Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:43 - 21.08.2019  
Rüfət Aslanlı İstanbulda 30 milyonluq sarayda yaşayır
Tarix: 22-07-2019, 09:44 | Bölmə: ---

2018-2019-cu illər ərzində ölkəmizdə iqtisadiyyatın onurğa sütünu sayılan bank-maliyyə sektorunun dirçəldilməsi və inkişaf etdirilmisə məqsədilə dövlət başçısı İlham Əliyev bu sahəni şəxsən nəzarətə götürərək operativ qaydada müvafiq olaraq dövlət strukturlarına tapşırıq, göstərişlərini verdi və aidiyyatı üzrə bu sahədə bir neçə küklü dəyişikliklərə səbəb olan sərəncam və fərmanlar imzaladı.

Rüfət Aslanlı İstanbulda 30 milyonluq sarayda yaşayırÖlkə prezidentinin bu sektora son müdaxiləsindən sonra ölkənin bank-maliyyə sektoru qismən dirçəlməyə başladı, banklarla yanaşı ölkə əhalisinin də əhəmiyyətli bir hissəsi bezdirici kredit problemlərindən azad olmaqla yanaşı xarici valyutada olan kredit borcları üzrə əvvəllər banklara ödənilmiş əlavə vəsaitlər üzrə ödəmələri geri aldılar.

Son olaraq Prezident tərəfindən 28 fevral 2019-cu il tarixdə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” imzalanmış məlum Fərmanı ölkə əhalisi tərəfindən müsbət qarşılanmaqla yanaşı, beynəlxalq bank-maliyyə dairələrində də təqdirə layiq gediş olaraq qiymətləndirilidi, Prezidentin bu tarixi addımı minlərlə ölkə vətəndaşının sosial problemlərinin həll olunmasında müsbət rol oynadı. Lakin bir sual açıq qalır, niyə hər bir sahə üzrə ölkə Prezidenti müdaxilə etdikdən sonra problemlər həll olunur, bəs vəzifəyə təyin olunmuş bəzi məmurlar niyə cəmiyyəti səksəkədə saxlayan problemlərin həlli ilə məşğul olmurlar?

Maraqlıdır, deyəsən ölkə başçısı onlara etimad göstərib bu vəzifəyə təyin etdikdən sonra özlərini tamam unudurlar və öz şəxsi maraqları üçün işləməyə başlayırlar, lakin düşünmürlər ki, bu cür qaranlıq işləri gizli qalan deyil və nəticədə əməlləri ifşa olunduğuna görə qısa müddətdə öz vəzifələrini itirirlər.

Belə məmurlardan biri də 2018-ci ilin oktyabr ayından vəzifəsini itirmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş direktorlar şurasının sədri olan Rüfət Aslanlıdır. Bu ad-soyad ölkə vətəndaşına yaxşı tanışdır, Aslanlı cənabları Palatada işlədiyi 2 il 6 ay ərzində bu sektoru o günə qoydu ki, sonradan yaranmış problemlərin həlli üçün milyardlarla manat dövlət vəsaitinin xərclənilməsinə səbəb oldu. Təkcə 10-a yaxın işlək bankları bağlamaqla dövlətə 1 milyard manatdan artıq zərər vurdu. Amma vaxtında ölkənin bank sektorunu iflic edən bu problemlər operativ qaydada ölkə rəhbərliyinə məruzə olunsaydı, bəlkə də az bir məbləğdə vəsait xərclənməklə bu xaosun həllinə nail olmaq olardı.

Çi fayda, dövrlər üzrə R.Aslanlının rəhbər işlədiyi bu Palatada hansı əməllər törətməsi, qısa müddət ərzində necə başgicəlləndirən sərvətə sahib olması, bahalı restoranlarda ad günü qeyd etməsi, öz adına şüşəsi 5 min dollar olan çaxırlar istehsal etdirməsi, dəyəri 4-5 milyon dollar qiymətləndirilən bahalı saat kolleksiyası və avtomobil parkına sahib olduğu, Fransada şəxsi şərab zavodunun və üzüm bağlarının, Bakıda isə bir neçə bahalı mənzillərə sahib olduğu haqqında ölkə mətbuatında çox yazıldı.

