Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:09 - 13.12.2019  
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Tarix: 14-11-2019, 02:08 | Bölmə: ---

Son günlərin qalmaqallı iş adamı, bir neçə lombard sahibi olan Maqsud Mahmudov girov qoyulan pulları götürərək Azərbaycandan qaçıb.

Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdıDemokratik.Az xəbər verir ki, bu barədə oxu.az-a Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, M.Mahmudovun qurbanına çevriliş şəxslər tərəfindən son üç gün ərzində polisə xeyli şikayət daxil olub. Qaradağ rayon Polis İdarəsində iş adamı barəsində bu günə qədər 70-ə yaxın şikayət toplanıb. Zərərçəkmişlər ifadə veriblər ki, 2017-ci ildən qızıl əşyalarını Lökbatan qəsəbəsindəki 28 May küçəsində yerləşən lombarda təhvil veriblər. Lombard Mədinə İsrafilova adlı şəxsin adına qeydiyyata alınsa da, onun əsl sahibi Maqsud Mahmudovdur.

Azərbaycandan qaçmış Maqsud Mahmudovdla bağlı oxşar şikayətlər Yasamal rayon Polis İdarəsinə də daxil olub. Şikayətlər hələ də toplanmaqdadır. Hazırda iş adamının müştərilərinə vurduğu maddi zərərin miqdarı hesablanır.

Qeyd edək ki, M.Mahmudovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudov və tabeçiliyində olan şəxslərlə bağlı müxtəlif saxtakarlıqlarda da hallanıb.

M.Mahmudovun özünün təsdiq etdiyi kimi, MTN-nin Antiterror Mərkəzinin keçmiş rəhbəri İlqar Əliyevin (20 dekabr 2015-ci il tarixində 1 saylı Bakı İstintaq Təcridxanasının kamerasında özünü asıb) qanunsuz hərəkətləri nəticəsində əmlakından məhrum olub. İş adamının dediyinə görə, keçmiş MTN əməkdaşları hədə-qorxu ilə onu akademik Həsən Əliyev küçəsində yerləşən "Oboy evi”ni bir gecədə 120 min dollara satmaq məcburiyyətində qoymuşdu, halbuki onu 650 min ABŞ dollara almışdı. İlqar Əliyev və silahdaşları iş adamından 250 min ABŞ dollarını da almışdılar. Bu, Eldar Mahmudovun istefasından bir ay əvvəl baş vermişdi.

İş adamı həmçinin iddia edirdi ki, 2015-ci ildə "Bank Technique”dən 40 kiloqram qızıl, bir mənzil, bir bağ evi və obyekt müqabilində 1,5 milyon dollar məbləğində kredit götürdükdən sonra güc strukturları onun yanına gəliblər. Razılaşmaya əsasən, Mahmudov krediti 2020-ci ilə qədər ödəməli idi. Ancaq dörd aydan az müddət sonra bank iş adamından krediti dərhal bağlamağı istəyib, əks təqdirdə girov qoyulan bütün əmlakını itirəcəyini deyib.

"Bank Technique-də ikinci aparıcı şəxs Beynəlxalq Bankın 15 il həbs cəzası alan keçmiş idarə heyətinin sədri Cahangir Hacıyevin qardaşı oğlu Cəmil Hacıyev idi. Məni qorxutdular ki, MTN əməkdaşları bütün əmlakımı əlimdən alınacaq və təklif etdilər ki, girov qoyulanları dərhal satım ki, krediti bağlaya bilim. Yəni onlar mənim evimdən başqa bütün əmlakımı öz adamlarına ucuz qiymətə satırdılar”,-deyə M.Mahmudov yerli mediaya açıqlama vermişdi.

Bu qanunsuz hərəkətlər nəticəsində M.Mahmudova 10 milyon manat ziyan dəymişdi.

Bundan əlavə, o, "Azerigazbank”a qarşı da ittiham irəli sürüb. M. Mahmudovun sözlərinə görə, qızıl əşyalarını girov qoyaraq bu bankdan kredit götürüb. Müvafiq ekspertiza keçirilərək, akt imzalanaraq onun təqdim etdiyi qızıl əşyaları qəbul edilib. Lakin sonradan bank zinət əşyalarının üzərindəki almazı, şüşə kimi təqdim edib.

