Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:52 - 07.12.2019  
Suriyanın şimalında “kürd dalanı”
Tarix: 31-07-2019, 09:45 | Bölmə: ---

Ankara və Vaşinqton "təhlükəsizlik zonası” mövzusunda niyə anlaşa bilmir? 

Hazırda ABŞ və Türkiyə münasibətlərində əsas düyün nöqtələrindən biri də Suriyanın şimalıdır. Hətta o qədər ki, indi ABŞ və Türkiyə rəsmilərinin danışıqlarında Suriyanın şimalındakı vəziyyət S-400 və F-35 böhranı ilə bərabər müzakirə olunur. Sonuncu dəfə Türkiyə və ABŞ müdafiə nazirləri Hulusi Akarla Mark Esper arasında telefon danışığında iki əsas mövzudan biri Suriyanın şimalı olub.

Türkiyə mətbuatının yazdığına görə, Akar amerikalı həmkarına bildirib ki, Vaşinqton və Ankara anlaşa bilməsə, o zaman Türkiyə ordusu Suriyanın şimalında təkbaşına "təhlükəsiz bölgə” yaradacaq. Türkiyə müdafiə naziri deyib ki, Ankara ABŞ-ın YPG/PKK-ya dəstəyini dayandırmasını gözləyir. Akar bildirib ki, Türkiyənin cənubunda "terror dəhlizi” qurulmayacaq.

Sitat: "Təhlükəsiz bölgədən bütün YPG/PKK silahlıları tamamən çıxarılmalı, təhlükəsiz bölgə 30-40 kilometr dərinlikdə yerləşməli, YPG/PKK-nın bölgədə düzəltdiyi bütün tunel, səngər və blindajlar məhv edilməli, təhlükəsiz bölgə ABŞ-la koordinasiyalı şəkildə Türkiyənin nəzarətinə verilməlidir”.

Qeyd edək ki, Suriyanın şimalında "təhlükəsizlik zonası”nın yaradılması ideyası ilk dəfə 2012-ci ildə gündəmə gəlib. O zaman təklif olunurdu ki, Türkiyə öz əraziləri üçün təhdidin qarşısının alınması, qaçqınların yerləşdirilməsi və sərhədlərin təhlükəsizliyinin qorunması üçün Suriya ərazisinə daxil olub burada xüsusi qorunan zona yaratmalı idi. Ancaq Türkiyənin bu təklifi qəbul olunmadı, daha sonra isə İŞİD təhlükəsi və ABŞ-ın Suriyanın şimalına qüvvə göndərməsindən sonra isə Vaşinqton bu mövzuya isti yanaşmadı. Ancaq Türkiyə 2016-cı ilin avqustunda "Fırat Kalkanı” əməliyyatı, 2018-ci ilin əvvəlində İSƏ "Zeytin dalı” əməliyyatı ilə Suriyanın şimalına daxil olaraq bir neçə rayonu İŞİD və kürd qüvvələrindən azad etdi. Lakin buna baxmayaraq, hazırda Suriya və Türkiyə arasında mövcud olan 900 kilometrlik sərhədin yarıya qədəri kürd silahlılarının nəzarətindədir. Bu isə Ankaranı narahat edir. Çünki Suriyadakı kürd qüvvələri PKK-nın tərəfdaşıdır, üstəlik, Suriyada yeni keçid dövründə kürdlərin muxtariyyət əldə etməsi böyük ehtimalla reallaşacaq. Türkiyə isə sərhədlərində PKK müttəfiqi olan qrupun muxtariyyətinin olmasını istəmir.

Ancaq 2018-ci ilin dekabrında ABŞ prezidentinin ordunu Suriyadan çıxaracağını elan etməsi "təhlükəsiz zona” mövzusunu yenidən gündəmə daşıdı. Ancaq Türkiyənin Suriyada qurmaq istədiyi "təhülkəsiz zona” Vaşinqtonu o qədər də qane etmir. Daha dəqiqi, Ankara və Vaşinqton arasında bu mövzuda fikir ayrılığı var, baxmayaraq ki, Vaşinqton da "təhlükəsiz zona” fikrinə etiraz etmir. Lakin məsələ ondadır ki, hazırda ABŞ-ın kürdlər bölgəsində bəzi rəqəmlərə görə 25, bəzilərinə görə 18 hərbi bazası və 2 minə yaxın hərbi qulluqçusu var. Üstəlik, Vaşinqton YPG ilə son 5 ildə yaxından əməkdaşlıq edib və Suriyada İŞİD-in məhv edilməsində faktiki olaraq birgə hərəkət edib. İndi isə Vaşinqton Suriya kürdlərini Ankara qarşısında köməksiz qoymaq istəmir.

