Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

09:02 - 07.12.2019  
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Tarix: 15-11-2019, 09:42 | Bölmə: ---

Azərbaycan Dövlət Aqrar Universitetinin "Baytarlıq təbabəti və Zoomühəndislik" fakultəsi dekan seçkilərinə hazırlaşır. Seçkilərə qısa zaman qalsa da, fakultənin ayrı-ayrı kafedra və müəllimləri prosesin gedişatından narazıdır. Rektorluq tərəfindən "elan" edilən dekanlıq seçkisinə süni maneə və təzyiqlər var. Şəxsən rektor İbrahim Cəfərovun özünün istəyilə bu vacib seçkinin adi təyinata çevrilməsi cəhdləri müşahidə olunur. 

ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?"Demokratik.Az"-ın məlumatına görə, əvvəllər Gəncədə bir neçə Dairə Seçki komissiyasının sədri olmuş İbrahim Cəfərov universitetdə dekan seçkisində şəffaflığı və ədaləti təmin etmək əvəzinə, birokratik əngəllərlə fakultədə çalışan professor-müəllim heyəti arasında seçmək və seçilmək azadlığını buxovlayaraq boğur. Əslində bu "boğulma" ölkənin yeganə aqrar təhsil ocağında axsayan tədrisin, elmi fəhimsizliyin səbəbinin növbəti çılpaq nümunəsidir.

Namizədliyi əlindən alınmış dosent Zahir Ələsgərov

Rektor "öz adamı"nı asan yolla deyilən fakültəyə dekan "təyin etmək" üçün artıq tam hərəkətə keçib. O, dünən dekanlıq seçkisinə ən şanslı namizəd olan dosent (Mikrobiologiya və parazitologiya kafedrasının müdiri-red) Zahir Ələsgərovu yanına çağırıb, namizədliyini geri götürməyə məcbur edib. Kollektiv və tələbələr yanında kifayət qədər nüfuzu olan Zahir Ələsgərov da şansına küsərək rektorun şərtini icra etməyə aciz qalıb.


ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?Ardından da,rektorun özünün təkidlə fakültə dekanlığına irəli sürdüyü namizədin kimliyi xeyli maraq və təəccüb oyadıb. Belə ki, rektor Universitetdə və fakültədə şəxsi keyfiyyətləri və nüfuzu mübahisələr doğuran bir professora - Famil Nəsibova dekanlıq yolunda öz "yaşıl işığını" yandırıb.    

Bəs, rektorun özünün dekan etmək istədiyi əndirəbadi namizədi kimdir? 

Hazırda bir həftə sonra baş tutacaq dekan seçkilərindən sevinmək əvəzinə, xeyli narahatlıq keçirən fakültədə əksər "seçici" Famil Nəsibovun namizədliyinin irəli sürüldüyündən narazıdır. İkrah doğuran və rektorluğun özbaşınalığını ehtiva edən ilk və ən diqqətçəkici hal isə professor Famil Nəsibovun seçkiyə alternativsiz atılmasıdır. Rektorluq bu adamı favorit edərək fakültəyə rəqabətsizlik bəxş edib. Təsəvvür edin ki, başqa hansısa namizədi "olmayan", və ya alternativ imkanlar tanımayan bir fakültə ya Famil Nəsibova səs verməli, ya da yeganə namizədi "seçməli" olacaq. Bu situasiya adi məntiqlə də rektorun birbaşa dekan təyinatından elə də fərqlənmir. Amma, dərd tək bu deyil.

"Demokratik.Az" xatırladır ki, dekanlığın bir addımlığındakı adıçəkilən professorun "dosye"si nöqsanlarla, töhmət və qüsurlarla, illərlə "daşıdığı" vəzifədə qeyri-səmimi davranışlarla xeyli zəngindir. Xatırlayırsınızsa, Famil Nəsibov adı 2016-cı ilin 8 avqustunda sabiq Kənd Təsərrüfatı naziri Heydər Əsədovun təşkil etdiyi kollegiya iclasında yarıtmaz fəaliyyəti ucbatından işdən qovulmuş "alim" - korrupsioner və özbaşına bir direktor kimi yaddaqalan olub.

