Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:08 - 20.01.2020  
Şəki sakini hərbi təqaüd istəyir - MÜRACİƏT
Tarix: 10-08-2019, 20:36 | Bölmə: ---

Şəki sakini hərbi təqaüd istəyir - MÜRACİƏTŞəki rayonun, Baş Göynük kəndində yaşayan, ordu sıralarından xəstəliyə görə tərxis edilmiş Cəfərov Sarvan Sabir oğlu ölkə başçısına və bir sıra dövlət rəsmilərinə şikayət məktubu yazıb. Keçmiş xəstə hərbçi yerli məmurdan və həkimlərin törətdikləri süründürməçilikdən, bürokrat və vicdansız hərəkətlərdən gileylənərək yazır:

"Əvvəlcə xatırlatmaq  istəyirəm ki, Müdafiə Nazirliyinin tərkibində 1992-1996-cı illərdə "N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuşam, 25 iyul 1996-cı ildən i hissədə xidmət etmişəm.
Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlər
in ən qızğın vaxtlarında(1993-1994) mən bir sürücü kimi hərdən cəbhə bölgəsinə silah-sursat daşımaqla məşğul olmuşam. Elə vaxtlar olurdu ki, idarə etdiyim yük avtomobili cəbhə zonasında olduğu vaxt düşmən artilleriyasının atəşinə məruz qalırdı. Əsasən Fizuli, Beyləqan və Ağdam istiqamətində yüklər daşımışam.

 Hərbi xidmət dövründə  səhətimdə yaranan ağrılarla bağlı hərbi hissənin növbətçi tibb məntəqəsində tez tez müalicə olunmağa başladım. Lakin faydası olmadığına və ağ ciyərlərimdə xəstəlik şiddətləndiyi üçün məni 29 mart 1996-cı ildən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Ploiklinikasına yerləşdirdilər. 3 aylıq müalicədən sonra, 25 iyul 1996-cı il tarixindən hərbi hissə komandirinin 171 N-li əmri əsasında "Hərbi Xidmət Haqqında” AR qanunun 18-ci maddəsinin "B” bəndinə uyğun olaraq ( xəstəliyə görə) ordu sıralarından tərxis edilmişəm. Yəni, Müdafiə Nazirliyinin Mərkəzi Polikilinasının verdiyi rəy əsasında Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə şəhadətləndirilmişəm.

    Ordudan tərxis edildikdən sonra Şəki Ağ Ciyərlər xəstəxanasında və vərəm dispanserində  indiyədək qeydiyyata götürülmüş və müalicə almışam. Əsas həkimim Sevinc xanım olmuşdur. Sağalamlıq vəziyyətimə görə fiziki işlər görə bilmədiyimə görə Şəki Mərkəzi Xəstəxanasının baş həkiminə müraciət etdim ki, mənim uzun müddət keçirdiyim xəstəliklə əlaqədar əlilliyə çıxmağım və göndəriş almağımla bağlı xahiş etdim. Lakin həkim qeyd etdi ki, sənin xəstəlik kağızların köhnəlib, gərək təzədən 6 ay yatıb müalicə alasan ki, belə bir göndəriş verək. Elə Sevinc xanım da baş həkimin dediklərini təsdiqlədi. Axı mən necə təzədən kənddən gəlib Şəki şəhərində 6 ay müalicə alım?. Üç yetkinlik yaşına çatmayan uşaq atasıyam. Yoldaşım işləmir və xəstədir. Ünvanlı Sosial yardım üçün müraciət etmişik. Nazirliyin DSMF –nin direktorunun imzaladığı 24 yanvar 2019-cu il tarixli cavab məktubunda ( ailə üzvlərinizin əmək qabiliyyətli olmaması, işsiz kimi qeydə alınması və s. şərtlər.) Axı üç azyaşlı uşaq işləyə biməz. Mən də sağlamlığımı ordu sıralarında itirib tərxis olunsam da bu günədək əlillik dərəcəsi kasıb olduğuma görə ala bilməmişəm. İndi necə olsun.? Bu mənim günahımdırmi ki, Azərbaycanın ərazi bütovlüyü uğrunda hərbi xidmət keçdiyim zaman sağlamlığımı itirmişəm. Bu günə qədər də deyirlər ki, sən arxa cəbhədə olduğuna görə əlillik dərəcəsi verilmir. Gərək düşmən gülləsindən ağır yaralanmağım lazım idi ki, bu formada hərbidən tərxis oluacağım halda mənə əlillik dərəcəsi veriləcəkmiş.Çox axmaq məntiqdir. İndi də 2017-də 2018-ci illərdə Şəki VİTEK-ə etdiyim müraciətlər nəticəsiz qalmışdır. Bu vicdansız həkimlər mənə yüz cür bəhanələr uydurub deyirlər. Kağızların köhnəlib, 6 ay xəstəxanada yatmalısan, və s. boşboğazıq. Axı mən də bu Azərbaycanda yaşayıram. Və yaxşı bilirəm və yaxşı tanıyıram ki, istər Şəkidə, istərsə də Zaqatalada əlillik dərəcəsi alanların sayı digər rayonlarınkından dəfələrlə çoxdur. Bəli, kurort zonası olan bu regionda saxta əlillik dərəcəsi alanlar həddən artıq çoxdur.Amma əksinə olmalı idi. Və çoxu da rüşvətini verib əlillik dərəcəsinə alanda xəstəlik tarixçəsində hansısa xəstəliyinin olması və ya hansısa xəstəxanada yatması barədə bir kəlmə epiqriz yazılmayıb. Özləri də öküz kimi sağlamdırlar. Doğrudur, məsələn bizim rayonda da  son 1 ildə belə saxta əlilliyi olanları tapıb bir neçəsini gözə kül üfürmək üçün "cəzalandırdılar” Amma bu heç 2 faiz saxtakarlığın aşkarlanması da deyil. Əgər ƏƏSSM saxta əlilliklə bağlı faktları aşkarlamışdısa niyə o zaman bir dənə də olsun vicdansız həkim komissiyasının üzvləri xalaxətrin olmasa da cəzalanmadı?. Ona görə ki, məntiqlə Nazirliyin komissiyası maddi marqaların təmin olunması müqabilində üzə çıxardıqları sənəd saxtakarlığı, dövlət büdcəsinin mənimsənilməsi faktları hüquqi qiymət verilməsi üçün prokrurorluğa göndərilmədi. Deməli, "Ayının min oyunu varmış bir armudun başında” zərb məsəli yerinə düşür. Nazirliyin bu işə rəhbərlik edən daxili audit şöbəsi saxta əlillik məsləsilə bağlı sonda aşkara çıxardığı və rəsmiləşdidiyi rəqəmlərdən aydın olur ki, respublika üzrə saxta əlillik dərəcəsi almış 30-40 nəfər varmış və bunalara da ödənilən cəmi 3 milyon manat pulun yenidən büdcəyə qaytarılması təmin olunmuşdur. Bərəkallah!  

