Mübariz Əhmədzadənin Qaxda milyonluq istirahət mərkəzi – FOTOLAR

  • 31 avq 2019, 19:58
Zaqatala rayonun icra başçısı Mübariz Əhmədzadənin obyektləri üzə çıxıb.
 
Demokratik.Az arqument.az-a istinadən xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.
 
O qeyd edib ki, icra başçısı Qax rayonunun Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan "Residence” ailəvi istirahət mərkəzinin sahibidir.
Həmin obyektin dəyəri isə milyonlarla ölçülür.
 
Araşdırmaçı sübut kimi 2008-ci ildə tikintisinə icazə verilmiş obyektin sənədlərini də təqdim edib.
Yazıdakı iddialara Zaqatala Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.
 
Qeyd: Mübariz Əhmədzadə 10 ildir ki, Zaqatalanın icra başçısıdır.
 
O, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşıdır.






Oxşar xəbərlər