İlham Məmmədzadə “Veysəloğlu”dan getdi

  • 11 iyun 2019, 17:11

"Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə vəzifəsindən istefa verib.

Demokratik.Az xəbər verir ki, bu haqda İ.Məmmədzadə şəxsi Feysbuk hesabında məlumat paylaşıb.

O bildirib ki, bu gündən etibarən hər zaman sevərək və məsuliyyətlə adını daşıdığı "Veysəloğlu” Şirkətlər Qrupundan ayrılıb.

"Çox şadam ki, ölkəmizdə minlərlə insanın çalışdığı və ailəsini dolandırdığı, özünün korporativ dəyərləri olan belə bir şirkət var. Qida sektorunda, əsasən də idxal və dağıtım, istehsal və pərakəndə sahədə daim inkişaf edərək ölkə iqtisadiyyatına töhfəsini verən, cəmiyyətin bütün sahələrində daim insanların yanında olmağa çalışan bir komandaya malik "Veysəloğlu” şirkətində çalışmaqdan məmnun oldum.

Fəaliyyət dönəmində əsas məqsədim "Veysəloğlu”nun ictimaiyyətdə müsbət imicinin yaradılması, işgüzar nüfuzunun qorunması və daim cəmiyyətin bütün sahələrində şirkətin tanınması və sevilməsi olub”, - İ.Məmmədzadə qeyd edib.

İ.Məmmədzadə fəaliyyəti müddətində ona bu işdə dəstək olan media nümayəndələrinə də təəşəkkürünü bildirib:

"Şirkətdə fəaliyyətim dönəmində mənə dəstək olan, hər zaman köməklik göstərən media nümayəndələrinə, jurnalist dostlarıma, PR həmkarlarıma və sizlərə dərin təşəkkürümü bildirirəm. Sizinlə birlikdə bu yolu keçdik və uğurlara imza atdıq.

Qeyd edim ki, "Veysəloğlu” Qrupun peşəkar PR komandası var və bu komandaya gələcək fəaliyyətində uğurlar arzu edirəm”.

İ.Məmmədzadə işdən ayrılma səbəbini açıqlamayıb.


Oxşar xəbərlər