Demokratik TV
Xəbər lenti
Demokratik.Az » "Rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar" - İlham Əliyev
"Rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar" - İlham Əliyev
- 04 noy 2019, 18:11
"Əlbəttə ki, rayon icra hakimiyyətləri tərəfindən vətəndaşlara diqqət yüksək səviyyədə olmalıdır. Bəzi hallarda vətəndaşlar incidilir, onların problemlərinə reaksiya verilmir. Bəzi hallarda vətəndaşlardan qanunsuz olaraq müəyyən vəsait tələb edilir, rüşvətxorluq halları baş verir".
Bunu Prezident İlham Əliyev noyabrın 4-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən deyib: "Belə siqnallar bizə çatır və rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar. Xoşagəlməz hallara yol verilməməlidir, vətəndaşlara maksimum diqqət göstərilməlidir, rayon icra hakimiyyətlərinin nümayəndələri kabinetdə oturub kağızlara baxmaq yox, bütün rayonlarda vətəndaşlarla görüşməlidirlər. Mənim göstərişimlə son vaxtlar bu proses bir qədər geniş vüsət alıb, amma lazımi səviyyədə deyil. Mənə verilən məlumata görə, bəzi hallarda formal xarakter daşıyır, bəzi hallarda vətəndaşları narahat edən problemlərə reaksiya verilmir. Ona görə biz çox diqqətli olmalıyıq. Əgər vətəndaşı nəsə narahat edirsə, buna reaksiya verilməlidir. Əlbəttə, bütün məsələlərə obyektiv şəkildə baxılmalıdır. Bəzi hallarda elə məsələlər qaldırılır ki, bunun heç bir əsası yoxdur, yaxud da sırf şəxsi xarakter daşıyır. Ancaq bir çox hallarda vətəndaşlar haqlı olaraq öz təkliflərini verirlər, onları narahat edən problemləri qaldırırlar. Həm Bakı Şəhər İcra Hakimiyyəti və bütün rayon icra hakimiyyətləri vətəndaşlara böyük diqqətlə yanaşmalıdırlar. Beləliklə, Bakı şəhəri və Azərbaycanın bütün şəhərləri planlı şəkildə inkişaf etməlidir".

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
"Həyətlərdə təhlükəsizlik kameraları qoyulmalıdır"
Prezident: “Bəzi hallarda dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam”
Səbaildə Eldar Əzizovu o əvəz edir
Gəncənin icra başçısı bəzi vətəndaşları niyə qəbul etmək istəmir?
İcra hakimiyyətləri ləğv ediləcək?-deputat
Bakını pis günə qoymuş məmurlar hədəfdə
İlham Əliyevdən məmurlara SƏRT XƏBƏRDARLIQ
Prezident icra başçılarına xəbərdarlıq edib
İcra hakimiyyətlərində YENİ ŞTAT
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti