Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:22 - 18.10.2019  
Elməddin Muradlı: “Metrodakı hazırkı vəziyyət xəstəlik mənbəyidir”
Tarix: 4-06-2019, 09:36 | Bölmə: ---

Bakı metrosunda havasızlıq olması tez-tez ictimailəşdirilir. Lakin illərdir ki, bu problemə çarə tapılmır. Xüsusilə də pik saatlarda metro qatarlarında nəfəs almaq çətinləşir. Bunun nəticəsidir ki, yay aylarında Bakı metrosunda havasızlıqdan əziyyət çəkənlərin, huşunu itirənlərin sayı artır. 

Elməddin Muradlı: “Metrodakı hazırkı vəziyyət xəstəlik mənbəyidir”"Yeni Müsavat” olaraq "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarının şikayəti əsasında, bu qurumda mövcud olan problemləri dəfələrlə işıqlandırmışıq. Lakin aldığımız məlumata görə, hələ də ictimailəşdirilən problemlər öz həllini tapmayıb. Elə metropolitenin öz əməkdaşları da qatarlardakı ventilyasiya sisteminin olmamasından şikayətlənirlər. Onlardan aldığımız məlumata görə, təzə qatarları çıxmaq şərtilə digərlərində havalandırma sistemi mövcud deyil. Ventilyatorlar vasitəsilə yalnız tunellərin havasını dəyişdirmək mümkündür. Qatarlara isə hava açıq pəncərədən daxil olur...

Nəzərə alaq ki, 2018-c ilin avqust ayından etibarən Tarif Şurasının qərarı ilə metroda gediş haqqı 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Bundan əlavə, dövlət tərəfindən də metropolitenə subsidiya ayrılır. Gediş haqqının qalxdığı dönəmdə metrodakı iqtisadi vəziyyəti təhlil edən iqtisadçı Qubad İbadoğlu bildirmişdi ki, "Bakı Metropoliteni” QSC-nin sərnişin dövriyyəsindən əldə etdiyi orta gəlir  60 milyon 366 min 420 manat edir: "Deməli, sərnişin dövriyyəsində dəyişiklik baş verməzsə, o halda ”Bakı Metropoliteni" QSC yeni maliyyə ilində (avqust 2018-2019) əlavə olaraq 20 milyon 122 min 180 manat gəlir əldə edəcək. Bununla yanaşı, Maliyyə Nazirliyinin saytında yazılır ki, 2018-ci ilin dövlət büdcəsindən "Bakı Metropoliteni” QSC-yə sərnişin daşınma xidmətinin tarifinin dövlət tərəfindən tənzimləndiyinə və bu fəaliyyətin sosial xarakter daşıdığına cəmiyyətdə yaranan zərərin ödənilməsinə, maliyyə sağlamlaşdırılmasına 45 milyon manat subsidiya, yeni vaqon və eskalatorların alınmasına dövlət əsaslı vəsait qoyuluşu xərclərində isə 44 milyon manat əlavə vəsait nəzərdə tutulub ki, bu da 2017-ci illə müqayisədə 22,5 milyon manat və ya 29,4 faiz çoxdur".

"Yeni Müsavat”a danışan ekspert Elməddin Muradlı bildirib ki, ümumiyyətlə, ölkənin ictimai nəqliyyatında ciddi problemlər var: "Bunun həlli də asan görünməsin. Bəzən aidiyyəti qurumların özləri belə məsələyə biganə yanaşırlar. Biz görürük ki, müxtəlif sərəncamlar verilib, dövlət proqramları qəbul olunub, maliyyə vəsaiti ayrılır. Ancaq onların icrası, müəyyən problemlərin həlli məsələsi hələ də açıq qalır. İllərdir ki, problemlər deyilir, yazılır, ancaq heç bir faydası yoxdur. Metrodakı hazırkı vəziyyət xəstəlik mənbəyidir. Eləcə də bəzi avtobuslar var ki, istismar müddətini başa vurub, havalandırma sistemi mövcud deyil. Həmin avtobuslarda da vəziyyət eynidir. Bütün bu iyrənc mənzərəni yaşamamaq üçün insanlar ailə büdcəsindən kəsib, kreditə maşın alır. Bir tərəfdən deyirik ki, ictimai nəqliyyatı dirçəldib, əhalini ictimai nəqliyyata inandırmaq lazımdır. Digər tərəfdən də bərbad problemlər həll olunmur. Eləcə də taksilərdə də vəziyyət oxşardır. Avtomobillərin günbəgün çoxalmasının, hər kəsin şəxsi maşın almaq istəyinin əsas səbəbi ictimai nəqliyyatdakı problemlərlə bağlıdır. Bu gün heç kim əmin deyil ki, hansısa iş üçün yola çıxsa, metroda, avtobusda gecikməyəcək. Dünyanın bir çox ölkələrində ictimai nəqliyyat peşəkar səviyyədə qurulub. Orada hər şey zərgər dəqiqliyi ilə hesablanıb və insanlar da düşünürlər ki, nə üçün avtomobilə əlavə vəsait xərcləməliyəm? Çünki həmin ölkələrdə eyni yolu daha komfortlu ictimai nəqliyyatla getmək olur.  Bizdə isə insanlar düşünürlər ki, nə qədər xərcə düşsəm də, basabasdan, metroda 15 dəqiqə qatar gözləməkdən, havasızlıqdan uzaq olum. 15 dəqiqə qatarı gözləyirsən, baxırsan ki, qatar ağzına kimi doludur. Yenə də 15 dəqiqə növbəti qatarı gözləyirsən”.

