Nəriman Nərimanovun qardaşı oğlu gömrükçülər tərəfindən aldadıldı ?

  • 12 iyul 2019, 20:02

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanovun yeganə varisi Əliababa Nərimanov Vətənə gəlib.

Nəriman Nərimanovun qardaşı oğlu olan 88 yaşlı Əlibaba Nərimanov Azərbaycan ərazisinə daxil olarkən "Sınıq Körpü" gömrük postunda problem yaşayıb.

Belə ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məsul əməkdaşları Şimali Osetiya vətəndaşı olan Əlibaba Nərimanova məxsus "VAZ 2106" markalı avtomobil üçün nəzərdə tutulan gömrük rüsumunun əvəzinə ondan "Mercedes-Benz" markalı avtomobil üçün nəzərdə tutulan 4800 rus rublu (təqribən 125 manat) pul alıblar.

Həmçinin, ona məxsus olan "VAZ 2106" markalı avtomobil "Mercedes-Benz" markası kimi sənədləşdirilib.

Daha sonra Əlibaba Nərimanov Yevlax şəhərinə yola düşüb.

Qeyd edək ki, Nəriman Nərimanovun qardaşı Təhməz Nərimanovun oğlu olan Əlilababa Nərimanov 1933-cü ildə Saatlı rayonunda anadan olub. O, SSRİ Təhlükəsizlik Xidmətinin ehtiyyatda olan əməkdaşıdır. 

Gömrükçülər Nəriman Nərimanovun qardaşı oğlunun başına hansı oyunu açdı?

Oxşar xəbərlər