Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:47 - 06.12.2019  
Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok
Tarix: 20-07-2019, 21:16 | Bölmə: ---

Bu yaxınlarda sadəcə təmkinli davranış nəticəsində David Qareci (Keşikçidağ) monastır kompleksi rayonunda qanlı təxribatın qarşısı alındı. Bu vaxt hətta kənardan heç də pravoslav dindarlara bənzəməyən bir qrup təcavüzkar əhval-ruhiyyəli insan Azərbaycan sərhədçilərini bilərəkdən silah tətbiq etməyə sövq etməyə çalışdı. Lakin sərhədçilərin təmkini və soyuqqanlılığı sayəsində təxribatçıların planları alt-üst oldu. Çünki onlar güman edirdilər ki, sərhədçilər ağır təhqir və fiziki hücumlar qarşısında atəş açacaqlar. Heç olmasa havaya... Şübhə yoxdur ki, bu vaxt həm Gürcüstana, həm də Azərbaycana düşmən olan mətbuat orqanları dərhal "azərbaycanlıların gürcü dindarlara atəş açması” barədə şüvən qoparacaqdı.

Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – ŞokAxar.az xəbər verir ki, bu fikirlər "Kavkaz Plyus” nəşrində erməni xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən Aleksandr Lapşinin Keşikçidağ ətrafında apardığı çirkin təxribat-təbliğat kampaniyasına həsr olunmuş təhlil xarakterli yazısında yer alıb.

"Dost ölkələr Gürcüstan və Azərbaycan arasında münaqişə törətmək istəyən qüvvələrin yeni təxribatlara əl atacağına şübhə yoxdur. Bunların hansı qüvvələr olduğunu hələ aprelin 29-da "Canlı jurnal”dakı səhifəsində erməni xüsusi xidmət orqanlarına çalışan bloger Aleksandr Lapşinin yazdığı ssenarini oxumaqla təxmin etmək olar.

İşğal edilmiş torpaqlar barəsində Azərbaycan qanunlarını pozduğuna görə cəza çəkən Aleksandr Lapşini həbsxanadan azad etməklə artıq ona qarşı görünməmiş tolerantlıq nümayiş etdirilib. Lakin adətən bütün satılmış təxribatçılarda olduğu kimi, Lapşin də özünə qarşı xoş münasibəti qiymətləndirmir. Öz erməni sahiblərinin tapşırığı əsasında Azərbaycan, son dövrlərdə isə Gürcüstan əleyhinə fəaliyyətlərinə davam edir.

2019-cu ilin 29 aprelində Keşikçidağ ətrafında vəziyyətin ilk dəfə alovlanmasından dərhal sonra Aleksandr Lapşin öz erməni sifarişçilərinin istəyi ilə adından belə təxribat xarakteri hiss olunan "Azərbaycan Gürcüstandan sərhəd zonasındakı (Gürcüstan) pravoslav monastrını "qopardı” başlıqlı məqalə yazır.

Elə biz də indi məhz Lapşinin nəzəriyyəsindən danışdığı, erməni xüsusi xidmət orqanları ilə David Qareci ətrafında vəziyyətin inkişafını təşkil edən təxribatçılar tərəfindən planlaşdırılmış yazısı haqqında qeydlərə nəzər salırıq.

"Mən indi iki ölkə arasında sərhəd xəttində dayanıram, naviqatora görə, bir ayağım Gürcüstanda, ikincisi isə Azərbaycandadır. Burada divarlar yoxdur. Nəzəri cəhətdən azərbaycanlılar bu nöqtədən monastırı ziyarət edən gürcü keşiş və turistlərə atəş aça bilərlər. Hələlik vəziyyət bura gəlib çıxmayıb, lakin məsələ zaman və siyasi şəraitdən asılıdır”.

Burada açar məqam "zaman və siyasi şərait” sözləridir. Yəni açıq-aşkar bu vəziyyətin süni şəkildə yaradılması güman olunurdu. Məqsəd vəziyyəti atışmaya qədər gətirmək idi.

"Qarşıdurmanın əsasını kiçik kilsədən 100 metr məsafədə solda, bir qədər aşağıda yerləşən Udabno mağara monastrı təşkil edir. Diqqətlə baxın, aşağı doğru cığır enir, həmin yerdə sağda qayalarda rahiblər üçün otaqlar və mağara kilsəsi oyulub. Azərbaycanın birdən-birə buranın öz ərazisi olmasını və monarxların rədd olmasını bəyan etməsinə qədər yüzillər ərzində gürcü pravoslav monarxlar bu ərazidə xidmət aparıb. İndi orada Azərbaycan ordusunun postu yerləşir və siz bu yüz metri heç bir şəkildə keçə bilməzsiniz. Onlar mağaranı möhkəmləndirilmiş məntəqəyə çevirib və orada silahla dayanıblar. Bilmirəm yuxarıdan necə göstəriş verilib, ancaq başqasının mədəniyyətinə və hislərinə, həmçinin insan həyatına hörmətsizliyi nəzərə alsaq, onlar asanlıqla sizi avtomatla vuracaqlar. Ona görə də ehtiyatlı olun”.

