ŞİKAYƏT - Mirdamət Sadıqovun müavininin təhlükəli "qaz zapravka"sı

  • 10 iyul 2019, 13:11

İsmayıllı rayon İcra hakimiyyəti başçısının xanım müavini Sevil  Əhmədova vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rayon sakininin həyat və sağlamlığını ciddi təhlükə qarşısında qoymaqla rayonun Nizami küçəsində özünə maye qaz yanacaq doldurma məntəqəsi inşa etdirib. Xanım müavinin fəaliyyətdə olan obyekti narazılıqlara səbəb olub.

Bu barədə "Demokratik.Az" saytına şikayət məktubu göndərən İsmayıllı şəhər sakini Abdullayev Araz Mikayıl oğlu yazaraq bildirir ki, məmurun maye - qaz yanacaqdoldurma məntəqəsi yaşayış evlərinin və ticarət obyektlərinin əhatəsində, lap yaxınlığında inşa edilmişdir. Və ətrafa sızan qaz insanların səhhətinə mənfi təsir göstərir. Həmçinin gələcəkdə hər an baş verə biləcək partlayış insanları qorxudur. Bu məqsədlə də, atrıq bir neçə sakinlər evlərinin qapısını bağlayıb və oradan köçüblər.

Şikayətçi yazır ki, sözügedən yanacaqdoldurma məntəqəsi İsmayıllı rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədovanın həyat yoldaşı Nizami Əhmədov tərəfindən idarə olunur. 

Şikayətçi yazır ki, özü də İsmayıllı rayonu Nizami küçəsi ərazisndə 600 kv-m sahəsi olan obyekt inşa etdirib və sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Ancaq həmin maye - qaz yanacaqdoldurma məntəqəsi ucbatından fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Burada yaşayan sakinlər və fəaliyyət göstərən sahibkarlarla birgə müvafiq orqanlara şikayət ərizəsi ilə müraciəıtlər ediblər. Lakin, şikayətlərə baxılmır, Sevil Əhmədova vəzifədə olduğu üçün qanunlar bu zərərli obyektin bağlanmasını leqallaşdıra bilmir. Baxmayaraq ki, həmin maye qaz doldurma məntəqəsinin başqa əraziyə köçürülməsi üçün müvafiq qərar artıq verilib, başqa yer də ayrılıb.

Şikayətdən aydın olur ki, Sevil Əhmədova çıxarılan qərara əməl etmir. Əlacsız şikayətçilər məcbur olub prezident cənab İlham Əliyevə də müraciət ediblər. 

İnanırıq ki, problemin aradan qaldırılması üçün İsmayıllı rayon icra başçısı Mirdamət Sadıqov da maraqlı olacaq və məmurunu deyil, sakinlərin haqq səsini müdafiə edəcək...

Demokratik.Az


 

Oxşar xəbərlər