Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:47 - 21.08.2019  
Ermənilərin Naxçıvan panikası – İrəvan strateqləri odla oynayır
Tarix: 20-07-2019, 12:56 | Bölmə: ---

Ermənilərin Naxçıvan panikası – İrəvan strateqləri odla oynayırMəlumdur ki, Fonvizinin "Nadan” klassik komediyasının baş qəhrəmanı Mitrofanuşkanın anası xanım Prostakova hesab edirdi ki, coğrafiya – elm olaraq "bəylik” deyil, o zaman bu arabaçılar nəyə lazım? Hara əmr etsəniz, aparıb çatdıracaqlar! 
Bu, əlbəttə ki, qroteskdir (Qrotesk: varlıqların absurd (qeyri adi) xüsusiyyətlərlə yenidən təsviri ilə dünyaya aid olmayan bir fakt halına gətirilmə sənəti – red.). Ancaq müasir Ermənistanda bu anlayış əməllicə sapmaya məruz qalıb: burada həddən ziyadə və uzun zaman əmin idilər ki, Fransa parlamentindəki və ya ABŞ Konqresindəki "erməni lobbisi”nin mövqeyi qonşulara qarşı təcavüz və ərazi iddialarının nəticələri baxımından ermənilərin xüsusi narahatlıq keçirməsinə imkan verməz. 
Amma indi erməni siyasi isteblişmenti birdən-birə özü üçün dəqiqləşdirir ki, sən demə, ölkəyə Keniya lobyası və Ekvador ananası gətirmək, Azərbaycan qarpızlarını isə Həştərxan qarpızları ilə əvəzləmək olar, di gəl ki, coğrafiyanın hərbi-texniki və hərbi-strateji anlamda "oxunuşu”nu hələ heç kim ləğv eləməyib. Və əgər Azərbaycan xəbərdarlıq edirsə ki, Naxçıvandan Ermənistanın istənilən hədəfi əlçatandır, o zaman bu xəbərdarlıqlar yaxşı olar ki, ciddiyə alınsın. Xüsusən də indi – Azərbaycanın Naxçıvan da daxil, özünün hərbi quruculuq proqramını reallaşdırdığı, Türkiyə ilə hərbi əməkdaşlığı inkişaf etdirdiyi və orada birgə geniş miqyaslı təlimlər keçirdiyi vaxtda.

Artıq düşmənin qorxu-hürküsü üçün əlavə səbəb yaranıb: əgər Rusiyanın Türkiyəyə verdiyi S-400-lərin Naxçıvanda yerləşdiriləcəyi barədə ekspertlərin təxminləri doğrudursa, o zaman Ermənistan özünün "hava təhlükəsizliyi”ni unutmalı olacaq. Bunun nəticəsi kimi də İrəvanın siyasi rəhbərliyinin başında duranları Naxçıvan istiqaməti ilə bağlı əsl təlaş hissi bürüyüb.

Nəzəri cəhətcə əlbəttə, şans var idi ki, İrəvanda reallığı anlayacaq, qüvvələr nisbətini hesablayacaq və ondan nəticə çıxaracaqlar. Amma bundansa, onlar gərginliyin yeni mərhələsinə və təcavüzkarlığın növbəti dəfə nümayişinə üstünlük verdilər.

İyulun 16-da Ermənistan növbəti uydurma ittihamlarla çıxış elədi: sən demə, hansısa azərbaycanlılar Naxçıvan istiqamətindən Ermənistan ərazisini atəşə tutublar və nəticədə yanğın baş verib. Özlərinin işğal altındakı Azərbaycan torpaqlarında yanğın törətmələrini isə yada salmadılar. Üstəgəl, Ermənistanda sinoptiklərin yanğın təhlükəsi barədə etdikləri xəbərdarlıqlar da yada düşmədi.

