Rusiyada 130 kriminal avtoriteti "sındıran" general öldü

  • 28 avq 2019, 23:35

Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin general-mayoru Vasiliy Snıserev Ulyanovskda ölüb.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda idarənin Ulyanov vilayəti üzrə bölməsinin saytında bildirilir.

90 yaşındakı generalın ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Vasiliy Snıserev ilk növbədə xüsusi rejimli koloniya olan "Ağ qu quşu"nu yaradanlardan biri kimi məşhurdur. "Qanuni oğru”ların "sındırılması” koloniyanın əsas məqsədi idi. Onun xidmət keçdiyi müddətdə koloniyada beş mindən çox məhbus, o cümlədən 130 "qanuni oğru” cəza çəkib.

Oxşar xəbərlər