Liqasında keçirdiyi oyunlarda özünü göstərir. Bu səbəbdən komanda çox problemlərlə üzləşir. Rəqabət  yuxarı səviyyədə deyil. 

- Sizcə, çempionatımızda rəqabətin olmamasının səbəbi sırf komanda sayının az olması ilə balıdır?

- 2008-2014-cü illərdə çempionat daha maraqlı idi. Həmin vaxt yerli futbolçuların səviyyəsi indikindən üstün idi. Həm də o vaxt çempionatımıza daha səviyyəli legionerlər gəlirdi. Qeyd etdiyim illərdə çempionatda komanda sayı çox idi. Onların 5-6-sı çempionluğa oynayırdı. Hazırda yerli futbolçuların keyfiyyətinin də yüksək olmaması, legionerlərin sayının artırılmaması səbəbindən rəqabət mənfiyə doğru gedir. Yerli futbolçuların səviyyəsi o dərəcədə yüksək deyil, varsa da bu, çox azdır.

- Bildirdiniz ki, bölgələrə gedib seleksiya işlərini daha çox orada aparırsınız. Çempionatda bölgə klublarının olmaması işinizə nə dərcədə təsir edir?

- Çox, lap çox dərəcədə. Əlbəttə ki, çempionatda "Kəpəz”,  "Xəzər Lənkəran”, "Karvan”,  "Simurq”, "Şahdağ” kimi komandalar oynamalıdır. Onlar olsa, çempionatda daha çox rəqabət olar və yerli oyunçular üzə çıxa bilər.

- Bu həftədən Azərbaycan kubokunun oyunları başlayır. Necə düşünürsünüz, "Sabah” bu mövsüm Azərbaycan kubokunu qazana bilər? Kubok oyunlarından gözləntiləriniz nədir?

- Bir qədər çətin sualdır. Amma bacardığı qədər irəli getmək şansı var. "Sabah” "Ağsu”nu keçib, "Qəbələ”yə rəqib ola bilər. Məncə, püşk yaxşıdır. Komanda "Neftçi” və "Qarabağ”a da rəqib ola bilərdi. Bu baxımdan haradasa finala qədər irəliləmək şansları var. Finalda kiminlə görüşəcəklər? Bunu demək bir qədər çətin məsələdir.

Xəbər 239 dəfə oxunub






Oxşar xəbərlər

“Gültəkin Hacıbəyli bir nəfərin ağzına baxır…”
Gültəkin Hacıbəyli İsa Qəmbərin köhnə təklifini "xırdaladı"
Ermənistanın yazadək vaxtı qalıb - 9 fevraldan sonra...
MM yararsızdır? Bu nə hoqqabazlıqdır?
“Sevilya” səfərdə heç-heçə oynayıb
Müxalifət olmaq niyə çətinləşib?
Ata ögey ana ilə birgə azyaşlı övladlarına dəhşətli işgəncələr verdi - Ağcabədidə ŞOK OLAY
Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı
Kimyəvi maddə daşıyan sistern aşıb, ölənlər var
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi (FOTO)
Ramiz Mehdiyevin adı "Meydan hərəkatçısı" kimi çəkilir
Altay maralları Azərbaycanda: onları kim və hansı məqsədlə gətirib...
Cəlilin yazısı: "Yalana sığınıb yaşayanlar.."
ŞOK! Laçınlı sabiq məmur özünü niyə asdı?
Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
"Yuventus" mövsümdə ilk məğlubiyyətini alıb
ABŞ-dan Rusiyaya ağır ittiham: “PUA-mızı onlar vurub…”
Bu gün SAT imtahanı keçirilir
Tiflisdə YDM-də yanğın olub, xəsarət alanlar var
Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
AÇIQLAMA GƏLDİ! Polis Gəncədə DSMF-nin qayda pozan xidməti maşını barədə tədbir görüb
"Gündəlik Bakı" qəzetinin baş redaktoru azadlığa buraxılıb
Alman polisinin həbs etdiyi Əlövsət Əliyevdən xəbər var
Etibar Məmmədovdan AÇIQLAMA - Seçkilərə qatılmayacaq
Yevda Abramov kimdir? - DOSYE
Fazil Məmmədovun gedişinin 2 ili - vergi sistemində nələr dəyişdi
BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
Elmar Vəliyevi vuran Yunis Səfərovun İŞİ MƏHKƏMƏDƏ
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Gəncədə DSMF-nin xidməti maşını yol hərəkəti qaydalarını pozub -VİDEO
Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili
Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB
Naftalana icra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib
Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"
İnam Kərimova yeni vəzifə verildi
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.29630] initstartout [0.00022] initstartin [0.00117] calstart [0.01305] calend [0.00053] topnewsend [0.00564] rsssend [0.00000] ehgend [0.01235] tagsstart [0.00066] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26264]