Ertəsi günün səhəri yeni ittihamlar səsləndi: demə, iyulun 17-ə keçın gecə Azərbaycan Silahlı Qüvvələri Naxçıvan ərazisindən Ermənistanın Vayodtszor vilayətinin Ellin kəndini atəşə tutub. Bu dəfə isə "boşboğazlar dəstəsi” işə qoşuldu. O sırada Ermənistan Xristian-Demokrat Partiyasının rəhbəri Levon Şirinyan yerli jurnalistlərə geniş müsahibə verərək çərənçilik elədi.

Sitat: "Əgər onlar (azərbaycanlılar – red.) güllə atırlarsa, bunun cavabı on qat artıq olmalıdır. Əvvəlki təcrübə daha yaramır, nə vaxt ki, onlar düşünürdülər ki, uşaqları ön xətdə deyil və əgər onlar gülIə atsalar, biz cavab verırik. Belə taktika müharibəyə aparır. Qoy bizimkilər başlasın, biz nəyi gözləyirik, o tərəfdən atəş açılmasını? Məgər olmazmı ki, heç olmasa, bir dəfə biz başlayaq və onları cavab verməyə məcbur edək? Preventiv müharibə də elə budur”.

Şirinyan daha sonra deyir: "Biz (Ermənistan – red.) preventiv (önləyici – red.) hərəkət etməli, biz də qarışıqlıqdan istifadə eləməliyik, nəinki həmişəki kimi başımızı quma salıb gizlədək. David Tonoyan (müdafiə naziri – red.) yeni strategiyadan danışır, ancaq onu işləyib hazırlamaq və geri çəkilməmək lazımdır. Bütün bunlar ölkədə qarışıqlığa gətirə bilər, nədən ki, plutokratiyaya normal dövlətin qurulması sırf eləmir. Biz gərək situasiyaya adekvat olaq və artıq bütöv bir kəndi məhv eləməliyik”.

Şirinyana görə, Rusiya-Türkiyə müqavilələrinin 100 illiyi yaxınlaşdığı üçün İrəvan artıq bu gün "Naxçıvan paketi” hazırlamalıdır – "hüquqi və başqa anlamda, başqasının maraqlarına baxmadan”.

Aydındır ki, bu "paket”in real hüquqi perspektivi yoxdur və olmayacaq – beynəlxalq hüququ, sərhədlərin tanınmasına hörmət prinsipini heç kim ləğv eləməyib. Ancaq Şirinyanın "başqa anlamda” ifadəsi ilə bağlı bir az ətraflı danışaq. Xüsusən də onun "birinci zərbə vuraq”, "kəndi məhv edək” kimi aqressiv sayıqlamasından sonra.

Əlbəttə ki, bütün bunlara fikir verməyib keçmək də olar. Hər halda, formal olaraq, Şirinyan sırf öz şəxsi mövqeyini ifadə edir. Üstəlik, hər şey İcevandakı etirazlar fonunda baş verir – hansı narazılıqlar ki, yolların kəsilməsi, polislə toqquşmalar və s. ilə müşayiət olunmaqla Paşinyan komandası üçün olduqca təhlükəli miqyas alıb. Odur ki, rəsmi İrəvan üçün əsl məqamdır ki, ictimai diqqəti yayındıran manevrlər eləsin.

Lakin məsələ təkcə onda da deyil ki, bu "şəxsi mövqe” Paşinyan komandasının "ruporu” statusuna iddia edən KİV-lərdən birində peyda olub, daha önəmlisi odur ki, həmin açıqlamadan əvvəl ermənilər sərhədin Naxçıvan hissəsində həm birbaşa, həm də dolayı anlamda odla oynamaq üçün real cəhdlər ediblər. Bu isə ən azından, belə bir sualı ortaya qoymaq üçün əsas yaradır: İrəvanda nə dərəcədə uzağa getmək fikrindədirlər və oralarda gerçəkdən "bütöv bir kəndi məhv eləməyə” çağırışla məsələnin ciddiliyi dərk edilirmi?

