Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:49 - 19.10.2019  
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Tarix: 20-09-2019, 08:33 | Bölmə: ---

Mövlam Şıxəliyev: "Mən öz ölkəmdəyəm və asudə adam kimi sərbəst hərəkət edirəm”

Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdıSabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölkədən çıxıb sonra geri qayıtması barədə iddialar yayılıb.

Sabiq nazirin "sağ əli” kimi tanınan general Mövlam Şıxəliyev də barəsindəki hərəkət məhdudiyyəti qətimkan tədbirindən danışıb.

Eldar Mahmudovun ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılması xüsusunda danışan Mövlam Şıxəliyev gununsesi.org-a açıqlama verib.

Yada salaq ki, Eldar Mahmudovla yanaşı ölkədən çıxışına məhdudiyyət qoyulan şəxslərdən biri də MTN-in İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyev idi.

Sayt əməkdaşına hazırda ölkədə olduğunu deyən Mövlam Şıxəliyev bildirib ki, o, sərbəst hərəkət edir: "Mən öz ölkəmdəyəm və asudə adam kimi sərbəst hərəkət edirəm”.

"Başqa sizi nə maraqlandırır”  deyən Şıxəliyevdən növbəti dəfə ölkədən çıxışına məhdudiyyətin götürülüb-götürülməməsinə cavab istənilib. Cavabında isə general "Bu məsələ sizi maraqlandırmasın və sualınıza cavab vermək istəmirəm” deməklə kifayətlənib.

Sayt  Mövlam Şıxəliyevi Eldar Mahmudovun "baş torbatikəni” kimi təqdim edir, MTN-dəki cinayətkar şəbəkənin əsas simalarından biri olduğunu,  sabiq nazir kimi həbsdən yaxasını qurtara bildiyini diqqətə çatdırır. Baxmayaraq ki, "MTN işi” çərçivəsində aparılan istintaq və məhkəmədə Mövlam Şıxəliyevin həbs olunması üçün tutarlı sübutlar ortaya çıxmışdı.

Xatırladaq ki, 2017-ci ilin iyulunda Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyev barəsində xüsusi qərardad çıxarılıb. Xüsusi qərardad aidiyyəti üzrə prokurorluq orqanına göndərilib. Həmin vaxtdan xüsusi qərardadla bağlı hansı qərar qəbul edildiyi ictimaiyyətdən gizli saxlanılır.

E.Mahmudovla bağlı daha bir iddianı   Vəkillər Kollegiyasının üzvü Elçin Nadirov irəli sürüb.

O, 15 ildən sonra virtualaz.org vasitəsilə həbs olunmasının təşəbbüskarının adını çəkməyə və bunun nə ilə bağlı olduğunu izah etməyə qərar verib. Sovet illərində respublika komsomol komitəsində işləmiş Elçin Nadirov peşəkar hüquqşünasdır. İddia edir ki, Bakının indiki meri Eldar Əzizov, hazırda vergilər nazirinin müavini vəzifəsini tutan Sahib Ələkbərov və çox başqaları onun həmişə öz vəzifəsini necə vicdanla və peşəkarlıqla icra etdiyi barədə çox şeylər danışa bilərlər. Azərbaycanın müstəqillik qazandıqdan sonrakı ilk illərdə o vaxtkı iqtisadi inkişaf naziri Fərhad Əliyev ona Ticarət Nazirliyi Katibliyinin rəhbəri vəzifəsini təklif edib. Qurumun yenidən təşkili ilə əlaqədar olaraq, o, İqtisadi İnkişaf Nazirliyinin hüquq şöbəsinin müdiri təyin edilib.

"Fərhad Əliyevin siyasi, sonra isə iqtisadi maddələr üzrə mühakimə olunduğu 2005-ci ilin məlum hadisələrindən qısa müddət sonra məni MTN-ə çağırdılar. Qanuna tabe olan bir vətəndaş olaraq, müstəntiqin yanına gəldim və orada əlavə izahat vermədən məni həbs etdiklərini dedilər. Mən təcrübəli hüquqşünasam, bunun qanunsuz olduğunu bilirdim, amma bütün arqumentlərimə bir cavab aldım - ”sifariş yuxarıdan verilib". Həbsimlə bağlı qərarı o vaxt Nəsimi rayonunun, indi isə Ağsu rayonunun hakimi olan Famil Nəsibov verdi. Elementar qanuni prosedurlara riayət etmədən məni özəlləşdirmə çeki ilə saxtakarlıqda ittiham etdilər və hökm oxudular.

O vaxt mən həqiqətən də, özəlləşdirmə komissiyasının 17 üzvündən biri idim, amma respublikadakı özəlləşdirmə prosesinə görə heç bir məsuliyyətim yox idi. Vəkil vasitəsilə dövlət başçısına müraciət etdim - ömrümün sonuna qədər ona minnətdaram - və o, müraciətimi araşdırıb, azadlığa buraxılmağım barədə qərar verdi.

Azadlığa çıxan gün mən artıq həbsimin MTN-in o vaxtkı rəhbəri Eldar Mahmudov tərəfindən sifariş verildiyini bilirdim. Bunu mənə birbaşa müstəntiq Nadir Mustafayev, hansı ki, təəssüf, bu günə qədər orada işləməkdə davam edir, dedi. Bu müstəntiq mənim azadlığa çıxmağıma və ya həbsxanaya getməyimə Mahmudovun özünün nəzarət etdiyini bildirərək məndən 50 min dollar tələb etdi.

İndiyə qədər bu, beynimə girmir. Axı 1995-ci ildən bəri Eldar Mahmudovla sıx əlaqə saxlamışdıq, çox yaxın münasibətlərdə olmuşduq. "OBXSS” ləğv olunandan sonra işsiz qalanda ona məhz mən hərtərəfli dayaq olmuş, hətta kömək etmişdim. Mahmudov milli təhlükəsizlik naziri təyin olunduqdan sonra da onu ilk təbrik edənlərdən biri mən olmuşdum. Daha sonra müxtəlif tədbirlərdə dəfələrlə görüşmüşdük. Həmişə kömək etdiyim, dostum bildiyim bir adamın məndən 50 min dollar tələb etməsini eşidəndə necə şoka düşdüyümü təsəvvür edirsinizmi?

Ləğv olunmuş MTN-dən çox hörmətlə yanaşdığım və bundan sonra da yanaşacağım yeganə şəxs Dövlət Təhlükəsizlik Xidmətinin indiki rəhbəri Əli Nağıyevdir. Onda o, Mahmudovun müavini idi və qandalları, hansı ki, kamerada da məni onunla saxlayırdılar, qollarımdan məhz onun əmri ilə çıxardılar və sonra münasib kameraya köçürdülər. Ona deyəndə ki, Eldar Mahmudov məndən 50 min dollar tələb edir, o, yalnız başını buladı. Mən isə anladım ki, Eldar Mahmudov necə xain və yazıq insan imiş...

Əminəm ki, Eldar Mahmudov etdiyi bütün cinayətlərə görə - təkcə mənim yox, həm də məhv etdiyi bütün talelər qarşısında cəzasını almalıdır...", - deyə hüquqşünas Elçin Nadirov təkid edir.

"Yeni Müsavat”

Xəbər 391 dəfə oxunub






Oxşar xəbərlər

“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.26263] initstartout [0.00025] initstartin [0.00089] calstart [0.01011] calend [0.00052] topnewsend [0.00496] rsssend [0.00000] ehgend [0.01796] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.22727]