Muradlı bildirib ki, avtobusları sürücülər elə hala salıblar ki, insanlar avtobusdan da qorxurlar: "Metrodakı vəziyyət isə hər kəsə məlumdur. 5 illik dövlət proqramı təsdiqlənib ki, orada tramvay və trolleybus xətlərinin bərpası məsələsi də nəzərdə tutulub. Bütün bunlar baş verərsə, metronun üzərinə düşən yük də azalar. Metroya dövlət milyonlarla vəsait ayırıb və ayırmağa da davam edir. Belə bir vəziyyətdə nə üçün havalandırma sistemini təkmilləşdirmək unudulur? Necə bu qədər məsuliyyətsizlik baş verə bilər? Çox təəssüflə deyirəm ki, biz metroda indi baş verənləri görəndə, Tağı Əhmədovun ölənlərinə rəhmət oxuyuruq. Yeni rəhbər gələndə hamı düşündü ki, daha mütərəqqi addımlar atılacaq. Ancaq təkmilləşmə işi o qədər də gözə çarpmadı. Yeni qatarların alınmasına da Tağı Əhmədovun dövründə başlanılmışdı. Mənim qəti şəkildə Tağı Əhmədovu tərifləmək kimi bir məqsədim yoxdur. Sadəcə olaraq, reallıq bundan ibarətdir ki, onun dövründə metrodakı vəziyyət indikindən yaxşı idi. Bu cür problemlər ölkəyə turist axınına da ziyan vuran amillərdir. Cəmiyyətdə nədənsə düşünürlər ki, turist ya taksidə gəzməlidir, ya da özəl nəqliyyatda. Xeyr, onlar həm də ictimai nəqliyyatdan istifadə edirlər. İctimai nəqliyyatdakı iyrənc mənzərəni onlar da görürlər və bütün bunlar turistlərdə ölkəmiz haqqında mənfi təəssürat formalaşdırır. Metro nə üçün düzəlmir? Bu sualların cavabı verilməlidir. Bu yaxınlarda sosial şəbəkədə şəkil paylaşıblar ki, qatar arasında 15 dəqiqə interval var. Bu nə deməkdir? Gediş haqqını da qaldırdılar. Danışanda dünya standartlarını göstərirlər ki, bizdə ucuzdur. Ancaq düşünmürlər ki, bunlar nə ucuz kimi ucuzun keyfiyyət xidmətini ortaya qoyurlar, nə də baha kimi bahanın keyfiyyət xidmətini göstərirlər. Camaat heç bir dəyişiklik görmür. Hər il yay aylarında insanlar əziyyət çəkirlər. Sosial şəbəkələri izləyəndə metrodakı vəziyyəti tamamilə görmək olur. Havalandırma sisteminin olmaması faciədir. Hər il deyirlər ki, təzə qatar gətiririk. Bəs hardadır bu qatarlar? O necə təzə qatardır ki, havalandırma, sərinləşdirici sistemi yoxdur? Metronu elə səviyyəyə gətirmək lazımdır ki, insanlar toya da rahat formada bu nəqliyyat vasitəsilə gedə bilsin. İndi isə metro elə səviyyədədir ki, insanlar nəinki toya, heç yasa da metro ilə getmək istəmir”. /Y.M/

Xəbər 638 dəfə oxunub






Oxşar xəbərlər

Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.46210] initstartout [0.00028] initstartin [0.00145] calstart [0.03571] calend [0.00107] topnewsend [0.01199] rsssend [0.00000] ehgend [0.08568] tagsstart [0.00091] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.32496]