Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:42 - 20.08.2019  
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Tarix: 17-07-2019, 17:49 | Bölmə: ---

Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”İyulun 14-də Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq, Azərbaycan ərazisində yerləşən "Keşikçidağ” mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi, üstəlik əsgərlərimizdən birinin əlindən silahının alınması Azərbaycan ictimaiyyəti arasında haqlı narazılqıla qarşılandı. Sosial şəbəkələrdə hərbi xidmətdə olan əsgərimizin əlindən silahın alınması məsələsinə yanaşma birmənalı olmadı. Kimlərsə bunu səbr, kimlərsə əsgərin fərsizliyi, susqunluğu kimi dyərləndirdi. Bizimyol.info insidentin mərkəzində adı olmasa da şəxsiyyəti hallanan həmin əsgərin düzgün addım atıb-atmaması barədə əsl hərbçi rəyini öyrənmək istədi. Sualımızı hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov cavablandırdı.

-Cənab Ramaldanov, sizcə sərhəddəki əsgərimiz silahını əldən verməklə acizlik nümayiş etdirib? Nizamnaməyə uyğun necə addım atılmalı idi?

-Əsgər nizamnaməyə uyğun bəlkə də düzgün hərəkət etməyib, lakin şəraitə uyğun düzgün hərəkət edib. İndi bəziləri qınayırlar, bəziləri əsgərin ünvanına nalayiq ifadələr işlədirlər. Mən hesab edirəm ki, əsgərlərimiz orda özlərini çox səbirli və peşəkarcasına aparıblar. Son zamanlar gərginlik yaratmaq istəyində olan qüvvələr var və onların niyyəti o ərazidə qan tökülməsinə nail olmaq idi. Mən əsgərlərimizin şəraitinə uyğun hərəkət etdiklərinə şübhə etmirəm. Orda sərhhəd zolağaı, sərhəd divarları yoxdur, açıq zonadır. Nə torpaq əldən getməyib, nə hansısa böyük faciə olmayıb. Əsgərlərimiz vəziyyəti itkisiz qansız nəzarətdə saxlamaq iqtidarında olublar və iki xalq arasında qanlı insident yaşanmasının qarşısını alıblar. Əsas nəticədir. Qanunları pozanlar öz cəzalarını çəkəcəklər. Gürcüstan tərəfi də verdiyi cavabda bunu bəyan etdi. İndi komissiya ərazilərin tam olaraq hansı tərəfə aid olması üzərində işləyir. Hesab edirəm ki, əsgərlərimiz özlərini sırf əsgər kimi yox, qərar qəbul edə biləcək əsl peşəkarlar kimi aparıblar. Həm də əsgərlərimiz xidmət başında olarkən öz komandirləri , rəhbərlikləri ilə rabitə əlaqəsində olurlar. Yəqin ki, vəziyyətin bu şəkildə soyuqqanlı idarə edilməsində rəhbərliyin təlimatlarının da rolu var.

-Cənab Ramaldanov, Siz keçmiş hərbçisiniz, bu vəziyyət sizin əsgərinizlə baş versəydi əsgərinizi nizamnaməni pozduğuna görə cəzalandırardınız, yoxsa şəraitə uyğun hərəkət etdiyinə görə mükafatlandırardınız?

-Bilirsinizmi, biz həyatda olan bütün məsələlərə görə təlimat yazmırıq. Müxtəlif həyat şəraiti var. Elə bir seçim eləməlisən ki, o vəziyyətdən minimum zərərlə çıxa biləsən. Bu əsgər ermənilərə silah verməyib, o dost ölkə ilə münasibətlərin qorunması naminə bu addımı atıb. Mən o şəraitdə olmamışam. Qanunu pozanlar qanun çərçivəsində cəzalandırılmalıdır. Bu məsələnin arxasında siyasi məqamlar da dayandığına görə, doğru addım atıb.  Sərhəd peşəkarlığı yalnız silahdan istifadə etməkdən ibarət deyil.