Həmin illərdə KTN-in "Heyvandarlıq Elmi-Tədiqiqat" İnstitunu ağlar günə qoymuş, dələduz qohum-əqrəbasını başına yığaraq korrupsiya burulğanı yaratmış, nazirinin etimadına xəyanət edərək daşıdığı məsul vəzifədən sui-istifadə etmiş birinin indi aqrar təhsil ocağında dekanlığa əvəzedilməz aday kimi irəli çəkilməsi sizcə nə deməkdir? Sosial şəbəkədə abiturientlərə "Gəlin ADAU-ya - baytar olun!"- deyə çağırış edən rektor bu cür zərərli iş üslublu alimi dekan "təyin" edərək gələcəkdə baytar mütəxəssislər hazırlamağı biz bilmədiyimiz hansı məntiqlərlə hədəfləyir ki? Axı, ötən tədris ilinin sonunda Famil Nəsibovun həm də qeyri-etik hərəkətləri ucbatından kafedranın iki xanım əməkdaşı işindən olub və bunu İbrahim Cəfərovun gözləri önündə ediblər!

Nə nümunəvi əxlaqı, nə elmi və idarəçilik üstünlükləri olmayan bir şəxs üçün belə canfəşanlıq yersizdir! 

Əslində, ADAU rektoru bunca mənfi reputasiyaya sahib olan alimə həmişə kömək əli uzadıb. Rektor sabiq nazirin iradəsinin əksinə, korrupsiya və digər cinayət əməllərində məsuliyyətə cəlb edilən Famil Nəsibovu "Yoluxmayan xəstəliklər" kafedrasında müəllim saxlayaraq, qısa zaman sonra həmin kafedranın bölgüsündən törəyən ayrıca kafedraya müdir təyin etdirib ki, bununla da rektor ADAU-da "mütəxəssis hazırlığının qayğısını çəkib" deyə bilmirik. İndi isə F.Nəsibovu dekanlıqla taclandırmaq istəyi rektor İbrahim Cəfərovda hansı maraqlardan qaynaqlanır, deyə bilmərik.

Onu da bildirək ki, rektorun irəli sürdüyü dekan namizəd barədə qısa jurnalist təhqiqatı da apardıq və onu da əldə etdik ki, Famil Nəsibovun bir sıra elmi məqalələri və elmi-tədqiqat materialları fantaziyadan və quruca yalanlı söz yığınından ibarətdir. Belə ki, onun özünün və bir neçə rus soyadlı (əsasən, S.V.Fedotov və A.V.Pankratova - O.N) həmmüəlliflərin müxtəlif illərdə dərc etdirdikləri elmi məqalə və dərslikdə göstərilir ki, guya F. Nəsibov və qeyriləri 2009-2012-ci illərdə Rusiyanın Voloqda vilayətində ümumilikdə 22380 iribuynuzlu heyvan (inək) üzərində təcrübələr aparıblar. Guya heyvanlarda reproduktiv funksiya pozğunluqlarını, ətlik və südlük mal-qarada ginekoloji, daxili orqanların analiz təhlillərini müəyyənləşdiriblər. Belə bir təhlillərin F.Nəsibov tərəfindən aparılmaması, heç o tədqiqat işlərində iştirak etməməsi alimin həmin illərdə Azərbaycandan Rusiyaya səfər edib-etməməsi ilə tam müəyyənləşdirilə bilər. Bundan başqa, təhlillərdə 22 mindən artıq inəyin tədqiqat subyekt kimi qeyd edilməsi özü də bu təhlilin yalan olduğunu üzə çıxarır.

Famil Nəsibovun guya o yazdıqlarını özünün ayrıca etməsi üçün Voloqdada gedib orada ən azı 2-3 il qalması, hər gün isə azı 30-40 inəyi analiz etməsi vacibdir. Bu isə o illərdə Voloqdada olmayan, orada o illərdə yaşamayan alim üçün həm nəzəri, həm də fiziki imkanlar xaricində olan uydurmadır. (İstinad sənəd: (Jivotnovodstvo) Vestnik, Altayskoqo Qosudarstvennoqo Aqrarnoqo Universiteta N10(108) 2013 )

***

Onsuz da zaman-zaman eşidirik ki, universitetlərdə rektorun istəyi kimədirsə, o da dekan seçilə və ya kafedra müdiri ola bilir. Formallıqda normal seçkiyə dayanan proses isə ifşadan heç də sığortalanmayıb. Məncə, yuxarıdakı yazılanlar - ADAU-da qeyri-şəffaf "dekanlıq seçimləri"nin ifşası ola, qarşısı alınmaqla növbəti dekanlıq və digər seçkili vəzifələrin formalaşmasına stimullaşdırıcı amil ola bilər...  