R.Aslanlının qısa müddətə bu qədər sərvəti necə toplaması haqqında bir çox versiyalar irəli sürüldü, ən əsas versiyalar isə Aslanlının vaxtında Palata tərəfindən bağlanılmış 10 bank üzrə dövlət tərəfindən sığortalanmış əmanətlər ölkə vətəndaşlarına qaytarılması üzrə dövlət tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ayrılmış 1 milyarda manatdan artıq vəsaitin, həmçinin bağlanmış bankalrın sağlam aktivlərinin fondun o vaxtkı sədri Azad Cavadovla birgə bir neçə yüz milyon manatın Aslanlı və Cavadov tandemi tərəfindən təyinatından yayındırılmaqla mənimsədikləri barədə yazılanlar idi.

Lakin çox keçmədən bunları unuduldu, bu barədə məlumatlar zaman-zaman azalmağa başladı. İndilərdə Cavadovun harda olması barədə elə bir məlumatımız yoxdur. Amma Aslanlı yenə də öz zadəganlara xas dəbdəbəli həyatını yaşamaqdadır, dövlətdən oğurladığı yüz milyonlar hesabına özünə korluq vermir.

Əldə etdiymiz məlumatlar əsasən bir neçə gün əvvəl Aslanlı Türkiyənin İstanbul şəhərində ən elit və bahalı hesab olunan restoranların birində görsənib, deyilənərə görə bu restorana da, öz istehasalı olan şərabla gəlib və özü üçün şərab keyfi təşkil edib.

Təqdim olunan şəkillərdən də bəlli olur ki, qəhrəmanımız bir əlində mobil smartfonla nə iləsə məşğuldur, digər əlində isə şərab bakalıdır. Smartfonla yəqin ki, xarici bank hesablarını yoxladığını və ya özü haqqında məlumatlara baxdığını iddia edə bilmərik, amma çaxır keyfi 100 % bəllidir.

Aslanlının İstanbulun elitar və bahalı yerlərində bir neçə mənzilinin və villasının olduğu deyilir. Və ona görə Aslanlının ilin əhəmiyyətli hissəsinin İstanbulda keçirməsi qeyd olunur. Dəyəri 25-30 milyon dollar hesab olunan, İstanbulun bahalı yaşayış massivində yerləşən və Bosfor boğzına birbaşa mənzərəsi olan bu villanın da, Aslanlıya məxsus olması iddia olunur.

Görünən odur ki, Aslanlı öz ampluasındadır və işlədiyi dövrdə yaşadığı dəbdəbəli həyat tərzini davam etdirməkdədir. Deyilənlərə görə, Aslanlı hətta Türkiyə vətəndaşı olmağa hazırlaşır, köhnə təcrübədir, onsuz da bəzi məmurlar əvvəl dövlətdən oğurlayır, sonrada xarici ölkə vətəndaşlığı alırlar. Əcəba, bu var – dövlətin mənbəyi niyə açıqlanmır? Haqlı sual yaranır, Aslanlı nəvələrinə çatacaq qədər dövlətdən böyük məbləğdə pul çırpışdırmağa bu qısa müddətə necə nail olub?(moderator.az)

Xəbər 670 dəfə oxunub






Oxşar xəbərlər

2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO
"Çaşıoğlu" nəşriyyatı cərimələnib
“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib
Qurban Məmmədov Əli Kərimliyə və Sevinc Osmanqızına elə sözlər dedi ki… - VİDEO
“Qarabağ” – APOEL oyununda insident baş verib
DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU!

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13865] initstartout [0.00015] initstartin [0.00068] calstart [0.01117] calend [0.00071] topnewsend [0.00337] rsssend [0.00000] ehgend [0.02074] tagsstart [0.00047] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10133]