Kollec direktoru da Çexiyada özünə çoxşaxəli biznes qurub

  • 04 okt 2019, 21:57

Bakı Qida Sənayesi Kollecinin (keçmiş Bakı Yeyinti Sənayesi Texnikumu) direktoru Vilayət İsmayılovun Çexiyada çoxşaxəli biznesi aşkarlanıb..

Bu  barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə məlumat yayıb.

Araşdırmaçı jurnalist göstərir ki, kollec direktoru Çexiyadakı "VORNAX SRO” şirkəti 2009-cu ilin yanvarında qeydiyyatdan keçirib. Qeydiyyat sənədlərinə görə şirkət ticarət, xidmət və istehsal sahələrində fəaliyyət göstərir. Təsisçiləri Bakı Qida Sənayesi Kollecinin (keçmiş Bakı Yeyinti Sənayesi Texnikumu) direktoru, 9-cu mikrorayon, Cavadxan 5 ünvanında qeydiyyatda olan Vilayət İsmayılov, həyat yoldaşı Rəna İsmayılova, oğulları İsmayıl və Orxan İsmayılovlardır.

Vilayət İsmayılov həm də Yeni Azərbaycan Partiyası Nizami rayon Bakı Qida Sənaye kolleci ərazi ilk partiya təşkilatının sədridir.

Şirkət 200 min çex kronu nizamnamə kapitalı ilə Praqa Bələdiyyə Məhkəmsində 148653 C saylı lisenziya alıb. Qeydiyyat ünvanı Praqa, Modřany 4 göstərilib.

Qeyd edək ki, Vilayət İsmayılov 2006-cı ilin dekabrından 1-dən 2015-ci il iyulun 13-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru vəzifəsində çalışıb. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

 

/mənbə - aztoday.az/

Oxşar xəbərlər