Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:58 - 14.10.2019  
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Tarix: 18-06-2019, 07:50 | Bölmə: ---

VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?Sahibkarlıq sahəsində yoxlamaların 2021-ci ilə qədər dayandırılmasına dair qərarın nəticələri göstərir ki, doğrudan da total inzibatçılıq, nəzarət və təzyiqlərdənsə, liberallaşma daha effektli yoldur. Belə ki, Vergilər Nazirliyinin də dəfələrlə etiraf etdiyi kimi, məhz bu qərardan sonra çoxlarının gözləntilərinin əksinə olaraq, vergi proqnozları demək olar bütün sahələr üzrə artıqlaması ilə yerinə yetirilməkdədir.

Doğrudur, bir çox orta və nisbətən böyük biznesi olan sahibkarların yoxlamalarla bağlı şikayətlərinə də rast gəlmək olur. Ancaq bunun kütləvi hal aldığını demək olmaz.

Sahibkarlar nədən qorxurlar?

Bütün bunlarla yanaşı, son zamanlar nazirlik rəhbərliyinin cərimələr, sanksiyalar, yoxlamalar və s. barədə sərt açıqlamalarına rast gəlinir. Bunun profilaktik xarakter daşıyıb-daşımadığı barədə bir şey demək çətindir. Ancaq son vaxtlar biznes mühitində bu ilin sonundan etibarən sahibkarlıq subyektlərinə qarşı sərt tədbirlərin görüləcəyinə, cərimə və sanksiyaların kəskin şəkildə çoxalacağına dair məlumatlar dolaşmaqdadır.

3evergi1521011270

Sahibkarların çoxu bu məlumatları nazirlikdəki əlaqələrinə, mənbələrinə əsaslanaraq söyləyirlər. Əlbəttə ki, bu tip məlumatların mötəbərliyi barədə konkret nəsə söyləmək çətindir. Lakin cari ilin əvvəlindən başlayaraq, nazirlik rəsmiləri tərəfindən səsləndirilən bəzi bəyanatlar, eləcə də Vergi Məcəlləsinə sadələşdirilmiş vergi ödəyicisi kateqoriyasına aid subyektlərin sayının azaldılması yönündə edilən və kifayət qədər texniki problemlər yaradan, mühasibat uçotu yükünü çətinləşdirən, bəzi hallarda isə hətta vergi yükünü artıran dəyişikliklər və s. getdikcə sahibkarların "nəfəsliklərinin daralmasına” şərait yaradır. Nazir Mikayıl Cabbarovun özünün son çıxışında "Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq” fikri isə biznes mühitində gəzən söz-söhbətlərin heç də təsadüfi olmadığından xəbər verir…

Rəsmi məlumata görə, bu ilin əvvəlindən indiyə qədər əmək müqavilələrinin sayı 95 minədək artıb. Və buna əsas etibarilə sanksiyalar və cərimələr hesabına deyil, adi nəzarət və maarifləndirmə işi hesabına nail olunub ki, buna görə də Vergilər Nazirliyinə minnətdarlıq düşür. Lakin buna paralel olaraq, nazirliyin mətbutda dərc edilən münasibətində hələ də işçilərinin hamısını qeydiyyata qoymayan, yaxud müqavilədə əmək haqqı və digər məlumatları tam əks etdirməyən sahibkarları "üzdəniraq” adlandırması başa düşülən deyil.

"Risk qrupu” kimə sərf edir?

1544617187_ffYaxud da bu günlərdə nazirlik rəsmisinin "risk qrupu” barədə dediklərinə nəzər yetirək. Vergilər Nazirliyinin İqtisadi Təhlil və Ekspertiza Departamentinin baş direktoru Natiq Şirinov problemli vergi ödəyicilərinin siyahısının, yəni risk qrupunun olduğunu bildirib: "Biz onları risk qrupuna ona görə daxil edirik ki, normal veri ödəyiciləri sonradan onlarla iş görüb, o risk qrupuna düşməsinlər”.

İlk baxışdan normal yanaşmadır və obyektivlik gözlənilərsə, belə qrupun yaradılmasını hardasa başa düşmək olar. Ancaq maraqlıdır ki, nazirlik nümayəndəsi riskli vergi ödəyicilərinin sayını və onların hansı meyarlarla müəyyən edildiyini demək istəməyib: "Bu kommersiya sirridir. Yəni riskli vergi ödəyicilərinin hansı alqoritmlə müəyyən edilməsi sirrdir”. N.Şirinov deyib ki, bu alqoritmlər açıqlansa, pozuntuya yol verən ödəyicilər bu siyahya düşməkdən yayına bilərlər…

Ancaq bu məntiqi anlamaq çətindir. Deməli belə çıxır ki, risk qrupuna aid edilən sahibkar bu siyahıya niyə salındığını bilməli deyil, çünki bilsə həmin qrupdan çıxmaq üçün addımlar atar və digər ödəyicilər də bu qrupa düşməkdən yayınar.Belə nəticə hasil olur ki, nazirlik həmin siyahıya düşənlərin çox olmasında maraqlıdır. Sual yaranır – NİYƏ? Olmazmı ki, bu sahibkarlarla vaxtında iş aparılsın və digərləri də həmin qrupa düşməsin? Axı məlumdur ki, onlar bu siyahıya elə-belə salınmayıblar və yaxın gələcəkdə heç kim onların "başını sığallamayacaq”.

