Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:35 - 19.09.2019  
Məktəblərdə telefon qadağası gündəmdədir
Tarix: 21-08-2019, 09:05 | Bölmə: ---

Ekspertlər deyir ki, məktəb ərazisində mobil telefondan istifadə  qadağan edilməlidir

Məktəblərdə telefon qadağası gündəmdədirRusiyanın təhsil müəssisələrində mobil telefondan istifadə məhdudlaşdırıla bilər. Rusiya mətbuatının yazdığına görə, bu barədə Rusiya Təhsil Nazirliyi regional idarələrə təkliflər göndərib. Məlumatda bildirilir ki, smartfonlardan uzun müddət istifadə, eləcə də məktəbdə istifadə uşağın psixikasına mənfi təsir göstərə bilər, hiperaktivliyə, qıcıqlanmaya, yuxu pozğunluğuna, habelə zehni fəaliyyətin zəifləməsinə, yaddaşın və diqqətin azalmasına səbəb ola bilər. Nazirlik tövsiyə edir ki, zəruri hallarda, valideynlərlə şagirdlərin ünsiyyəti üçün məktəblərə mobil telefonların saxlanması üçün xüsusi yer ayırsınlar.  Qeyd edək ki, ötən il Fransa parlamenti yaşı 15-dən aşağı olan məktəblilərə mobil telefondan, internetə bağlantısı olan bütün digər vasitələr, o cümlədən planşet və "ağıllı” saatlardan istifadəni qadağan edən qanun qəbul etmişdi. 2017-ci ildə isə Yaponiyada yalnız gündüzlər işləyən "ağıllı” telefonlar satışa çıxarılmışdı.

***

Azərbaycana gəldikdə isə dəfələrlə bu mövzuda müzakirələr olub. Hətta ötən illərdə Bakı şəhəri üzrə Təhsil İdarəsi orta məktəblərdə şagirdlərin mobil telefondan istifadəsinə qadağa qoymuşdu. İdarənin nəzdində fəaliyyət göstərən məktəblərin yalnız 30 faizi artıq bu prosesə qoşulmuşdu. 2018-ci ildə isə Azərbaycanda məktəbəqədər və orta təhsil müəssisələrində mobil rabitə vasitələrinin istifadəsinin qadağan olunması təklifi irəli sürülmüşdü və bununla bağlı yeni hazırlanan "Orta ümumtəhsil məktəbləri haqqında” qanun layihəsində xüsusi bənd, İnzibati Xətalar Məcəlləsinə isə əlavələrin edilməsi nəzərdə tutulmuşdu. Yeni qanun layihəsinin hazır olduğu təqdirdə Milli Məclisin müzakirəsinə çıxarılacağı bildirilirdi.

Təhsil ekspertləri dəfələrlə qeyd edirlər ki, şagirdlərin məktəbə mobil telefon gətirməsi tədris prosesini pozur, şagirdlər arasında təhsilə diqqəti azaldır, zərərli vərdişlərin əmələ gəlməsinə səbəb olur, təlim-tərbiyə prosesinə mənfi təsir edir. Həmçinin mobil telefonların məktəblərdə şagirdlər arasında sosial bərabərsizlik yaratdığı barədə də fikirlər var. Qeyd olunur ki, şagirdlərin bəzilərinin çox bahalı, digərlərinin çox ucuz telefon istifadə etməsi nəticəsində sosial imkanlar ortaya çıxır və bu da şagirdlərdə ciddi narahatlıqlar yaradır.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, təhsil müəssisələrində zərurət olduğu təqdirdə, yalnız araşdırma və hər hansı müvafiq tədqiqat aparmaq məqsədilə mobil texnologiyalardan - mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov "Yeni Müsavat”a danışıb: "Dünya ölkələrində təhsilin keyfiyyətinə mənfi təsir göstərən vasitələrin qarşısının alınması üçün müxtəlif təcrübələr var. Bizdə də belə bir qadağa əvvəllər bir neçə məktəbdə tətbiq olunub.  Amma bu, valideynlərin narazılığına səbəb oldu. Onlar bildirdilər ki, biz öz övladımızla əlaqə saxlamaq istəyirik. Nəticədə həmin məktəblərdə yenidən mobil telefondan istifadəyə icazə verildi. Dünyanın əksər qabaqcıl ölkələrində məktəbin girişində mobil telefonlar uşaqlardan toplanır və onlar xüsusi qutularda saxlanılır. Dərs bitdikdən sonra isə telefon uşaqlara təhvil verilir. Bu metodu bizdə də tətbiq etmək olar. Çünki hər məsələyə münasibət heç də həmişə birmənalı olmur, istənilən halda narazı qalan tərəflər olur. Ona görə də tam qadağa qoymaq mümkün olmur. Mobil telefon əlaqə vasitəsidir. Amma şagirdlərin əksəriyyəti məktəbdə, küçədə, evdə bütün günü əllərindəki telefona aludə olurlar. Bunun nəticəsidir ki, bu gün "Mavi balina” kimi təhlükəli oyunlar meydana çıxıb. Hesab edirəm ki, belə məsələlərin həlli üçün yeni metodlar olmalıdır.