Əlbəttə ki, mümkündür ki, cənab Şirinyan və onun kimilər əmindirlər: Ermənistanın ucadan hönkürməsi kifayətdir ki, ABŞ, Rusiya və Fransa bir-biri ilə yarışa girirmiş kimi onun köməyinə tələssinlər. Ancaq... Fransa bu yaxınlarda Ermənistanı əməlli-başlı, öldürücü şəkildə incidib – ölkənin bəzi şəhərlərinin yerli bələdiyyələri ilə Dağlıq Qarabağın işğalçı "hakimiyyəti” arasında imzalanmış "dostluq bəyannamələri” məhkəmə qaydasında ləğv eləməklə.

Vaşinqtona gəlincə, elə həmin o, Şirinyan dişlərinin arasında mızıldanır ki: "Mən bilmirəm, ABŞ-ın buna (Azərbaycan tərəfinin mifik atəş açması faktına – red.) reaksiyası olacaqmı, çünki Amerika indi Türkiyəni ələ almaq kimi qəliz işlə məşğuldur”. Türkiyəyə S-400-lərin verilməsini şərh edərkən isə incikliyini gizlətmir: "Tramp az qala, üzr istəyir ki, Türkiyə qırıcıların (F-35 –red.) tədarükü üzrə proqramdan çıxarılır. Deyir ki, buna görə ABŞ-ın əvvəlki rəhbərliyi günahkardır”.
Yəni üstəlik, erməni istiqamətində də Türkiyənin "qollarını burmağın” Vaşinqton üçün heç bir anlam daşımır. Qalır Rusiya. Moskva da ki, Ankara ilə nəhəng planlar qurmaqla məşğuldur və çətin ki, o, Azərbaycan və Türkiyə trekində bunca zəhmət hesabına əldə olunanları riskə ataraq, başını döndərib öz forpostunun köməyinə atılsın – xüsusən də əgər ərazi işğalı cəhdlərindən sonra Ermənistanı öz arxasında "gizlətmək” lazım gələcəksə.

Qısası, İrəvan strateqləri yaxşı olar ki, xarici köməklə bağlı xəyallar qurmasınlar. Daha dəqiqi, qüvvələr nisbətini yaddaşlarında təzələsinlər. Həyətdə artıq 90-cı illər deyil - nə vaxt ki, Azərbaycan tərəfdən cəbhə tələm-tələsik yaradılmış könüllü batalyonların ümidinə qalmış, Ermənistan tərəfdə isə özünün ştat silahı və zirehli texnikası ilə Rusiyanın nizami qüvvələri döyüşürdü.

Odur ki, "bütöv bir kəndi məhv eləmək” İrəvan "cəngavərləri”nə çətin ki, müyəssər olsun. Belə bir təcavüz aktı şübhə yox ki, cavab zərbəsi üçün Azərbaycanın əl-qolunu açacaq. Elə bu da coğrafiya və real hərbi potensial nəzərə alınarsa, Ermənistana ucuz oturmayacaq. Üstəgəl, Naxçıvan istiqamətində İrəvanın təkcə Azərbaycanla deyil, Türkiyə ilə də işi olacaq – Qars müqaviləsini həlı heç kim ləğv eləməyib. Bu isə o deməkdir ki, İrəvanın indiki "panik hücumu” ilk növbədə Ermənistanın özü üçün fəlakətli sonuclara gətirə bilər.

Nurani, siyasi icmalçı


 
Xəbər 527 dəfə oxunub






Oxşar xəbərlər

2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO
"Çaşıoğlu" nəşriyyatı cərimələnib
“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib
Qurban Məmmədov Əli Kərimliyə və Sevinc Osmanqızına elə sözlər dedi ki… - VİDEO
“Qarabağ” – APOEL oyununda insident baş verib
DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU!

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15205] initstartout [0.00014] initstartin [0.00056] calstart [0.00837] calend [0.00053] topnewsend [0.00289] rsssend [0.00000] ehgend [0.03585] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10304]