AŞPA Suriyadakı vəziyyətə dair qətnamə qəbul edib

  • 28 iyun 2019, 18:23

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Suriyadakı vəziyyətə dair qətnamə qəbul edib.

"Report"un Fransa bürosu xəbər verir ki, "Suriyada vəziyyət: siyasi həlli üçün perspektivlər?" adlı qətnamədə Suriyada sisyasi proseslərin kritik həddə çatdığı bildirilib, münaqişənin həlli, beynəlxalq hüququn və insan hüquqlarının ciddi pozulması halları üçün məsuliyyət daşınması, humanitar yardım, həmçinin qonşu ölkələrdəki qaçqınların vəziyyətinə dair tövsiyələr yer alıb.

Assambleya üzv ölkələri və beynəxalq ictimaiyyəti BMT-nin Suriyadakı səylərini dəstəkləməyə çağırıb.

Qətnamə yunanıstanlı deputat Theodora Bakoyannisin hazırladığı hesabat əsasında hazırlanıb. Hesabatda Suriyadakı 8 illik münaqişə, onun suriyalılar üçün humanitar nəticələri, Yaxın Şərq, o cümlədən Avropanın stabilliyinə vurduğu zərərlər ətraflı təhlil edilib.

Oxşar xəbərlər