Xəbər 847 dəfə oxunub






Oxşar xəbərlər

Paşinyan “Qarabağ klanı” ilə haqq-hesab çəkir
Türkiyə Bakıdan qazın qiyməti ilə bağlı nə istəyib?
Ermənistanda saxta hərbi sənəd aşkarlandı
Sərdar Cəlaloğludan “Eurohome” yanğını ilə bağlı şok açıqlama - VİDEO
"Forbes" 2019-cu ilin ən nüfuzlu qadınlarının adlarını açıqlayıb
PKK-da parçalanmalar davam edir
USAID-in Azərbaycandakı nümayəndəsi ADAU-da olub
OBA marketlər şəbəkəsinin keçmiş əməkdaşları saxlanılıb - SİYAHI
Refat Çubarov hava limanında saxlanıldı
Berlin rus diplomatlarını qovdu – Kremldən cavab
“Həzi Aslanov”un bir çıxışı bağlana bilər (RƏSMİ)
Bu rayonların pensiya təyinatında dəyişikliklər olundu
"Vətəndaşımız səsini verdikcə dövlətimiz güclənir"
Siyavuş Novruzov parlamentə getmir? - Açıqlama
Leyla Əliyeva babasını belə andı – Video
Gülalıyev niyə sağalmır? – şok detallar
"Netflix" 4 milyona yaxın abunəçisini itirə bilər
Prezident Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!
"HANSI MİRŞAHİN DÜZ DANIŞIR?" - Eynulla Fətullayev də Mirşahini vicdanlı olmağa çağırdı
Bakıda övladlarına işgəncə verən ata həbs edildi
İlham Əliyev Prezident Administrasiyasında yeni təyinat etdi
“VAZ" piyadanı vurub öldürdü - Maştağada
“Şərurlu İsfəndiyar” şirkəti ilə bağlı Prezidentə edilən şikayətdən danışdı, sakinləri ittiham etdi
Ölkədən qaçan məmur bu şəxslərin yaxınıdır
Bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir? - MÜRACİƏT
Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana təhvil verəcək
"EUROHOME" QƏSDƏN YANDIRILIB, YOXSA...?
Nə vaxta qədər BOYKOT? – İdeal seçki olmayacaq, amma...
TDƏŞ ölkələrinin sahibkarlar üçün ortaq biznes portalı yaradılıb
YAP-ın yeni namizədlər siyahısında kimlər olacaq?
Rusiyada zəncirvarı qəzada 48 avtomobil toqquşub
Stalini necə qoruyurdular? – təzadlı rəylər
Növbəti illərdə referendum keçirilə bilər - səbəb
DSX "Ceyrançöl"də baş verən insidentlə bağlı məlumat yayıb
Cəbhədə atəşkəs pozulub
Vasif Talıbovun gözlənilən qərarına Bakıdan İZAHAT
Bakıda fövqəladə yanğın - “EuroHome” niyə kül oldu...
RƏZALƏT! ADAU rektoru akademik məsləhətçilər seçəndə gender bərabərliyini və təlimatı niyə pozub?
Dünya ölkələrinin xarici borc bəlası - Azərbaycan şükür içində
Sərdar Cəlaloğlu: “...Siyasətdən getməsəm, insan deyiləm”
“Kuklaoynadanlardan qurtulmuşuq” – Milyarder Fərhad Əhmədov iqtidara “yol xəritəsi” təklif edir!
Azərbaycanlı professora 4 milyon avro mükafat
Azərbaycanlı modeldən Dubayda seksual – FOTOSESSİYA
Anar Ələkbərov Oqtay Gülalıyevlə bağlı Aslan İsmayılova zəng vurdu
Ağ Ev: Trampa qarşı ittihamlar yalandır
Bakıda "KamAZ" iki tələbəni vuraraq öldürüb
HAMI DEPUTAT OLMAQ İSTƏYİR, BƏS SEÇİCİ KİM OLACAQ?
Əbu Bəkr məscidi yenidən açılacaq - RƏSMİ
Azərbaycanın keçmiş nazirinə heykəl qoyuldu - Fotolar
Bakıda ticarət mərkəzi yanır - Video
Putin prezident olmayacaq - Simonyan
Mənsimov Gülalıyevin oğlunun iddiasına cavab verdi
2018-ci ildə silah satan şirkətlər 420 milyard dollar qazanc əldə ediblər
Lavrov Vaşinqtonda Trampla görüşəcək
Naxçıvan parlamenti də buraxıldı: Ali Məclisə seçkilər keçiriləcək - SƏRƏNCAM
“Gültəkin Hacıbəyli bir nəfərin ağzına baxır…”
Gültəkin Hacıbəyli İsa Qəmbərin köhnə təklifini "xırdaladı"
Ermənistanın yazadək vaxtı qalıb - 9 fevraldan sonra...
MM yararsızdır? Bu nə hoqqabazlıqdır?
“Sevilya” səfərdə heç-heçə oynayıb
Müxalifət olmaq niyə çətinləşib?
Ata ögey ana ilə birgə azyaşlı övladlarına dəhşətli işgəncələr verdi - Ağcabədidə ŞOK OLAY
Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı
Kimyəvi maddə daşıyan sistern aşıb, ölənlər var
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi (FOTO)
Ramiz Mehdiyevin adı "Meydan hərəkatçısı" kimi çəkilir
Altay maralları Azərbaycanda: onları kim və hansı məqsədlə gətirib...
Cəlilin yazısı: "Yalana sığınıb yaşayanlar.."
ŞOK! Laçınlı sabiq məmur özünü niyə asdı?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.37342] initstartout [0.00019] initstartin [0.00068] calstart [0.01056] calend [0.00055] topnewsend [0.00564] rsssend [0.00000] ehgend [0.03009] tagsstart [0.00104] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.32460]