Ermənistanın sabiq prezidenti Serj Sarkisyan 2016-cı
ilin aprel döyüşləri ilə bağlı ifadə verəcək.
Bu barədə parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin sədri
Andranik Koçaryan bildirib.
Sarkisyanın aprel döyüşlərinin səbəb və nəticələrini
araşdıran komissiya qarşısına çıxacağı gözlənilir.
"Öncə bütün veriləcək sualların siyahısını hazırlamalıyıq. Yalnız bundan sonra
həmin sualları Sarkisyana təqdim edəcəyik”.
Ermənistanda aprel döyüşləri ilə bağlı komissiya bu
ilin iyununda yaranıb. /modern.az/