Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

14:34 - 20.09.2019  
Oqtay Şirəliyevin "ŞƏRİKLİYİ" Kardiologiya İnstitutunu məhv edir
Tarix: 23-07-2019, 11:39 | Bölmə: ---

Nazir ölkə səhiyyəsi ilə məhvolma sürətini tarazlaşdırmaq üçün G.Dadaşovanı buraya rəhbər təyin edib
Oqtay Şirəliyevin "ŞƏRİKLİYİ" Kardiologiya İnstitutunu məhv edirAzərbaycanda narazılığın son həddə çatdığı, insan sağlamlığını gəlir,biznes sahəsinə çevirən, qeyri-adi, bənzərsiz əməliyyatları ilə gülüş,lağ obyektinə çevrilən, Oqtay Şirəliyevin əlində oyuncağa dönən səhiyyə sistemində hər gün yeni-yeni biabırçı olaylar yaşanmaqdadır. İnsanların təkcə sağlamlığını deyil,həm də inamını məhv edən səhiyyə sistemi bir qrupun əlində girova çevrilib. Qohumbazlığın, korrupsiya və rüşvətin pik həddə çatdığı səhiyyə sistemi tənəzzülün bir addımlığındadır. Amma, O.Şirəliyev və onun "ağxalatlı mələkləri” bütöv bir sistemi təcrübə laboratoriyasına çevirməkdə davam edirlər. Oqtay Şirəliyevin səhiyyə sistemi adına növbəti biabırçılıq C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda yaşanır. Bir müddət əvvəl instituta direktor təyin olunan Gülnaz Dadaşova şərikinin qohumu kimi deyəsən rəhbərlik etdiyi sahəni məhv etməyi qarşısına məqsəd qoyub. Çünki, burada baş verənlərə nəzər saldıqda başqa cür düşünməyə imkan yeri qalmır. İlk öncə ondan başlayaq ki, G.Dadaşova vəzifəyə O. Şirəliyevin təzə qudalığının "şirinliyi” olaraq təyinat alıb. Belə ki, G.Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbəri olan Cavid bəyin əmisi qızıdır. O.Şirəliyevin oğlunu ikinci dəfə evləndirərkən qohum olduğu yeni qudası da "Sobsan Boya” şirkətinin əsas payçılarından,şəriklərindən biridir. Beləcə cənab nazir özü istəməsə də "Sobsan”ın boyalarına bulanmaq məcburiyyətində qalıb və nəticədə Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolu ağ rəngə boyanıb. Rənglərin tündləşməsi isə əsas bundan sonra baş verib. Gülnaz xanım instituta gəlib nə gəlib. İnstituta təmir adıyla yüngülvari əl gəzdirəndən sonra(bunun üçün əməkdaşların da xərcə düşdüyü haqqında məlumatlar var) başlayıb otaqları satmağa. Hətta kişilərin tualetini də sataraq gender bərabərliyini tamamilə pozub. Təzə direktorun əsas "islahatları” isə kadr sahəsində olub. Məhz bu "islahatlar” Kardiologiya İnstitutunun altını üstünə çevirib. Özünü dövlət institutunun direktorundan çox şirkət rəhbəri kimi aparan, qorxu,xof, kollektivdə qarşılıqlı inamsızlıq, şübhə toxumları səpən, hamını hər an işdən qovulma təhlükəsi altında saxlayan G.Dadaşova tədricən öz komandasını formalaşdırıb. Aktual.az saytına verilən məlumatlara görə bu komandanın əsas simaları qəbul şöbəsinin müdiri Lətafət Eyvazova, kadrlar şöbəsinin müdiri Fatma Alxasova, II kardiologiya şöbəsinin müdiri Nailə Fərəcova, intensiv terapiya şöbəsinə yeni təyin olunmuş şöbə müdiri Təvəkkül Yusifovdur. Təzə direktorun etimadını qazanan və görən gözlərinə, vuran əllərinə çevrilən bu komanda üzvləri institutda acınacaqlı vəziyyət yaradıblar. İllərlə burada çalışan, təcrübəli, nüfuzlu mütəxəssislər səbəbsiz olaraq işdən qovulub, əvəzində Gülnaz xanımın "tələblərinə” cavab verən yeni kadrlar işə alınıblar. Təcrübəli həkimlərin işdən uzaqlaşdırıldığı institutda isə xəstələrin taleyi təcrübəsiz direktorun və Allahın ümidinə qalıb. Aktual.az saytına verilən məlumatlara görə, Kardiologiya Institutunda korrupsiya və rüşvət son həddə çatıb. G.Dadaşovanın gəlişindən sonra qiymətlər dəfələrlə bahalaşıb. Başqalarının uzun illərə əldə etdiklərini az vaxtda qazanmağı qarşısına məqsəd qoyan G.Dadaşova öz komandasına hər gün daha amansız olmağı tapşırır. Kordiologiya İnstitutu artıq sadə insanlar üçün əlçatmaz olub. Göründüyü kimi O.Şirəliyevin təzə qohumunun əməlləri Kordiologiya İnstitutunu məhvə sürükləyir. Görünür cənab nazir institutun indiyə qədərki vəziyyətindən narazı qalıbmış. O səbəbdən də ölkə səhiyyəsi ilə məhvolma sürətini tarazlaşdırmaq üçün G.Dadaşovanı buraya rəhbər təyin edib. Məhv oluruq, cənablar, görmürsünüzmü? Aktual.Az
Xəbər 727 dəfə oxunub






Oxşar xəbərlər

İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.40592] initstartout [0.00021] initstartin [0.00136] calstart [0.01667] calend [0.00084] topnewsend [0.00788] rsssend [0.00000] ehgend [0.02369] tagsstart [0.00099] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.35421]