Daha dəqiq ifadə olunsa, hazırda Ankara və Vaşinqton arasında Suriyanın şimalında "təhlükəsiz zona” ilə bağlı 3 məsələdə uzlaşma yoxdur. Bunlar: "Təhlükəsiz bölgə”nin dərinliyi, bölgəyə nəzarət mexanizmi və YPG-nin taleyidir.

Hələ 2018-ci ilin iyununda ABŞ və Türkiyə xarici işlər nazirləri arasında ilin sonuna qədər Menbic bölgəsinin Türkiyənin nəzarətinə verilməsi ilə bağlı anlaşma əldə olundu. Nə bu, nə də daha sonra "təhlükəsiz zona” mövzusu tam razılaşdırılmadı. Yeri gəlmişkən, 10 gün əvvəl ABŞ prezidentinin Suriya üzrə xüsusi təmsilçisi Ceyms Cefri Ankaraya gəldi və müdafiə naziri Akar, eləcə də prezidentin sözçüsü İbrahim Kalınla danışıqlar apardı. Həmin vaxt Türkiyə Suriyanın şimalına ordu yığırdı. Ancaq sonradan məlum oldu ki, Fəratın şərqində əməliyyat ləngidilib.

Suriyanın şimalında “kürd dalanı”Ancaq məlum oldu ki, amerikalıların Suriyanın şimalında "təhlükəsiz bölgə” ilə bağlı təklifləri Ankaranı o qədər də qane etmir. Və amerikalılarla türklər 3 mövzuda anlaşa bilmir: "Təhlükəsiz zonası” Suriyanın içlərinə doğru nə qədər uzanacaq, bu bölgəyə kim nəzarət edəcək və YPG-nin bu bölgədəki taleyi. Maraqlıdır ki, Ankarada bu danışıqlar gedən vaxtda ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) komandanı generalı Kennet Makkenzi Suriyanın şimalında YPG-nin də daxil olduğu (əslində isə əsas qüvvəsini YPG təşkil edən - K.R.) Suriya Demokratik Qüvvələri (SDQ) komandiri Mazlum Kobani ilə görüşdü. General Makkenzi bildirdi ki, Türkiyənin legitim təhlükəsizlik narahatlıqları var və onlar bu narahatlıqlarla İŞİD-ə qarşı mübarizə arasında balans yaratmağa çalışırlar. Təbii ki, general kürdlərin hələ də onlar üçün İŞİD-ə qarşı əsas müharibə müttəfiqi olaraq qaldığına işarə edirdi.

Ancaq Türkiyə hökuməti amerikalıların vaxt uzatmasından narazıdır. Ötən həftə prezident Ərdoğan deyib ki, Amerika ilə danışıqların necə yekunlaşmasından asılı olmayaraq Fəratın şərqindəki terror dəhlizi parça-parça ediləcək. Sitat:"Nə lazımdırsa edəcəyik, icazə almağa ehtiyacımız yoxdur”.

Lakin aydın məsələdir ki, Türkiyə 25 ABŞ bazasının yerləşdiyi və Yaxın Şərqdəki ABŞ hərbi hava donanmasının nəzarət etdiyi bölgəyə razılaşdırılmamış hücum etmək istəmir. Bu, ağır nəticələrə gətirə bilər. Bu səbəbdən də Ankara danışıqların nəticəsini gözləyir. Ancaq belə anlaşılır ki, nəticə olmayacaq. Doğrudur, daha əvvəl ABŞ prezidenti Türkiyəyə 20 mil, yəni 32 kilometr dərinliyində "təhlükəsizlik zonası” təklif edib. Amma indi belə görünür ki, Vaşinqtonda bu məsələdə fikir ayrılığı var. Üstəlik, Vaşinqton istəyir ki, Türkiyə-Suriya sərhədində qurulacaq "təhlükəsiz zona”da yalnız Türkiyə ordusu deyil, ABŞ-ın müttəfiqləri, əsasən Avropa ölkələrinin orduları da yerləşdirilsin. Yəni bir mənada bu qüvvələr həm də YPG-ni Türkiyə ordusundan qoruyacaq. Doğrudur, hələlik Avropa ölkələri bu təklifə isti yanaşmır, Almaniya isə açıq şəkildə Suriyaya ordu göndərməkdən imtina etdi. Ancaq belə anlaşılır ki, Vaşinqton Türkiyə və YPG arasında 3-cü hərbi gücü yerləşdirməkdə qərarlıdır.