Burada öz erməni sahibləri kimi vəhşicəsinə Azərbaycan fobiyası ilə seçilən Lapşin birbaşa olaraq iddia edir ki, azərbaycanlılar atəş açacaqlar, çünki onların "özgə mədəniyyətlərə və hislərə hörməti” yoxdur.

Görünür, onun mənimsənilməsi mümkün olan hər şeyi mənimsəyən, mənimsənilməyən hər şeyi isə məhv edən sevimli erməni millətçiləri özgə mədəniyyət və hislərə çox "qətiyyətlə hörmət göstərir”.

Aydındır ki, hələ 2019-cu ilin aprelində erməni xüsusi xidmət orqanları öz casusu Lapşini təlimatlarla təchiz edib və David Qareci ilə bağlı hansı parametrlər ətrafında yazmalı olduğunu izah edib. Elə həmin vaxt onlar Azərbaycan tərəfinin iştirakı ilə atışma törətmək planlarını bölüşüblər.

Daha sonra nəzarətlərində olan mətbuat orqanları vasitəsilə bütün dünyaya "azərbaycanlıların monastrı ziyarətə gələn gürcü rahib və turistlərə atəş açdı”ğını yayacaqlar. 29 apreldə Lapşin məhz bu ssenarini əvvəlcədən "proqnozlaşdırmış” və yazmışdı.

Beləliklə, 14 iyul insidentindən 2.5 ay əvvəl Lapşini maliyyələşdirən və onu tapşırıq ardınca potensial qaynar nöqtəyə göndərən erməni xüsusi xidmət orqanları artıq təxribat ssenarisini hazırlamışdılar. 14 iyul 2019-cu ildə Keşikçidağdakı insident zamanı təxribatçılar arasında açıq-aşkar özlərini "gürcülərdən daha artıq gürcü” kimi qələmə verən erməni əsilli şəxslər və erməni casusları vardı”.

Xəbər 750 dəfə oxunub






Oxşar xəbərlər

Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili
Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB
Naftalana icra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib
Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"
İnam Kərimova yeni vəzifə verildi
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı
Şimali Koreya lideri ağ atda gəzdi
Zakir Həsənov ön xəttə getdi - FOTOLAR
YAP-ın İRADƏSİNƏ QARŞI ÇIXAN DEPUTATLAR DANIŞDI
Tural Gəncəliyevin Brüsselə səfəri başlayıb
İŞİD liderinin müavini İraqda tutulub
Bəzi saytların yayımına qadağa qoyulub - Məhkəmə qərarı
“Mühacir biznesi”nə görə həbsdə olanları alman vəkillər müdafiə edəcək
Bugün Azərbaycan və Ermənistan XİN başçıları görüşür
Siyavuş Novruzov ölkə gündəmini silkələyən hadisələrdən danışdı
Ermənilər AzTV-nin əməkdaşına hücum çəkdi (VIDEO)
Azərbaycan aktiv islahatlar mərhələsindədir - Prezident
İlham Əliyev yeni rektor təyin etdi
Vahid Ələkbərov: “Neftin qiyməti hamını qane edir”
Kəmaləddin Heydərov da yola salınır! - İDDİA
Azər Həsrətin etirafı: "Əli Həsənovun “trolu” olmuşam”
Azərbaycan ordusu İrəvana Türk ordusundan tez çatacaq
Ziya Bünyadov prospektində baş verən yol qəzasında 5 nəfər yaralanıb
SOCAR-a yeni vitse-prezident təyin edilib
Baş Nazir bayram günləri ilə bağlı sərəncam imzaladı
Yüksək vəzifə verilən Gündüz Kərimov kimdir? (DOSYE)
Partiyalar parlamentdə yer sayının artırılmasını istəyir
Azərbaycan əhalisi nağd avro alışını azaldıb
Ata Abdullayev Əli Həsənova ittihamlar yağdırdı - "Ola bilər səviyyəsizəm, amma cavab verin!""
Prezident Milli Məclisin buraxılması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərdi
Azərbaycanlı jurnalist şəxsi təyyarə və yaxtaya sahibdir
Rusiyanın hansı bölgəsində daha çox maaş verilir?
"Çempionatımız maraqlı deyil" - Elşad Əhmədov
Paşinyan Xankənində Azərbaycanla danışıqları müzakirə edir
“Gözlə bizi, can Azərbaycan”
Etibarnamələrin verilməsi elektronlaşdırıldı
Onlar vəzifələrini niyə İTİRDİLƏR?..
Millət vəkili xanım jurnalistə vəzifə verdi (FOTO)
YAP Siyasi Şurasının müraciəti təqdim edilib
Prezident ailəsində xoş gün (FOTOLAR)
Prezident mifləri dağıtdı: bundan sonra nələr olacaq?
“Bir ildir özümə qadağa qoymuşam” – Ramiz Novruz

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [1.15396] initstartout [0.00027] initstartin [0.00136] calstart [0.07359] calend [0.00105] topnewsend [0.00796] rsssend [0.00000] ehgend [0.05068] tagsstart [0.03216] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.98682]