Elektron xidmət idealdan çox uzaqdır

87Nazirliyin gördüyü müsbət işlərlə yanaşı, təəssüf ki, "axsadığı” bəzi sahələr qalmaqdadır. Bunların sırasında elektron xidmətlərin tətbiqi və xidmət mərkəzlərinin effektivliyi xüsusi yer tutur. Belə ki, olduqca tez-tez elektron sistemdə donmalar, xətalar müşahidə olunur. Son günlərdə isə sahibkarlara kütləvi şəkildə bəyannamələrlə bağlı qüsurlu sms-lər göndərilir.

Bir neçə il bundan əvvəl fəaliyyətini dayandıran, müflis olan, yaxud ümumiyyətlə hazırda sahibkarlıqla məşğul olmayan şəxslərin nömrələrinə "təqdim edilməmiş bəyannamələr” barədə məlumat daxil olur. Həmin şəxsin elektron sistemdəki məlumatlarını araşdırdıqda isə məlum olur ki, təqdim etmədiyi bəyannaməsi yoxdur. İndi kim təminat verə bilər ki, sözügedən şəxslərə hətta bəyannamə təqdim etmədiyi adı ilə cərimə hesablanmayacaq?

Belə hallar kifayət qədər çoxdur, kütləvidir. Və belə sms-lərin hamıya eyni gündə göndərilməsi isə böyük ajiotaja səbəb olur. Vətəndaşlar hesabat təqdim olunan dövrdə olduğu kimi, kütləvi şəkildə vergi xidmət mərkəzlərinə üz tutmağa başlayırlar. Onlarınsa sayı, əvvəllər də qeyd etdiyimiz kimi, tələb olunandan çox-çox azdır! Demək olar ki, bu xidmət məntəqələrində həmişə böyük növbələr olur. Ölkə üzrə 1 milyona yaxın ödəyicinin mövcudluğunu, onların da böyük hissəsinin paytaxtda yaşadığını, Bakıda isə cəmi 4 vergi xidməti mərkəzi olduğunu nəzərə alsaq, belə növbələrin yaranması təbiidir…

e-qainleDaha bir texniki məsələni qeyd etməyə dəyər. Elektron qaimə sisteminə keçiddən sonra hətta su və elektrik enerjisinə ödəmələrə görə də sahibkara elektron qaimə göndərilir. Əgər sahibkar obyekti bağlayıb, fəaliyyətini dayandırdıqdan sonra su və işıq idarələrilə müqaviləsini ləğv etməyi unudursa, vay onun halına. Belə ki, həmin idarələr növbəti aylarda da sahibkarın adına elektron qaimə göndərirsə, verginin elektron sisteminə görə belə çıxır ki, sahibkar hələ də özünün xəbəri olmadan fəaliyyət göstərir(!).

Həmin "yenilikdən” təəssüf ki, insanların çoxu xəbərsizdir. Bu isə obyektini, işini çoxdan bağlayıb, müflis olub getmiş sahibkar üçün yenidən vergi və sosial ödəmələr hesablanması deməkdir. Yəni elektron qaimə sisteminin müsbət tərəflərilə yanaşı belə çatışmazlıqları da var. Hələ bu, bizim qeyd etdiyimiz kiçik bir nümunədir.

Əlbəttə ki, hər bir kəs ölkədəki bütün sahələrdə qanunların işləməsinin və hamıya eyni dərəcədə tətbiq olunmasının tərəfdarıdır. O cümlədən də, heç kim sahibkarlıq subyektlərinə qarşı hədsiz dərəcədə güzəşt olunmasına, onların kütləvi şəkildə vergidən yayınmasına şərait yaradılmasına tərəfdar deyil. Lakin bu işi daha sadə, bütün sahibkarlar üçün anlaşılan, sənədləşmə, hesabat işlərini mürəkkəbləşdirən, vergi yükünü daha da çoxaldan yox, azaldan formada həyata keçirmək doğru olmazmı?

Vergilər naziri Mikayıl Cabbarov təyinatından bir müddət sonra sahibkarlara "gəlin gizlənpaç əvəzinə başqa oyun oynayaq” demişdi. Əslində, nazir kimi əksər sahibkarlar, xüsusilə də mikro və kiçik sahibkarlıq subyektləri qətiyyən gizlənpaç-filan oynamaqdan zövq almırlar.Və bu gün hələ də gəliri az, vergilər və sosial ödəmələr isə gəlirlə müqayisədə çox olduğundan vergidən yayınmağa məcbur qalan sahibsiz sahibkarlara "üzdəniraq” deməkdən, yaxud hədələməkdənsə, bunun səbəblərini araşdırıb, onları aradan qaldırmaqla, doğrudan da "başqa oyun oynamaq” olar…