Qeyd edək ki, Keşikçidağ kompleksi ilə bağlı anlaşılmazlıq 1991-ci ildən bu yana həll olunmur. Bu məsələ indi yenidən aktuallaşmağa başlayıb və qarşı tərəfdən bu məsələni gərginlik həddinə çatdırmaq istəyənlər var. Axırıncı dəfə belə gərginlik 2012-ci ildə yaşanmışdı.SSRİ zamanında həmin hərbi poliqon idi və qapalı zona sayılırdı. SSRİ dağılandan və Rusiya hərbi bazaları Azərbaycan ərazisindən çıxarılandan sonra həmin əraziyə Azərbaycan sərhəd qoşunları nəzarət etməyə başladı. Bundan sonra Gürcüstanla Azərbaycan arasında həmin sərhədin müəyyənləşdirilməsi ilə bağlı yaradılan komissiya əslində kifayət qədər iş görmüşdü. Həmin sərhədin demək olar ki, üçdə ikisi artıq hər iki tərəflə müəyyənləşdirilib, yerdə qalan ərazi isə hələlik mübahisəlidir.

Qeyd edək ki, Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla sərhəddə yerləşən Keşikçidağ Məbəd-Kompleksində iyulun 14-də baş verən insidentlə bağlı məlumat yayıb.
XİN yerli sakinlər və azərbaycanlı sərhədçilər arasında yaşanan insidenti təəssüfedici adlandırıb. Məlumatda qeyd olunub ki, Gürcüstanın müvafiq qurumlarının təxirəsalınmaz reaksiyasından sonra insident tezliklə aradan qaldırılıb və faktla bağlı araşdırma başlayıb:
"Bu cür insidentlər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil. Buna görə də hesab edirik ki, ekspert qrupları və delimitasiya üzrə komissiyanın iclasları vaxtında davam etdirilməlidir. Gürcüstan tərəfi bu görüşlərə tam hazırlığını ifadə edir”.

Xəbər 784 dəfə oxunub






Oxşar xəbərlər

Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO
"Çaşıoğlu" nəşriyyatı cərimələnib
“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib
Qurban Məmmədov Əli Kərimliyə və Sevinc Osmanqızına elə sözlər dedi ki… - VİDEO
“Qarabağ” – APOEL oyununda insident baş verib
DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU!
Fuad Əliyev Əhməd Orucun yalanını üzə çıxardı - VİDEO
Dünya iqtisadiyyatı təhlükəli fazada: Azərbaycan nə etsin?
Bakıda motosiklet sürmək qadağandır? - DYP niyə reyd keçirir?
Rusiya Təhlükəsizlik Şurasının katibi Paşinyanla görüşüb
Putin "Qəbələ"nin sabiq baş məşqçisini təltif edib
Pedofil milyarder - “Epşteyn işi” Böyük Britaniya krallığını qarışdırdı
Şoumen müxbirin Göygöl Məhkəməsində RƏZİL çıxışı - Səsyazı - "..məni burda döyəcəklər!"
Zakir Həsənov hərbi hospitalın açılışında olub
"Binə" ticarət mərkəzində yanğın olub
ABŞ Türkiyəyə təzyiqi davam etdirsə, itirəcək - Baçev
Mənsimova paxıılığın yeni ucuz ŞOUSU - möhtəkirlik?!
Erməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - (FOTO)
Masallıda yol polisini bıçaqlayıb “X5”-lə qaçdılar (FOTO)
ABŞ-ın ən yaxşı xüsusi təyinatlı hərbçilərindən biri İraqda öldürülüb
Ebola virusuna qarşı 2 effektiv preparat hazırlanıb
Saxta möhürlərdə AXCP və Müsavat izi “Mir Şahinin vaxtı”nda üzə çıxdı - VİDEO
Alimlər 500 yaşlı köpəkbalığı tapdılar
Boliviyada avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb
Ronaldu Zidan haqqında xatirələrini bölüşüb
Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınır
KXDR yeni növ raket sınağı barədə məlumat yayıb
ETSN: Dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb
Aydın Canıyev: “Azərbaycanda 80 min adam Rusiya Xüsusi Xidmət orqanlarından maaş alır”
Məktəbəqədər təhsilin yeni dövlət standartı təsdiqlənib
AMEA işçilərinin maaşları artırılıb
İkram Rəhimov aclıq edir - O karserə salınıb
Azərbaycanlı jurnalistin Ermənistana səfərindən VİDEOREPORTAJLAR
Gəncə işində 4 nəfər buraxılıb
Şirvanlı sahibkar “Məişət Maye Qaz” QSC-dən şikayətçidir - VİDEOMÜRACİƏT

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13539] initstartout [0.00014] initstartin [0.00091] calstart [0.00960] calend [0.00056] topnewsend [0.00360] rsssend [0.00000] ehgend [0.02193] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09796]