İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq

  • 19 noy 2019, 23:50

"Ölkədəki xaosun liderlərini edam gözləyir. Xaosçuların etdiyi əməl "üsyan"dır və cəzası hüquqi, o cümlədən şəriət qanunlarına əsasən edamdır".

Modern.az  İran mediasına istinadən xəbər verir ki, belə bir iddia ilə İranin dini lideri Ayətullah Əli Xameneyi çıxış edib.

Məlumatda bildirilir ki, İranin dini lideri benzinin qiymətinin artımına qarşı başlanmış aksiyalara liderlik edənləri edam cəzası gözlədiyini açıqlayıb.

Qeyd edək ki, iddialara görə etirazlar zamanı həbs edilənlər istintaq gedişində aksiya təşkil etmək qarşılığında pul aldıqlarını etiraf ediblər.

Oxşar xəbərlər