YPG isə maraqlıdır ki, "təhlükəsizlik zonası” fikrinə etiraz etməsə də, 30 deyil, 5 kilometr olmasını istəyir. Bu barədə ötən həftə SDQ komandanı Mazlum Kobani açıqlama verib. Sitat: "Biz də SDQ olaraq təklifimizi amerikalılara verdik. Uyğun təklifimiz var. Zolaq 30 deyil, 5 kilometr olsun. Buradakı YPG qüvvələrini geri çəkə bilərik, onların yerinə yerli silahlıları qoyarıq, 5 kilometr içərisindəki ağır silahları da çıxara bilərik. Bunun əvəzində Türkiyə bizə hücum etməyəcəyi ilə bağlı öhdəlik götürsün, ara zonada isə beynəlxalq güclər olsun. Bu zonada Türkiyənin olmasını istəmirik, çünki Türkiyə tərəfdir”.

Göründüyü kimi, vəziyyət o qədər də sadə deyil. Faktiki olaraq, Suriyanın şimalında "təhlükəsizlik zonası”nın yaradılması dalana dirənib. Üstəlik, hazırda Türkiyə və ABŞ arasında S-400 mövzusunda dərin fikir ayrılığının olduğu bir vaxtda bu məsələnin rahatlıqla həllini tapacağı inandırıcı görünmür.(Yeni Musavat)

Xəbər 586 dəfə oxunub






Oxşar xəbərlər

BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
Elmar Vəliyevi vuran Yunis Səfərovun İŞİ MƏHKƏMƏDƏ
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Gəncədə DSMF-nin xidməti maşını yol hərəkəti qaydalarını pozub -VİDEO
Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili
Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB
Naftalana icra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib
Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"
İnam Kərimova yeni vəzifə verildi
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı
Şimali Koreya lideri ağ atda gəzdi
Zakir Həsənov ön xəttə getdi - FOTOLAR
YAP-ın İRADƏSİNƏ QARŞI ÇIXAN DEPUTATLAR DANIŞDI
Tural Gəncəliyevin Brüsselə səfəri başlayıb
İŞİD liderinin müavini İraqda tutulub
Bəzi saytların yayımına qadağa qoyulub - Məhkəmə qərarı
“Mühacir biznesi”nə görə həbsdə olanları alman vəkillər müdafiə edəcək
Bugün Azərbaycan və Ermənistan XİN başçıları görüşür
Siyavuş Novruzov ölkə gündəmini silkələyən hadisələrdən danışdı
Ermənilər AzTV-nin əməkdaşına hücum çəkdi (VIDEO)
Azərbaycan aktiv islahatlar mərhələsindədir - Prezident
İlham Əliyev yeni rektor təyin etdi
Vahid Ələkbərov: “Neftin qiyməti hamını qane edir”
Kəmaləddin Heydərov da yola salınır! - İDDİA
Azər Həsrətin etirafı: "Əli Həsənovun “trolu” olmuşam”
Azərbaycan ordusu İrəvana Türk ordusundan tez çatacaq
Ziya Bünyadov prospektində baş verən yol qəzasında 5 nəfər yaralanıb
SOCAR-a yeni vitse-prezident təyin edilib
Baş Nazir bayram günləri ilə bağlı sərəncam imzaladı
Yüksək vəzifə verilən Gündüz Kərimov kimdir? (DOSYE)
Partiyalar parlamentdə yer sayının artırılmasını istəyir
Azərbaycan əhalisi nağd avro alışını azaldıb
Ata Abdullayev Əli Həsənova ittihamlar yağdırdı - "Ola bilər səviyyəsizəm, amma cavab verin!""
Prezident Milli Məclisin buraxılması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərdi
Azərbaycanlı jurnalist şəxsi təyyarə və yaxtaya sahibdir
Rusiyanın hansı bölgəsində daha çox maaş verilir?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.59724] initstartout [0.00022] initstartin [0.00107] calstart [0.03478] calend [0.00079] topnewsend [0.00788] rsssend [0.00000] ehgend [0.02491] tagsstart [0.00092] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.52663]