ƏƏSMN- yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətin rəis müavini xanım Gülnarə Hacıyeva isə imzalandığı 26 aprel 2019-cu il tarixli cavab məktubunda bildirir ki, "vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göstərişi ( forma 088) əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qimətləndirilməklə müəyyən edilir.Göndəriş barədə məlumatlar elektron sənəd formasında əldə edildiyi üçün hər hansı bir dəyişiklikliyin aparılması texniki və hüquqi cəhətdən mümkün deyildir.” Beləliklə siz Hərbi-Həkim Komissiyasının xəstələnmənin səsbəb əlaqəsi barədə qərarı ilə səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə və müalicə olunmalı və göndəriş rəsmiləşdirildiyi halda, əlillik vəziyyətiniz sizin iştirakınız olmadan qiymətləndirilib, müvafiq qərar veriləcəkdir.”

Elə mən də bunu istəyirəm. Nəyə görə illərdir ki, rayon həkim komissiyasına ayaq döyürdüm.? Hərbi Həkim Komissiyasının rəyi də xəstəliklə bağlı dispanserdə qeydiyyatda və vaxtaşırı müalicə almağım da ortalıqdadır. O zaman qoy forma 088 –i yazıb göndərsinlər. Bəs biz nə istəyirik? Belə süründürməçilik və vicdansızlıq olmaz axı, bunları əvvəl-axır bir məsuliyyətə cəlb edən olacaqmı? Axı onlar da yaxşı bilir ki, ağır xəstəliyimə görə ordudan tərxis edilmişəm, sağlamlığımı nisbətən qorumaq və ayaq üstə durmaq üçün  borca xərcə düşüb müalicə alıram. Həkimlər də yaxşı bilirlər ki, sağlamlığım əldən gedib. Amma...

Mən, Azərbaycanın ağır vaxtlarında,  1992-1996-cı illərdə sağlamlığımı ordu sıralarında birdəfəlik itirməmişəm ki, vicdansız məmurlar, həkimlər məni  əsassız olaraq qapılarda süründürsünlər. Onlar da çox yaxşı bilirlər ki, xəstəliyim heç vaxt sağalan deyil. Ölməmək üçün dərmanlar qəbul edirəm. O zaman Səhiyyə naziri cənab Oktay Şirəliyevdən və ƏƏSMN naziri cənab Sahil Babayevdən xahiş edirəm ki, mənim məsələmə yerli həkimləri və məmurları vicdanla yanaşsınlar, qanundaxilində məsələmi (istər əlilliklə, istərsə də ünanlı dövlət sosial yardımla bağlı) həll etsinlər. Yox edə bilmirlərsə, açıq desinlər ki, sənə 2-ci və ya 3-cü qrup əlillik dərəcəsi  və 088 saylı forma verə bilmərik. Hər şeyin haqqı var. Get ödə, sonra gəl yanımıza. Mən də başımı götütürb ölkədən rədd olum gedim birdəfəlik.

Ali Baş Komandan cənab İlham Əliyev! Sizin  biz hərbicilərə, xüsusəndə sağlamlığını itirmiş hərbiçilərə qarşı həsas yanaşmağınızın dəfələrlə şahidi olmuşuq. Odur ki, Sizdən çox xahiş edirəm ki, mənim sağlamlığımın hərbi xidmət zamanı itirildiyini və hazırda da əziyyət çəkdiyimi nəzərə alaraq lazımi köməklik göstərilməsi üçün Səhiyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinə lazımi göstəriş verəsiniz. Sağ olun".

