Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var

  • 22 may 2019, 06:52

Qara dənizdə balıqçı gəmisi atəşə tutulub. Gəmi Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən atəşə tutulub.

İnsident nəticəsində Türkiyəyə məxsus gəminin 3 ekipaj üzvünün yaralandığı bildirilir.

Gəminin 8 nəfərdən ibarət ekipaj üzvü Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən saxlandıqdan sonra gəminin batırıldığı deyilir.

Türkiyə tərəfindən hadisə ilə bağlı hələ ki, rəsmi açıqlama verilməyib.

Oxşar xəbərlər