Laçın İHB-nin sabiq hüquqşünasının övladına doğum şəhadətnaməsi niyə verilmir?

  • 30 iyun 2019, 21:34

Laçın rayon İcra Hakimiyyətinin sabiq hüquqşünası Fizulu Tanırverdiyev bir aydır ki, dünyaya gələn övladına doğum şəhadətnaməsi ala bilmir. O bu barədə sosial şəbəkədə yazıb.

Hüquqşünas ata birokratik əngələ səbəb kimi Laçının icra başçısı Aqil Nəzərlinin adını çəkir. Şikayətçi fidan balanın şəklini də paylaşaraq yazır: "Hara gedirəm Aqilin sifarişli sədləri qarşımı kəsməkdədi.

Oğul düşmən çəpəridi, Vətən keşikçisidi deyirlər, amma bu kişi 01.06.2019-cu ildə anadan olmasına baxmayaraq sənədin ala bilmirəm.

Sənədi ala bilməməyimin səbəbi uşağın evdə doğulmasıdı.

Bərdə rayonunda indiyənə qədər sadəcə Polikilinikanın baş həkimi Mehdi Mehdizadə sənədlərimi 25 sentyabr 2017-ci il tarixdən sonra saxtalaşdırmasından başqa hər hansı bir qeyri qanuni halla qarşılaşmamışam.

Amma indi deyəsən müşkülə düşmüşəm. Doğum evinə uşağı aparıram deyirlər evdə doğulduğu üçün kənd sahə həkimi arayış verməlidir. Kənd həkiminin yanına gedirəm hüquqşünas olduğumu bilə bilə məlikməmməd nağılı danışır.

29 gün geçməsinə baxmayaraq hələdə uşağın sənədlərini ala bilmirəm.

Artıq məndə barışmışam Azərbaycan realıqlarıyla. Deyirəm məni dərə təpəyə salmayın məbləği deyin nəqədər rüşvət verməliyəmsə deyin məndə Cənab Prezidentə müraciət edim istədiyiniz rüşvətin məbləğini mənə köməklik edilməsinə köməkdarlıq etsin, borclu qalsamda dövlətə borclu qalım.

Maraqlıdı səhiyyə nazirliyi bu savadsız, diplomsuz akademikləri hardan tapıb məsul işlərin başına keçiriblər?

Haçandan uşaq evdə doğulursa ona sənəd verilmir?

Mənim üçün az fərq edir onsuzda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti olsamda, BDU nun hüquq fakultəsini bitirsəmdə milli mənsubiyyətim üzündən Azərbaycanda heç bir hüququm haqqım yoxdur, Aqil Nəzərlinin sifarişliylə vətəndaşlığıma xitam verilib, qul kölə həyatını yaşayıram".

Xatırladaq ki, "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarında vətəndaşın qarşılaşdığı durumun həlli öz əksini tapır. Qərarın 2-ci hissəsində (doğumun qeydə alınması) qeyd edilir ki, "Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə VVADQ orqanı, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir". 

Hazırda doğumun qeydə alınması üçün valideyin tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir.

2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;

2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi;

2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd;

2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;

Qanunvericiliklə evdə və ya xəstəxanada doğulmasından asılı olmayaraq, bütün məlumatlar dəqiqləşdirilməklə, uşağın doğum şəhadətnaməsi ilə təmin edilməsi məcburi hal daşıyır. Göründüyü kimi, şikayətçinin övladına sənədin verilməməsinə heç bir hüquqi əsas yoxdur.

İnanırıq ki, tez bir zamanda bir aylıq körpəyə doğum şəhadətnaməsi veriləcək...

Demokratik.Az 

Oxşar xəbərlər