Şəki sakini hərbi təqaüd istəyir - MÜRACİƏT
Şəki sakini hərbi təqaüd istəyir - MÜRACİƏT

 


 

Xəbər 1201 dəfə oxunub






Oxşar xəbərlər

Qanlı 20 Yanvar – Millətimin müstəqilliyə gedən yolu...
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan XİN: Sovet ordusu Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə qırğın törətdi
Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ
Hansı rayonlara nə qədər qar yağıb?
Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb
Şəbnəm necə də cazibədardır – FOTOLAR
Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb
Kəndə hücum edən ac canavarlar iti parçaladı
İkram Rəhimov koloniyada hüquqlarının pozulmasından şikayət edib
Vilayət Eyvazov müşavirə keçirdi
Nərminin qətlə yetirildiyi kənddən reportaj (FOTO/VİDEO)
Polis mayoru 10 min rüşvəti alıb yeyərkən tutuldu - FOTO
Rusiyanın yeni baş naziri təsdiqləndi
"Zirə" Rumıniya klubuna qalib gəlib
Hələbə endirilən raket zərbələri 4 nəfəri öldürüb
Prezident DTX rəhbərinə yeni vəzifə verdi
Abşeron "kraliçası"nın da biznesi ARAŞDIRILIR
Netanyahu və Putin arasında telefon danışığı olub
Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib
UEFA Ronaldoya görə sxemi dəyişdi
QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb
Rusiyada hökumət istefaya gedib
Bakı yol polisinə yeni rəis TƏYİN OLUNDU
ABŞ-İran gərginliyi neftin qiymətini “oynadır”
Polis rəisinin müavini vəzifə başında öldü
“Bibiheybət yolu”nun tam istifadəyə veriləcəyi vaxt açıqlandı
Həbs olunan icra başçısının hakim oğlu İŞƏ ÇIXMIR
Şok reaksiya! Nərminin anası Bakıdan ev istəyir
Eyni dairələrdə toqquşan tanınmışlar… – Siyahı
Paltarının yarığı bikinisinə qədər uzandı – Foto
Nizaməddin Quliyevin müstəntiq oğlu işdən çıxarılıb
Avropa İttifaqı ilə saziş NİYƏ yubanır?
Səhiyyə Nazirliyi yeni virusla bağlı əhaliyə müraciət edib
Gəncə Dövlət Universiteti qapıları yenə açdı - MEDİATUR
Rusiya hökuməti tam tərkibdə istefa verdi
Baş prokurorun müavini: Ötən il 9 vəzifəli şəxs həbs olunub
Rüstəm Usubovun cəzalandırmaq istədiyi vəkilə medal verildi
Əfv Komissiyasının yeni sədri kim olacaq?
Daşkəsən polisi özbaşına ovçuları yaxalayıb
Xaçmazda ev oğruları saxlanıldı
"DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir" — Zahir Əzəmət
İlham Əliyev Ermənistanın yalanlarını faktlarla ifşa etdi
Kəlbəcərlilərin daha bir Millətvəkilliyinə adayı qeydə alındı - O ŞAİRDİR
Efirdə rüsvayçılıq! "Ayıb olsun sənə, özgə kişini saxlayırsan"
Afət Telmanqızı və Ləman Ələşrəfqızı REAL-dan ayrıldı
“Ünvanlı sosial yardım proqramı genişləndiriləcək”
Sahil Babayev: “Ötən il DOST iş mərkəzləri 38 min iş yeri yaradıb”
"Sizə cərimə yazılacaq” - Sığorta şirkətləri vətəndaşları hədələyir
Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi
İcbari tibbi sığorta üzrə xidmətlər zərfi təsdiq edildi
Generalın adı 3 milyonluq mənzil qalmaqalında hallanır
Yeməkdən sonra isti çay içməyin!
İrəvanın iddiaları gülüş hədəfinə çevrildi - “Rusiya olmasaydı...”
İran Kanadanın bütün nümayəndələrinə viza verib
Fəridə Əzizova jurnalistləri məhkəməyə verib
Qanunları heçə sayan “efir müstəntiqləri”
Vilayət Eyvazov generalın qardaşını işdən çıxardı
Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib
Qəbul qaydalarına dəyişikliklər haqqında Nazirlər Kabinetinin qərarının İZAHI
Vasif Talıbov “Şərəf” ordeni ilə təltif edildi
Roman Qriqorçuk "Astana"dan ayrıldı - Rəsmi
Prezident yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
ŞOK SİYAHI! Hansı məmur və deputatlar ADAU-dan "sosial yardım" alır?
“Donald Trampı Ağ Evdən qovacam”
“Ana, məni zorlayıblar” – 18 yaşlı qız özünü öldürdü

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28667] initstartout [0.00019] initstartin [0.00070] calstart [0.00950] calend [0.00055] topnewsend [0.00406] rsssend [0.00000] ehgend [0.00672] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26427]