ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi

  • 20 noy 2019, 14:19

Azərbaycan Dövlət Aqrar Universitetində ara qarışıb. Rektor İbrahim Cəfərov barəsindəki tənqidlərin təsirindən dəngəsini tam itirib.

Son günlər Universitet rəhbərliyinin yarıtmaz fəaliyyəti və nöqsanları barədə saytımızda, eləcə də bir sıra elektron KİV orqanlarında dərc edilən yazılar rektor İbrahim Cəfərov tərəfindən aqressiya və kin-küdurətlə qarşılanıb. Mənfi və arzuolunmaz nəticə artıq özünü biruzə verib. Belə ki, öz əyrintilərini düzənləməyən universitet rəhbərliyi heç bir doğal əsaslar olmadan bir neçə günahsız əməkdaşına hücuma keçməyə başlayıb. Hücumlar əsasən yayımlanan yazıların müəllifi, "Demokratik.Az" saytının rəhbəri Osman Nərimanoğlunu tanıyanlara qarşı baş verir. Kim adıkeçən jurnalisti tanıyırsa ADAU-dan işdən qovulacağı hədələrini alırlar.

Bu barədə "Demokratik.Az"-la telefon əlaqəsi yaradaraq məlumat verən Yəhyayev Ramil Veyis oğlu universitetdə baş verənlərə öz kəskin iradlarını bildirib. 

SİTAT;"..Hazırda mənim işdən çıxarılmağım barədə rektorluğa saxta və əsası olmayan ittihamlarla təqdimat verilib. Bunun əsasında da sizin rektor barədə saytınızda yayımladığınız əsaslı tənqidləriniz dayanır. Bəlkə yazmayasınız ki, bizim də başımız ağrımaya!? Çünki cənab İbrahim Cəfərov nədənsə yazdıqlarınızda məni və bir neçə əməkdaşımızı müqəssir bilir. Amma siz də bilirsiniz ki, mənim yayılan xəbərlərin saytınıza ötürülməsində uzaqdan-yaxından əlaqəm yoxdur. Əgər varsa, qorxmuram, ictimailəşdirin ki, yaydığınız faktlarda mən informator olmuşam. Axı olmamışam. Özüm 3-cü qrup əliləm, əslən də Ağdamın erməni işğalında olan Salahlı kəndindənəm. Universitetin 2 saylı yataqxanasında nəzarətçi ştatı üzrə (0, 5 ştat vahidi) 136 manat da maaş alıram. Rektorun məni işdən qovmaq istəyini anlamıram və dediklərimi ictimailəşdirməyinizi xahiş edirəm".

Saytın rəhbəri Osman Nərimanoğlu isə bildirib ki, tənqidə görə rektorun belə bir davranışı onun hansı idarəçilik qabiliyyətində olduğunu, hansı demokratik dəyər daşıyıcısı olduğunu göstərir. Dost olsa da, kimisə universitetdən məlumatlar ötürməkdə şübhəli bilmək, kimlərisə incitməyin repressiv və ədalətsiz basqı olduğunu ifadə edən jurnalist rektor İbrahim Cəfərovun etdiklərini kəskin şəkildə qınayıb və universitet rəhbərliyini tənqidlərə dözümlü olmağa, hər kəsə qarşı qanuni və sayğılı davranmağa dəvət edib.

Bildirək ki, ADAU-nun magistr tələbəsi Ramil Yəhyayev bu barədə özünün fb səhifəsində də qəzəbli və lakonik status paylaşıb.

Həmin paylaşımı da təqdim edirik:

"Rektor İbrahim Cəfərov ADAU kollektivinə müharibə elan etdi ! Rektor bütün günü mən tələbənin adamıyam deyir amma bu gün şər böhtan ataraq məni işdən azad etmək isdəyir. Pratakol tərtib etdirib və məsələni qaldırıb. Gör kimlər təqdimat yazıb komendat Fizuli bütün günü tələbələrdən kartof daşıdan və bir neçə nizam intizamı yerində olmayan tələbələr məndən təqdimat yazır. Qoy yazsınlar Azərbaycan Məhkəməsi və Dövlət orqanına deyərlər görək təqdimatın nə qədər əsaslı olub olmaması. Bu dəfə barışıq olmayacaq!"

Onu da bildirək ki, bu hal son günlər rektor İbrahim Cəfərovun universitet kollektivinə qarşı ilk hücumu deyil, rektor ADAU-da çalışan və jurnalist Osman Nərimanoğlu ilə dostluq münasibətində olan bir neçə şəxsə qarşı da analoji hərəkətlər edir, prezidentin ona etimad etdiyi rektorluq səlahiyyətlərini kollektivə qarşı basqı mexanizmi kimi istifadə edir.

Demokratik.Az

 

Oxşar xəbərlər