Bir çox inkişaf etmiş ölkələrdə məktəblərin girişində telefonla danışmaq imkanını məhdudlaşdıran xüsusi qurğular quraşdırılıb. Bütün hallarda məktəblərdə və ali təhsil müəssisələrində şagirdlərin və tələbələrin telefondan istifadəsi neqativ hal kimi qiymətləndirilməlidir. Bu, tədris prosesini pozmaqla yanaşı, şagirdlər arasında təhsilə diqqəti azaldır, zərərli vərdişlərin əmələ gəlməsinə səbəb olur, ümumiyyətlə, təlim-tərbiyə prosesinə mənfi təsir edir. Bu qərar bizdə də qəbul olunsa, çox yaxşı olar. Fikrimcə, Təhsil Nazirliyi dərhal müvafiq addım atmalı, fövqəladə zərurət olmadıqca məktəb ərazisində mobil telefondan istifadəni şagirdlərə qadağan etməlidir. Fransada olduğu kimi, məktəblərdə mobil telefon əyləncəsindən kitaba dönüş hərəkatına başlamaq lazımdır. Yəni mənfi tendensiyaya qarşı bizim də vaxtında reaksiya verməmiz məqsədəuyğun olardı".

Təhsil eksperti Məlahət Mürşüdlü isə qeyd etdi ki, məktəblilərin tədris prosesində telefondan istifadə etməsi çox ciddi məsələdir: "Azərbaycanda da məktəblərdə telefon qadağasına ehtiyac var. Doğrudur, valideynlərin bəziləri bu qadağa ilə razılaşmır və onların da əsası var ki, uşaqları ilə əlaqə yaratmaq istəyir, nə zaman, harada olmağı ilə bağlı məlumatlı olmağa çalışır. Yəni valideyn dərsdən sonra uşaqlarına nəzarəti telefon vasitəsilə həyata keçirir. Lakin bu o demək deyil ki, valideyn tədris prosesində istənilən zaman uşağına zəng edib, onunla maraqlanmalıdır. Bu, əsla yolverilməzdir”.

Ekspert bu məsələdə xarici ölkə təcrübəsindən yararlanmağı təklif edib: "Bir çox xarici ölkələrdə artıq belə bir təcrübə var. Yəni şagird məktəbə daxil olduqdan sonra telefonunu xüsusi ayrılmış şkafa qoyur, təhvil verir və şkaf bağlanır, daha sonra dərs bitdikdən sonra yenidən telefonunu götürüb, valideyni ilə əlaqə saxlayır. Düşünürəm ki, bu təcrübəni bütün məktəblərdə tətbiq etmək olar. Şagirdləri də buna alışdırmaq lazımdır”.

Xalidə GƏRAY
"Yeni Müsavat”

Xəbər 625 dəfə oxunub






Oxşar xəbərlər

Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.37397] initstartout [0.00024] initstartin [0.00126] calstart [0.01518] calend [0.00068] topnewsend [0.00698] rsssend [0.00000] ehgend [0.04637] tagsstart [0.00089] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.30231]