Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:24 - 18.11.2019  
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Tarix: 17-10-2019, 13:37 | Bölmə: ---

Həbs təhlükəsi ilə üzləşən biznesmen qardaşını "ələ verir”; hüquqşünas: "Əgər borc alınan adam 1 nəfər olsaydı, o zaman düşünmək olardı ki, bunu ehtiyacdan edib, indiki halda isə...”

Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır

 

Bir neçə nəfər vətəndaşa pul "atdığına” görə ötən ay istefa vermək məcburiyyətində qalan sabiq deputat Rafael Cəbrayılovla bağlı qalmaqallı məlumatlar yayılmaqda davam edir. Belə ki, ötən günlərdə Cəbrayılovun 300 min dollar borclu olduğu Təranə Fətiyeva ilə telefon danışığı yayılıb. Yayılan səs yazısında sabiq deputat həbs təhlükəsinin olduğunun anonslarını verir, qardaşına "krışalıq” etməsindən, vergi məsələlərini yoluna qoymasından, lakin sonda qardaşının pulları xaricə daşıyaraq naxələf çıxmasından söhbət açır. Keçmiş deputat hətta qardaşını düşməni kimi belə təqdim edir.

 

Yenisabah.az saytı məlumat yayıb ki,  keçmiş deputat villasını satışa çıxarıb.  Saytın yazmasına görə, əmlakın ilkin satış qiyməti 1.5 milyon manat göstərilib. Məlumatda qeyd olunur ki, Rafael Cəbrayılovun borclu olduğu şəxslərin sayı 10 nəfərdən çoxdur. Onlar keçmiş deputatdan pullarını geri almaqda israrlıdırlar. Borclu olduğu şəxslərdən möhlət istəyən Rafael Cəbrayılov da fərqindədir ki, pulları geri qaytarmayacağı təqdirdə həbs təhlükəsi ilə üzləşə bilər.

Məlumatda o da vurğulanır ki, Rafael Cəbrayılov borc qalmaqalına görə qardaşı Elşən Cəbrayılovu ittiham edir. O, bir neçə dəfə qardaşından problemi yoluna qoymağı tələb etsə də, nəticəsi olmayıb. Bu baxımdan, Rafael Cəbrayılov borclu olduğu şəxsləri qardaşının üstünə qaldırmağa çalışır. Hətta onlardan hüquq-mühafizə orqanlarına şikayət edəcəkləri təqdirdə qardaşının da adını hallandırmağı xahiş edib. Lakin onlar pulu keçmiş deputata verdiklərindən Elşən Cəbrayılovla konfliktə girmək istəmirlər.

Bu arada məlumat yayılıb ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən Rafael Cəbrayılova və qardaşına məxsus "Dərhal” MMC tərəfindən Mehdiabad-Novxanı şosesi üzərində 5,65 hektar torpaq sahəsində tikilmiş 23 ədəd altı mərtəbəli binanın 2-si və kompleksdəki obyektlərdən biri söküləcək.  Bildirilib ki, məhkəmə söküntü işlərinin Cəbrayılov qardaşlarına məxsus şirkət tərəfindən aparılması barədə qərar çıxarıb. Səbəb kimi həmin ərazinin 1,4 hektarının "Binəqədi Oyl Kompani” Əməliyyat Şirkətinin istifadəsində olmasıdır.

Hazırda sabiq deputatın həbs edilib-edilməyəcəyi məsələsi də müzakirə edilir. İndiki şərtlər daxilində onu nə gözləyir?

"Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, hazırkı məqamda ciddi araşdırma aparılmalıdır:

"Ola bilər ki, kimdənsə borc alıb, sonradan qaytarmayıb. Ona görə də istintaq araşdırması getməlidir. İnsan var ki, ondan pul alanda artıq bilir ki, qaytarmayacaq. Əgər belə məqamlar varsa, burada artıq dələduzluğun tərkibi var. Nəticədə o, dələduzluqla mühakimə olunub, məsuliyyətə cəlb edilə bilər. Yayılan faktlardan belə aydın olur ki, Cəbrayılov borcunu qaytarmadan, təkrar borc alıb. Ola bilər ki, o, özünün deputat nüfuzuna arxayın olub, dələduzluq hərəkətlərini edib. Bu məsələdə konkret olaraq dələduzluq əlamətləri var. Çünki əgər borc alınan adam 1 nəfər olsaydı, o zaman düşünmək olardı ki, bunu ehtiyacdan edib. Ancaq adamların sayı artdıqca dələduzluq əlamətləri ortaya çıxır. Yenə də yekun qərarı hüquq-mühafizə orqanları verə bilərlər”.

Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satırƏsabəli Mustafayev

Hüquqşünas bildirib ki, burada borc alınan şəxslərin şikayət verib-verməməsinin əhəmiyyəti yoxdur:

"Əgər yüngül maddə olsaydı, burada şikayətə ehtiyac olardı. Ancaq hazırkı məsələdə qrup halında, dəfələrlə baş verdiyi üçün ağır cinayət sayılır. Ona görə də burada şikayətə ehtiyac yoxdur. Prokuror bu haqda məlumatı kütləvi informasiya vasitələrində gördüyü zaman, kimdən alması da yazıda qeyd edilibsə, artıq araşdırma aparılmalıdır. Araşdırmanın nəticəsində hansı qənaətə gəlinəcəksə, onu demək çətindir. Buna istintaq orqanı qiymət verir”. /"Yeni Müsavat”/

Xəbər 691 dəfə oxunub






Oxşar xəbərlər

Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.30839] initstartout [0.00019] initstartin [0.00093] calstart [0.01208] calend [0.00077] topnewsend [0.00602] rsssend [0.00000] ehgend [0.00942] tagsstart [0.00090] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.27803]