İqtisadiyyat Şöbəsi

Xəbər 877 dəfə oxunub






Oxşar xəbərlər

Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"
Prezident ailəsinin istirahət FOTOLARI
Arif Hacılı yenidən Müsavat Partiyasının yeni başqanı oldu - NƏTİCƏLƏR
Kraliça sarayı təcili tərk etdi - Siçovula görə
Vaqif Dərgahlı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib
Jirinovski şərq mətbəxtindən şikayətləndi
Təhsil nazirindən yeni - TƏYİNAT
“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” - S.Rüstəm
Yeniyetmə şahmatçımız dünya çempionu oldu
Lələ Təpə əsgərlərindən İlham Əliyevin nidasına cavab
Müsavat Partiyasının IX qurultayı keçirilir
“Rövnəq Abdullayev istefa verdi” uydurması kimin işi idi...
Dünya qlobal böhrana sürüklənir
Heç kimin görmədiyi “Siyahıyaalma” – Bu saxtakarlıq kimə lazım idi?
Gəncəyə yeni prokuror təyin edilib
Aşqabadda polemika: Əliyev yenidən söz alıb və Paşinyana cavab verib
Gəncənin prokuroru Baş Prokukorluqda yüksək vəzifəyə təyin olundu
“Sən küçəyə lüt çıxa bilərsən? Azadlıqdır da, çıx...”
Rafael Cəbrayılov prokurorluğa çağırılıb
Elmar Vəliyevin 4 milyonluq borcu-QALMAQAL
Göygöl ərazisində naməlum meyit aşkarlanıb
GDU yazılanları yalanlayır - RƏSMİ MÜRACİƏT
Xalq artisti də "Maşın"dan getdi - ŞOU
Bakıdakı qəzada ər-arvad yaralandı
Türk Ordusunun məhv etdiyi terrorçu sayı 277-yə çatdı
Sıla “Barış Pınarı” səbəbindən konsertlərini təxirə saldı
Heydər Əliyev Fondu Mübariz İbrahimovun atasının müalicəsini öz üzərinə götürdü
Çin UFO-ya bənzəyən yeni silah hazırlayıb
Asim Mollazadə: “Azərbaycan diasporu ABŞ-da çox zəifdir”
Əli Kərimlinin yaxın adamının səs yazısı: "Heç kim gəlmir, biabır oluruq" - AUDİO
Fuad Qəhrəmanlı qızlarından imtina etdi – EKSKLÜZİV
“ADAU-nu tanıdaq” layihəsi bu dəfə Şəmkirdə rellaşıb
"AXH"-də "Qadın əməliyyyatı" - Budurmu müxalif siyasi əxlaq ?
İsa Qəmbər Müsavat başqanını seçdi
Moskva Paşinyana qarşı “məxməri inqilab” hazırlayır
Prezident Rusiya nümayəndə heyətini qəbul edib
Firudin Cəlilov danışdı: “...test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib”
Beyləqanda döyülərək küçəyə atılan qız ölüb
“Milan” yeni baş məşqçisini açıqladı – Rəsmi
Məzahir Pənahovun qardaşına vəzifə verildi
“Yaltaqlıq cinayət sayılsın” – Məşhur vəkildən təklif
Göyçayda 4900 ABŞ dolları oğurlayan şəxs saxlanılıb
Müsavat başqanlığına iddiaçıların debatı başladı
DTX-nın strukturunda dəyişiklik edildi – Fərman
İki ədəbiyyat abidəsi bir arada – Foto
Əli Kərimli camaatı yürüşə çağırdı, özü niyə gəlmədi ?
"İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı" - Əli Həsənov yazdı
Parlament yekdilliklə yeni Baş nazirə səs verdi
Vahid Əhmədovdan yeni baş nazirə XAHİŞ
Əli Əsədov kimdir? - Baş nazirliyə namizədin ömür yolu
Novruz Məmmədovun istefa xəbəri TƏSDİQLƏNDİ - Baş nazir vəzifəsinə Əli Əsədov gətirilir
Qız qaçırma: məhəbbətin qüdrəti, yoxsa cinayət...
Almaniyanın qapıları azərbaycanlıların üzünə bağlanırmı
Neftin bahalaşması davam edir
Honq Konq niyə Çin olmaq istəmir?
Bu gün Milli Şura piket keçirir (ŞƏRH)
Putin 67 yaşını Tayqa meşələrində qeyd etdi
Vilayət Eyvazov Göygölün yüksək rütbəli rəisləri sərəncama götürüb
“Binə” ticarət mərkəzindəki yanğın söndürülüb
“Lion” klubu baş məşqçisini qovub
Türkiyə Suriyanın şimalında əməliyyata hazırdır
Şəmkir Prokurorluğu bələdiyyə sədri ilə sakinin "namus davası"nı araşdırır
Mir Şahin Milli Şura üzvünün ŞOK səs yazısını yaydı – VİDEO
Prezident İlham Əliyev Vladimir Putini təbrik edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.30356] initstartout [0.00022] initstartin [0.00104] calstart [0.01203] calend [0.00072] topnewsend [0.00477] rsssend [0.00000] ehgend [0.03239] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.25171]