Ümidvaram ki, ölkə başçısının yüksək etimad və inamına sığınaraq nazir adı daşıyan cənab İnam Kərimov və ölkənin təhsil nazirliyi ADAU-ya diqqət ayıracaq, hazırda rektorun diqtəsilə universitetin "Baytarlıq təbabəti və Zoomühəndislik" fakultəsinə kimin dekan "təyin" ediləcəyini aydınlaşdıraraq biabırçılığı durduracaqlar. Bunun üçün isə KT naziri sələfi Heydər Əsədovun imzaladığı 08.08.2016-cı il tarixli kollegiya qərarında yarıtmaz sabiq direktor Famil Nəsibov barədə yazılan sətirləri oxumaq, nəticə hissəsi ilə tanış olmaq kifayətdir. 

ADAU-da şəffaf və ədalətli seçkilər yolu ilə dekan adını ləyaqətlə daşıya biləcək alimləri görmək ümidilə nazir İnam Kərimova özəl sayğılarımla...

Osman Nərimanoğlu

Demokratik.Az-dan: Sözügedən dekanlıq seçkisi barədə universitetin koridorlarında danışılır ki, fakultənin seçki marafonuna namizədliyin qeydə alınması ötən ayın 28-də yekunlaşıb. Həmin müddətə isə yalnız Zahir Ələsgərovun namizədliyi tanınıb. Seçkiyə bir həftə qalmış birdən-birə Famil Nəsibovun ortaya atılması, bəlkə də adının köhnə tarixə namizəd olaraq "qeyd" edilməsi, şanslı namizədə rektor tərəfindən açıq təzyiq edilməsi seçkinin qeyri-şəffaf mühitə dayandığına işarə edir.    

Demokratik.Az

ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?

 

ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?

ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?

 

Xəbər 4272 dəfə oxunub






Oxşar xəbərlər

BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
Elmar Vəliyevi vuran Yunis Səfərovun İŞİ MƏHKƏMƏDƏ
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Gəncədə DSMF-nin xidməti maşını yol hərəkəti qaydalarını pozub -VİDEO
Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili
Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB
Naftalana icra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib
Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"
İnam Kərimova yeni vəzifə verildi
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı
Şimali Koreya lideri ağ atda gəzdi
Zakir Həsənov ön xəttə getdi - FOTOLAR
YAP-ın İRADƏSİNƏ QARŞI ÇIXAN DEPUTATLAR DANIŞDI
Tural Gəncəliyevin Brüsselə səfəri başlayıb
İŞİD liderinin müavini İraqda tutulub
Bəzi saytların yayımına qadağa qoyulub - Məhkəmə qərarı
“Mühacir biznesi”nə görə həbsdə olanları alman vəkillər müdafiə edəcək
Bugün Azərbaycan və Ermənistan XİN başçıları görüşür
Siyavuş Novruzov ölkə gündəmini silkələyən hadisələrdən danışdı
Ermənilər AzTV-nin əməkdaşına hücum çəkdi (VIDEO)
Azərbaycan aktiv islahatlar mərhələsindədir - Prezident
İlham Əliyev yeni rektor təyin etdi
Vahid Ələkbərov: “Neftin qiyməti hamını qane edir”
Kəmaləddin Heydərov da yola salınır! - İDDİA
Azər Həsrətin etirafı: "Əli Həsənovun “trolu” olmuşam”
Azərbaycan ordusu İrəvana Türk ordusundan tez çatacaq
Ziya Bünyadov prospektində baş verən yol qəzasında 5 nəfər yaralanıb
SOCAR-a yeni vitse-prezident təyin edilib
Baş Nazir bayram günləri ilə bağlı sərəncam imzaladı
Yüksək vəzifə verilən Gündüz Kərimov kimdir? (DOSYE)
Partiyalar parlamentdə yer sayının artırılmasını istəyir
Azərbaycan əhalisi nağd avro alışını azaldıb
Ata Abdullayev Əli Həsənova ittihamlar yağdırdı - "Ola bilər səviyyəsizəm, amma cavab verin!""
Prezident Milli Məclisin buraxılması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərdi
Azərbaycanlı jurnalist şəxsi təyyarə və yaxtaya sahibdir
Rusiyanın hansı bölgəsində daha çox maaş verilir?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.52456] initstartout [0.00025] initstartin [0.00143] calstart [0.03220] calend [0.00097] topnewsend [0.00758] rsssend [0.00000] ehgend [0.11801] tagsstart [0.00114] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.36292]